AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : 4 öyrənci dərnəyi Zəhra Nəvidurun qətl işinə baxılmasını tələb edib  •   Yol qəzaları ilə bağlı vahid çağrı mərkəzi yaradılacaq  •   Azərbaycan və Türkiyə sənaye sahələri üçün birgə məhsullar hazırlayacaqlar  •   "Karaqandada baş verənlər ermənilərin faşizm ideologiyasının göstəricisidir"  •   Unun qiyməti niyə qalxıb?..   •   Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkət sıxlığı azaldılacaq  •   Abbas Lisaninin 10 aylıq həbs cəzasının icrası dayandırılıb  •   Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür  •   Penitensiar Xidmət: Mehman Hüseynov aclıq aksiyasını dayandırıb   •   Azərbaycanda "donuz qripi"nə yoluxma vəziyyəti - Nazirlikdən AÇIQLAMA  •   İranda Simnan ləhcəsi gələn ildən məktəblərdə tədris olunacaq  •   2019-cu ildə fəsillərin Azərbaycana daxilolma VAXTLARI  •   “Türk dilinin tədris olunması qeyri-qanunidir”  •   Bakı-Gəncə sürət qatarı yola düşdü  •   Elnur Soltanov nazir müavini təyin olundu  •   Beynəlxalq Bankın Rəhbərliyində TƏYİNAT!  •   Hadi Sadiqi: “Qadınlar iki şərtlə stadionlara buraxıla bilərlər”  •   İki xəstə üzərində koxlear implant əməliyyatı aparılıb   •   "Dədə Qorqud Altaylardan Anadoluya uzanan böyük bir coğrafiyada yaşayan bütün türk xalqlarının mənəvi babasıdır"  •   Boyun disk yırtıqları   •  
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Amerika İranın Mərkəzi Bankının rəisinə və onun müavininə qarşı sanksiya qoyub
16/05/2018 Yazdır

ABŞ Maliyyə Nazirliyi, beynəlxalq terrorizmə verdiyi dəstəyə görə, İranın Mərkəzi Bankının rəisi Vəliyulla Seyfə və onun beynəlxalq məsələlər üzrə müavini Əli Tərzəliyə qarşı sanksiya qoyub.

ABŞ Maliyyə Nazirliyinin İranın Mərkəzi Bankının rəisinə qarşı sanksiya qoyması, Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını elan etməsindən bir həftə sonraya təsadüf edib.

Amerikanın maliyyə naziri Stiven Mnuçinin mayın 15-də yaydığı bəyanatda bildirilir ki, İran Mərkəzi Bankının rəisi Vəliyulla Seyf, “Sepah”ın “Qüds” qanadı ilə əməkdaşlıq edərək onun maddi ehtiyaclarını təmin etmiş, onun vasitəsilə terrorçu qruplaşmalar siyahısına salınan Livan “Hizbullah”ına milyonlarla dollar maddi yardım göstərib:

“Vəliyulla Seyfin rəhbərlik etdiyi İranın Mərkəzi Bankı, Livan “Hizbullah”ının nümayəndəsi olan Məhəmməd Cəfər Qəsir adlı bir şəxsin vasitəsilə, bu terrorçu qruplaşmaya gizli pul çatdırılması işini yerinə yetirib. Bu işdə, həm də İraqda fəaliyyət göstərən  “Əl-Bilad-i İslami” bankının rəisi, barəsində sanksiya qoyulmuş Ərəs Həbib də İran Mərkəzi Bankı ilə əməkdaşlıq edib.

İran Mərkəzi Bankının həmçinin “Sepah”ın xarici əməliyyatlar üçün nəzərdə tutulmuş “Qüds” qanadına müxtəlif yollarla milyonlarla dollar çatdırılmasında, bölgədə zorakılığa və radikalizmə rəvac verilməsində bir başa rolu olub”.

                                    Amerikanın Maliyyə Nazirliyi

Xatırladaq ki, Amerika prezidenti Donald Tramp mayın 8-də Ağ Evdə çıxış edərək Vaşinqtonun İranla imzalanmış nüvə sazişindən çıxdığını rəsmən elan edib: “İran rejimi terrorizmin əsas himayədarı olaraq qalır. Bu rejim, bölgənin müxtəlif ölkələrinə və terrorçu qruplara raket göndərir, bütün Orta Şərqdə yaşanan çaxnaşma və qarşıdurmaları qızışdırır, od-alov üstünə benzin səpir, “Hizbullah”, “Həmas”, “Taliban” və “Əl-Qaidə” kimi terrorçu qruplaşmalara dəstək verir”.

 Bu saziş, İranın ambisiyalarının, nüvə başlığı daşımağa qadir ballistik raketlərinin istehsalının qarşısını ala bilməyib. Sazişdə ciddi nöqsanlar var və mən dəfələrlə ona düzəlişlər edilməsini tələb etmişdim. Demişdim ki, razılaşmaya düzəlişlər edilməsə, Amerika sazişdən çıxacaq. Bu nöqsanlı bir sazişdir. Əgər bu gün bir iş görməsək, dünyada terrorizmin ən böyük himayədarı olan İran İslam Respublikası, qısa bir zamanda ən təhlükəli silahlara yiyələnə biləcək. Məhz bunları nəzərə alaraq, bu gün mən, Amerikanın İranla bağlanmış nüvə sazişindən çıxdığını elan edirəm”.

Tramp, çıxışını başa çatdırdıqdan sonra İrana qarşı tətbiq edilmiş və nüvə sazişi imzalanmasından sonra dondurulmuş əvvəlki sanksiyaların yenidən bərpa olunmasına göstəriş verib./gunaz.tv/


+ Benzer Haberler
» "Karaqandada baş verənlər ermənilərin faşizm ideologiyasının göstəricisidir"
» İngiltərə 23 rus diplomatı ölkədən qovdu
» İsrail “erməni soyqırımı”nı tanımadı
» Rusiyadakı təyyarə qəzasında ölənlərdən biri azərbaycanlıdır
» İranlı deputat: “Ölkədə keçirilən etirazlarda tutulanların sayı 3700 nəfərdir”
» Arif Keskin: Rejimde Köklü Bir Değişim İsteniyor
» Pakistan Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdə davam edəcək
» Tərəfdarları Saakaşvilini həbsdən azad etdilər
» “İran, Türkiyə və İraq bu toxumun cücərməsinin qarşısını almalı, onu bətnində boğmalıdır”
» “İranla Türkiyə silahlı qüvvələrinin birgə əməkdaşlığı genişləndiriləcək”
» Zərif: “Kürdistanın İraqdan ayrılması üçün keçirilmiş referendum çox təhlükəlidir”
» Gürcüstan Ermənistanın təyin etmək istədiyi yeni səfirə aqreman vermir
» Putin də Şimali Koreya lideri ilə danışıq aparmaq istəmir
» Ermənistan Gürcüstandakı NATO-nun təlimlərində iştirakdan imtina etdi
» Prezidentlərin övladları Bakıya gələcək
» Gürcüstanda azərbaycanlı gəncə yüksək vəzifə həvalə olunub
» Ermənistan parlamentində qarşıdurma olub
» Silah satışı üzrə lider ölkələrin adları açıqlanıb
» "DESFA-nın SOCAR tərəfindən özəlləşdirilməməsi hökumətin fiaskosudur"
» 11 ərəb ölkəsi İranı beynəlxalq terrorizmə dəstəkdə günahlandırıb


 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.9369
 GBP :  2.2074
 TRY :  0.3176
 EUR/USD :  1.1394
YAZARLAR
İbrahim NƏBİOĞLU
PARASELS VƏ GECƏ QONAĞI (Avstriya Gündəliyi – 2)
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Edvard Nalbandyanın "nalbəndlik" həvəsi
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Azərbaycanın KTMT üzvlüyü nə dərəcədə realdır?
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Cavid VELİYEV
Doğu ve Batı’yı birleştirecek stratejik hat
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft