AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» “Aprel şəhidləri” haqda niyə filmlər çəkilmir?..
28/10/2016 Yazdır

Bu il aprel ayının əvvəllərində cəbhədə baş verən “4 günlük müharibə” nəinki Azərbaycan cəmiyyətində, eləcə də, regionda canlanma yaratdı. Azərbaycan Ordusunun qətiyyətli mövqeyi düşmənə sarsıdıcı zərbə vurdu. Xeyli sayda şəhid verməyimizə baxmayaraq, dövlət və xalq olaraq,  “igidlər ölməz, vətən bölünməz” şüarını  uca tutduq.

Adətən müharibə vaxtı arxa cəbhə daha çox iş görür. Yaradıcı insanlar bütün səylərini ön cəbhə döyüşçülərini ruhlandırmağa yönəldir. Yeni əsərlər yazılır, mahnılar bəstələnir, filmlər lentə alınır.

Təəssüfedici məqam odur ki, “4 günlük müharibə”ni filmin yaddaşına çevirmək istəyən rejissorlarımız yoxdur.

“Aprel şəhidləri”ndən bəhs edən epizodları niyə yaddaşımızın lentinə köçürə bilmirik?

Modern.az saytı “aprel hadisələri”ndən bəhs edən filmlərin olmamasının səbəblərini araşdırmağa çalışıb.  

Tanınmış kinorejissor Əbdül Mahmudov deyir ki, bunun üçün mütləq dövlət dəstəyi olmalıdır.

“Əvvəla kino çəkilişini dövlət plana salmalıdır. İkincisi, plana salınandan sonra ssenari yazılmalı və ondan sonra film üzərində işə başlanılmalıdır. “Aprel hadisələri”ndən bəhs edən filmlərin çəkilməsi üçün də dövlət tərəfindən maddi dəstək olmalıdır. Neçə illərdir ki, Xurşudbanu Natəvan, Nəsimi, Babək haqqında hazır ssenarilərə filmlər çəkilir. “Aprel hadisələri”ni isə lentə almaq olmur. Əvvəla rejissor icraçıdır. Ssenari yazılmalı, maddi dəstək olmalıdır  ki, filmlər də çəkilsin. Bu səpkidə ən böyük işi prezident özü görür. Dünya qarşısında ortaya faktlar qoyur, ittihamlar irəli sürür”.

Tanınmış jurnalist Aida Eyvazlı “aprel hadisələri”ndən bəhs edən kitab üzərində işləyir. Onun sözlərinə görə, görüşdüyü şəhid ailələri də bu çövzuda filmlərin çəkilməsini istədiklərini deyiblər.

“Əlbəttə, mənimlə hansısa rejissor işləsə, çox böyük həvəslə o kitabın sənədli film formasını da hazırlayardım. Bəzi şəhid ailələri var ki, onlar artıq bir neçə mini film çəkdirib. Nə filmlərin çəkilməsinə vəsait xərcləyən var, nə də bu barədə düşünən. Bu qəhrəmanlıq tariximizi  televiziyalarımızdan və Müdafiə Nazirliyində olan arxiv lentlərdən istifadə etməklə ictimailəşdirmək olar.

Nəinki mən, hətta hər bir şəhid ailəsi o döyüşlərin ekranlaşdırılmasını istəyir. Əvvəla indi güclü rejissorları heç yerdə işlə təmin etmirlər, inincisi də, vətənpərvərlik mövzusu arxa plana keçib. Bizim vətənpərvərliyimizi “aprel hadisələri” oyatdı. Amma ardınca da şəhid ailələrinin əksəriyyətinə qarşı olunan haqsızlıqlar, onların problemlərinə göz yumulması, sanki insanlarda 25 il yatan hisləri yenə də mürgüləməyə vadar etdi”.

 Aida Eyvazlı, prezidentin vətənpərvəliklə bağlı fikirlərini də diqqətə çatdırıb.

“Mübariz İbrahimov və Fərid Əhmədovu dəfn edərkən cənab prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib dedi ki, bizim televiziyalarda hərbi-vətənpərvərlik mövzuları genişləndirilməlidir. 

Sanki hansısa bir əl içəridən girib, vətənpərvərlik mövzusunu işləməyə qoymur. Əslində bizdə milli ideologiyanı öldürmək yönümündə güclü və gizli təbliğat gedir.

Lakin neyləsələr də bizim milli və vətənpərvərlik ruhumuzu öldürə bilməyəcəklər. Yəqin ki, bir gün telekanallar ucuz müğənniləri müzakirə etməkdən yorulub, qəhrəmanlarımız Raqufu, Vuqarı, İnqilabı, Əbdülməcidi də xatirlayacaqlar. Onda biz Vətən torpaqlarını da asanlıqla azad edəcəyik”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft