AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ələsgər Haqdar: Ərk qalası Təbrizin kimliyidir
29/11/2016 Yazdır

İran Azərbaycanında tarixi abidə ətrafında tikintilərə geniş etiraz var.

İran Azərbaycanında mədəni fəallar Təbriz və ümumilikdə İran Azərbaycanının simvolu kimi hesab edilən Ərk Qalanın ətrafında onun zədə alması və tədrici məhvinə yol verə biləcək tikinti işlərini dayandırmaq üçün etiraz kampaniyasına start veriblər.

Tarixçi yazar Ələsgər Haqdar Amerikanın Səsi ilə söhbətdə bu etirazların səbəbini anladaraq Elxanilər dönəmindən qalmış Ərk Qalasının keçmişi və ona yetirilən zədələr haqqında danışıb.

Onun sözlərinə görə, Təbriz Müsəllası (məscid) Xeyriyyə Fondunun həyata keçirdiyi layihələr Ərkin məhvinə səbəb ola bilər.

Təbrizli yazar tarixində müxtəlif dövrlərində 14-cü əsrdə inşa edilmiş Ərkin başına gələnlər haqqında ətraflı məlumat verib. O, Ərkin müxtəlif əsrlərdə Qərb və Şərqin məşhur səyyah və tarixçiləri tərəfindən ziyarət edildiyini bildirərək abidənin tarixi önəmini vurğulayıb.

Ələsgər Haqdar

Ələsgər Haqdar

“Təbriz bir Zəlzələ bölgəsidir. Amma heç bir əsər Təbrizdə baş verən zəlzələlər nəticəsində Ərkin xəsarət aldığına dair məlumat verilməyib. Bu o binanin əzəmətini və möhkəmliyini göstərir,” deyə Ələsgər Haqdar tarixi abidəyə təbii fəlakətlər ilə deyil ancaq insan əli ilə xəsarət verildiyinə diqqət çəkir.

Onun sözlərinə görə, Ərk binasında baş verən ilk yıxıntı Rus qüvvələrinin laqeydliyi ilə meydana gələn yanğın nəticəsində olub. Daha sonra Pəhləvi dönəmindən başlayaraq İran İslam Respublikasından sonra da Ərkin bəzi hissələri müxtəlif bəhanələrlə təxrib edilib.

O, Ərkin müxtəlif bölmələrinin keçmişdə də Təbriz Müsəllası Xeyriyyə Fondu tərəfindən məhv edildiyini önə çəkərək əlavə edir ki, “bu təxriblərin davamında bu gün də neçə mərtəbəli avtopark bəhanəsi ilə Müsəlla Fondunun torpaqgötürmə fəaliyyətləri davam edir.”

Türkiyədə mühacirətdə yaşayan tarixçi Ərkin məhvinin Təbriz, Azərbaycan və türklərin mədəniyyətinin məhvi olduğunu ifadə edir.

Ərk qalası Elxanilər dönəmində inşa edilib.

Ərk qalası Elxanilər dönəmində inşa edilib.

“Bizim və bütün Təbriz əhalisinin nigarançılığı budur ki, 700 illik keçmişi olan bu tarixi bina torpaqgötürmə və tikinti maşınlarının işləməsi nəticəsində xəsarət alıb və bütünlüklə aradan qaldırılsın...

Ərk Təbriz və Azərbaycanın bir simvoludur. Şeirlərdə, mahnılarda, hekayələr və romanlarda, habelə şəxsi xatirələrimizdə bir Ərk ilə yaşamışıq... Bu təxriblərin əsl hədəfi türklərin mədəniyyət və kimlik simvolunu məhv etməkdir.”

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft