AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» 3 milyardımızın qaranlıq taleyi
26/11/2014 Yazdır

"Bank sektorunda hər hansı çətinlik baş verərsə 3 milyard manat əmanətin taleyi sual altında qalacaq".

ANS-in məlumatına görə, bu barədə iqtisadçı-alim Vüqar Bayramov qeyd edib. O bildirib ki, söhbət isə kifayət qədər ciddi rəqəmlərdən gedir.

Mütəxəssisin fikrincə, Əmanətlərin Sığortalanması Fondu son il yarımda sığortalanan əmanətlərin faiz dərəcələrinin 12 faizdən 9 faizədək azaldılması ilə bağlı qərar qəbul edib. Əslində, kredit faizlərinin dəyişməsinə uyğun olaraq sığortalanan əmanət faizlərinə baxmalı olan fond bununlada birincini diqtə etməyə çalışırıb: 

"Təbii ki, əmanət faizlərinin azalması bankların cəlb etdiyi resursların ucuzlaşmasına təsir göstərir. Əhalinin banklardakı əmanətin 7 milyard manatdan bir az artlq olduğunu və eləcə də kredit qoyluşlarının 17.5 milyard manat olduğunu nəzərə aldıqda əmanətlərin kredit portfelini 40 faizini təşkil etdiyini söyləmək olar.

Təbii ki, kiçik rəqəm deyil. Amma fond sığortalanan faiz dərəcələrini azaltmaqla nəyə nail oldu? Cavab nikbin deyil: kredit faiz dərəcələrinə təsir edə bilməyən fond sığortalanmayan əmanətlərin də məbləğini artırdı. Daha çox əmanət cəlb etmək istəyən banklar depozit faizlərini aşağı salmadılar və təbii ki, daha çox gəlir əldə etmək istəyən vətəndaşlar daha yüksək faizə meyillənir. Məhz bunun nəticəsidir ki, mövcud əmanətlərin 54 faizi qorunsa da 46 faizi qorunmur. Bu isə olduqca riskli mənzərə yaradır: hal-hazırda banklarda olan hər 100 manat əmanətin 45 manatı sığortalanmır. Bu isə, 3 milyard manata yaxın əmanətin qorunmaması deməkdir". 

İqtisadçının fikrincə, sığortalanan faiz dərəcələrinin kredit faizləri ilə əlaqəsi formalaşdırılmalıdır. Belə ki, sığortalanan faiz dərəcələrini 12 faizədən 10 faizədək azaldılması ilə bağlı qərarından sonra fond bu addımının risk təhlilini aparmalı idi: "Xüsusən də, bu qərarın kredit faizlərinə necə təsir etməsi araşdırılmalı idi.

Maraqlıdır ki, sözügedən addımın kredit faizlərinə heç bir təsiri müşahidə edilməməsinə baxmayaraq fond sığortalanan əmanət faizlərinin 1 faiz-bənd aşağı salınması ilə bağlı qərar qəbul etdi ki, bu da qorunmayan əmanətlərin həcmini artırdı. İkincisi, sığortalanan əmanətlərin maksimum məbləği xeyili müddətdir ki, 30 min manat olaraq qalmaqdadır. Bu məbləğin artırılması olduqca vacibdir". 

Bu zaman belə bir sual yaranır. Əhalinin gəlirləri artırsa, əmanət qoyluşları çoxalırsa nə üçün sığortalanan əmanətlərin maksiumum məbləği uzun müddət dəyişməz qalmalıdır? Mütəxəssis qeyd edir ki, qorunmayan əmanətlərin məbləğinin azaldılması üçün vətəndaşların vəsaitin əmanət və ya banklar arasında sığorta şərtlərinə uyğun bölüşdürülməsi istiqamətində maarifləndirmənin aparılmasına ciddi ehtiyac var.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft