AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Açıqlama: Eldar Mahmudov ev dustağıdır, adamları vasitəsi ilə məlumatlar alır
21/05/2016 Yazdır

Ötən ilin oktyabrında keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şefi Eldar Mahmudovun vəzifəsindən azad olunmasından sonra dəhşətli faktlar üzə çıxdı.

Bəlli oldu ki, MTN rəhbərliyindəki yüksək vəzifəli şəxslər, çiyinlərində general rütbəsi daşıyan kadrlar ölkə miqyasında total təzyiq mexanizmlərinə, işgəncə, hədə-qorxu metodlarına rəhbərlik ediblər.

Ölkə mətbuatı o vaxtdan mütəmadi olaraq MTN-nin iş adamlarına qarşı həyata keçirdiyi xüsusi metodlu hücumları barədə sensasion məlumatlar yazır.

Amma bu qədər ifşaedici materiallardan sonra Eldar Mahmudov heç harda gözə dəymədi, onun tezliklə həbs olunacağını gözləyənlər isə xəyal qırıqlığına uğradılar. Görəsən sabiq MTN şefi indi hardadır?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Modern.az saytına Eldar Mahmudovun harada olması ilə bağlı versiya səsləndirib.

Onun sözlərinə görə, keçmiş nazir hazırda ev dustaqlığındadır.

“Belə düşünürəm ki, Eldar Mahmudovun ev dustaqlığı davam edir. Onun yeri kənara, başqa ölkəyə doğru dəyişməyib. O, güclü nəzarət altındadır. Bununla bərabər, Eldar Mahmudovun  ətrafındakı keçmişdən gələn qüvvələr hansısa formada  ona məlumat sızdırmaları ilə məşğuldurlar. Kimsə, özünün təhlükəsizliyini təmin etmək üçün hardasa şifrəli məlumatlar yerləşdirib və bu vasitə ilə özünü qoruyur.

Müxtəlif  nazirliklər, orqanlar, dövlətin elitasını özünü müdafiəyə vadar edərkən belə metod əsas iş prinsipi olub.  Düşünüblər ki, adamlar hamısı özlərini qorumaqla məşğul olacaq və Eldar Mahmudovun mənəvi, hüquqi, siyasi hakimiyyəti onlar üzərində bərqərar olacaq”.

Deputat bildirib ki, Eldar Mahmudovla bağlı atılacaq addımlar dövlət rəhbərliyinin bəlli qərarları ilə bağlıdır.

“Ehtimal edirəm ki, keçmiş MTN şefinin ətrafında olanların və özünün məşğul olduğu cinayətlərin aşkarlanması üçün belə bir yol seçilib. Hər bir halda bu, Eldar Mahmudovun toxunulmazlığından, gücünün olmasından irəli gəlmir.

Dövlətin qarşısında heç kəs dayana bilməz. O, zamanında özünü toxunulmaz kastanın üzvü kimi aparırdı. Yüksək ədanı, başqalarına yuxarıdan aşağı baxmaq hissini nümayiş etdirirdi. Amma bir an içərisində cənab prezidentin siyasi kursunun yolundan götürüldüyünün şahidi olduq”.

Zahid Oruc qeyd edib ki, Eldar Mahmudov vaxtilə layiq olmadığı komplimentləri eşitməkdə idi. Bununla yanaşı, müxtəlif çirkli kapital dövriyyələrinə nəzarət edirdi.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft