AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Ərəbşünas alim: “Azərbaycandakı bəzi alim-məmurlar xarici düşmənlərin əlaltılarına çevriliblər” - MÜSAHİBƏ
26/11/2014 Yazdır

İdris Abbasov: "Bəzi “elm ağsaqqalları” tələbəni, aspirantı, hətta doktorantı əsl elmdən sapdırmaqla məşğuldurlar”

“Ali Attestasiya Komissiyası da plagiatlıq edən şəbəkəyə qoşulub”

Modern.az saytı elm adamları ilə silsilə müsahibələri davam etdirir. Şağdaş Azərbaycan, eləcə də dünya elminin problem və perespektivlərindən bəhs edən silsilənin bu dəfəki qonağı ərəbşünas alim İdris Abbasovdur.

İdris müəllim, ümumiyyətlə elm nədir?

- Qısaca olaraq deyim ki, mənşəcə ərəb dilinə aid olan “elm” sözü “məlumat, bilik” deməkdir. Dilimizdə işlənən alim, əllamə, məlum, məlumat, müəllim, təlim və s. kimi bir sıra sözlər də “elm” sözü ilə eyni kökdəndir. Elm, irfan, hikmət, mərifət, ədəb sözləri çox vaxt yanaşı işlədilir. Bu sözün antonimi cəhalət sözüdür. Elmin olmadığı yerdə cəhalət vardır. Sözügedən termin müəyyən bir sahəyə aid sistemli bilik külliyyatını ifadə edir. Elm Allah yanında mütləq dəyərə sahibdir. Məhz iman da elmin sayəsində qazanılır. Quranda təxminən 750 dəfə elm kökündən törəyən sözlərin xatırlanması elmin, biliyin əhəmiyyətinə işarədir. Bir sözlə, elm Allahın insana olan lütfüdür. 

Bu gün bizdə elmi boynunu bükən yetim bir uşağa oxşatmaq olar?

- Hz.Əlinin (ə.s) bir sözü var, deyir: “Valideyni ölən kəs yetim deyildir. Əsl yetim elmi və ədəbi olmayandır”. Allah-Təala ilk insan olan Hz. Adəmə bilik verərək bu biliyin sayəsində onu mələklərdən üstün tutub. Müqəddəs kitabımız Qurani-Kərim bilənlə bilməyənin eyni olmadığını vurğulayır, Peyğəmbərimiz isə bir saat elmlə məşğul olmağı yüz rükət nafilə namaz qılmaqdan daha üstün olduğunu deyir. Elm nur, rifah, tərəqqi, mədəniyyət, dürüstlük, səmimiyyətdir. Elm firavan və xoşbəxt həyatın rəhnidir. Elmə hörmətlə yanaşan hörmətli olar. Onu ixlaskarlıqla öyrənən və öyrədən şəxs özü və yaşadığı cəmiyyət üçün faydalı insana çevrilər. Fəqət elmsiz cəmiyyəti, söylədiyiniz kimi, boynubükük, yetim uşağa bənzətmək olar.

- Biz niyə elmi sevməyi bacarmadıq, ya bəlkə elm bizi sevmədi?

- Elmin qapıları daim onu sevənlərin üzünə açıqdır. Alimlər elm öyrənmək yolunu seçməklə peyğəmbərlərin varisləri olmaq kimi yüksək şərəfə nail olublar. Burada alim sözü ilə təkcə fəlsəfə doktoru, elmlər doktoru, yaxud dosent, professor, akademik və s. kimi elmi adlar və titullar nəzərdə tutulmur. Söhbət  bilənlə bilməyənin eyni olmadığından gedir. Elmi sevə bilməyən cəmiyyət cəhalətə yuvarlanar. Bizdə elm öyrənməyi sevənlər çoxdur. Amma elm müəssisələrinə dolanışıq obyekti kimi baxan bəzi “elm nəhəngləri”nin yaratdıqları süni əngəlləri aşmaq heç də asan deyil. Onlar elm zövqünü biznes maraqları ilə əvəzləyiblər. Bu “elm ağsaqqalları” tələbəni, aspirantı, hətta doktorantı belə səmimi elmdən sapdırmaqda mahirdirlər. Hələ ki, onlar şəbəkə halında fəaliyyət göstərdikləri üçün elmi diskussiya mühitini dərhal öldürmək və belə bir diskussiyanı başlayan kəsin yollarını kəsmək gücünə malikdirlər ki, bu da ölkənin gələcəyi üçün yaxşı heç nə vəd etmir.    

Bir filoloq kimi, Azərbaycanda humanitar elmlər sahəsində  hansı inkişaf meyllərini görürsünüz?

- Mən bu sualınıza öz aktuallığı ilə seçilən və Azərbaycanda humanitar elmlərin inkişaf meyllərini bütün parametrləri üzrə müəyyənləşdirən akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” adlı  məqaləsindən bəzi sitatlarla cavab vermək istərdim. Məqalədə qeyd olunur ki, ictimai və humanitar elmlər hər zaman cəmiyyətdə milli birliyi və milli özünüdərki təmin etmişdir. Dövlət suverenliyinin və milli təhlükəsizliyin qarantı olan mənəvi immuniteti də, ölkənin dayanıqlı inkişaf konsepsiyasının əsasını da bu elmlər təmin edir. Bu gün müstəqil dövlətimizin qəbul etdiyi dəyərlər sisteminin davamlılığı elmə söykəndiyi üçün bu məqam daim diqqətdə saxlanılır. Dövlətimiz tərəfindən elmi uca tutan və təşviq edən, elm adamlarını yüksək dəyərləndirən bir sıra mühüm qərarlar qəbul edilib və bu istiqamətdə yeni-yeni addımlar atılmaqdadır. Azərbaycan Respublikası Prezidentininin elmin inkişafı ilə əlaqədar imzaladığı sərəncamlar, maddi-mənəvi rifaha və elmə həvəsləndirməyə yönəlik tədbirlər buna misal ola bilər. Amma bütün bunlardan səmərəli istifadə olunacağı təqdirdə humanitar elmlərin inkişaf perspektivlərindən danışmaq olar. 

Bəs inkişafa mane olan qüvvələr kimlərdir və nələrdir?

- Məlum məqalədən çıxış edərək deyə bilərəm ki, ictimai elmlər sahəsində canlı diskussiyalar aparılmaması, məzmunlu elmi tənqidə və nəzəri aspektli təhlillərə yer verilməməsi elmin inkişafını buxovlayan başlıca amillərdir. Buna müdafiə şuralarının səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmamasını da əlavə etmək olar. Həm də müdafiə olunan dissertasiyaların əksəriyyətində elmi sanbal yoxdur. Vəziyyət isə gündən-günə yaxşılaşmaq əvəzinə pisləşir. Bir vətəndaş kimi əminəm ki, elmin inkişafına mane olan ünsürlərin neytrallaşdırılması üçün dövlət lazımi tədbirlər görəcək. Çünki dövlət maraqları hər hansı bir “elm nəhəngi”nin maraqlarından qat-qat üstündür. Amma bu işdə hər birimizin fəallığı lazımdır. 

Plagiatlıq  elmin əsas düşmənlərindən biridir. Necə düşünürsüz, bizdə bu gün o düşmənə  dost kimi baxan alimlərimiz var?

-  Plagiatlıq etik cinayətdir. Etiraf edilməsi böyük mədəniyyətdir. Qulaqardına vurulması fəlakətdir. Biz bu fəlakət halını yaşayırıq. Bu intellektual tənbəlliyin havadarları yaratdıqları şəbəkəyə güvənirlər. Nəinki plagiatlığa dost kimi baxan alimlərimiz var, hətta plagiat əsərləri tənqid edənlərə qarşı ciddi təqib, təhdid və təzyiq mexanizmi də tətbiq edilir və bu “nəcib” işdə Ali Attestasiya Komissiyası (AAK) da şəbəkəyə qoşulur. Elə özümlə bağlı bir faktı qeyd etmək yerinə düşərdi: 2011-ci ildən bütün prosedurlardan keçərək 2012-ci ildə müdafiə izni alan  və  2013-cü ildə müdafiəsi  keçirilmiş doktorluq dissertasiyası həmin ilin dekabr ayının 10-da AAK-nın Ekspert Şurasının müsbət rəyini alaraq diplom verilməsi üçün Rəyasət Heyətinə göndərilib. 2014-cü ilin may-iyun  aylarında AAK-nın Rəyasət Heyətinin üzvlərindən birinin kitabındakı plagiatlıq və elmi təhrif faktlarını tədqiq etdiyimə və elmi diskussiya açdığıma görə, dissertasiya işi diplom verilmə mərhələsində süni maneələrə rast gəldi. Görəsən AAK verdiyi müsbət rəylərdən imtina etmək niyyətindədir?! Bəlli deyil. Bir şey bəllidir ki, AAK-a ünvanlanan 11 ərizədən birinə belə, cavab verilmir.  Bu, elmi diskussiya açanlara  edilən təzyiqin kiçik bir nümunəsidir.

Qeyd etmək istəyirəm ki,  bu gün istənilən sahədə şəxsi ambisiyaları naminə elmi iflic edən və  qanunun müddəalarını pozaraq vətəndaşları süni narazılığa və gərginliyə sürükləyən bəzi alim-məmurlar son illər dövlət rəhbərləri haqqında ölkə daxilində xaos yaratmağa hesablanmış böhtan xarakterli dezinformasiyalar yayan xarici düşmənlərin dolayısı ilə əlaltılarına çevrilməkdədir.  

Elmlər Akademiyası hara gedir, inkişafa ya onun o biri üzünə?

- Akademiyanın tərəqqiyə, yaxud tənəzzülə gedəcəyi orada çalışan alimlərin faydalılıq əmsalından  xeyli dərəcədə asılı olacaqdır. Əgər akademik Ramiz Mehdiyevin tarixi əhəmiyyətli tövsiyələrinə alimlər tərəfindən yalnız özünəbəraət xarakterli məqalələr yazmaqla cavab veriləcəksə, onda irəliyə getməkdən danışmaq olmaz. Yox, əgər elmə həvəsi olan yüksək potensiallı ziyalılar, xüsusən gənclər  elmə cəlb olunub onların normal elmi fəaliyyəti üçün şərait yaradılacaqsa və  məqalədə sadalanan nöqsanlar aradan qaldırılacaqsa, onda elmimizin inkişafına şübhə qalmayacaq. Bir də ki, elm adamları cəmiyyətin xeyri üçün çalışmağa cavabdeh olan şəxslərdir. Elm əməllə bütünləşməyincə yenə də hər hansı inkişafdan bəhs etmək olmaz. Davranış planında pisliklərə alət edilən elmi ad və titullar ən azından mənəvi məsuliyyət doğurur.

Haşiyə çıxaraq demək istəyirəm ki, akademiyada elm təəssübkeşi olan alimlərimiz də yox dərəcəsində deyildir. Bu mənada heç bir şəxsi maraq güdmədən Azərbaycan dilçilik elminin dirçəlişi üçün əlindən gələni əsirgəməyən, istənilən savadlı və işgüzar kadrları axtarıb elmə cəlb edən və onları düzgün istiqamətləndirən, ömrünü-gününü elmə həsr etmiş AMEA-nın Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev kimi qayğıkeş alimlərin zəhmətini qiymətləndirməmək mümkün deyil.

-Universitetlərimizdən danışaq bir az da... Bu gün Azərbaycanı dünyada təmsil edə biləcək hansı universitetlər var?

- Azərbaycanda aparıcı dövlət universitetləri ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsidir. Yuxarıda deyilənləri universitetlərə də şamil etmək olar.

Universitet auditoriyalarında tədrisin acınacaqlı vəziyyətini “eh, müəllimə nə maaş verilir ki?” kimi bəhanələrlə əlaqələndirmə, yaxud öz dissertantına “Üzünü köçür getsin, kimdir baxan?!” deyən  elmi rəhbər, ciddi elmi araşdırmaya həvəsi  olan kadrları elm-tədris müəssisələrindən pərən-pərən salan universitet rəhbərliyi, yaxud hər hansı dekan və ya kafedra müdiri təqdir oluna bilməz. Azərbaycanı dünyada təmsil edəcək universitetlərə gəlincə, yanaşma kriteriyaları haqqında məlumatsız olduğumdan bir şey deyə bilmirəm.

- Sonda gənclərə tövsiyəniz: elmə gəlsinlər, yoxsa gəlməsinlər?

- Əlbəttə, gənclər elmə gəlməlidirlər və gələcəklər də, özü də əzmlə, həvəslə və cəsarətlə. Dövlət rəhbərlərinin elm çağırışına məqalə yazıb öz fəaliyyətsizliklərinə bəraət qazandıran mənsəb sahibləri olan alimlər kimi yox, çalışqanlığı, fədakarlığı, elmi nailiyyətləri və yaradıcılıq əzmi ilə fərqlənən əsl ziyalı,  elmi potensialını sərf etməklə ciddi araşdırmalar ortaya qoyan vətənpərvər elm adamı kimi gələcəklər. Tikanlı məftilləri qırıb gələcəklər. Küsdürənlərə əhəmiyyət vermədən gələcəklər. Azərbaycan elmini böhrandan yalnız sağlam təfəkkürlü, təvazökar və səmimi gənclik xilas edəcəkdir. Bu şəksizdir. 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft