AZ TR RU EN
»Giriş Sayfam Yap »Favorilere Ekle »Sitene Ekle »Arşiv
ANASAYFA FOTO GALERİ VİDEO HABER İLETİŞİM
     
SON DAKİKA : Türk Devletleri Teşkilatı Üyeleri Anayasa Yargısı Konferansı kuruldu     Azerbaycan’ın siber güvenlik adımına yerli teknoloji üreticisinden destek     Güneş sistemini tartışan öğrenciler Azerbaycan yolcusu     Washington’da buluşan Türklerden şehit diplomatlara anma, Ermeni iddialarına tepki     Azerbaycan, Türkiye’nin ’Koruyucu Aile Sistemi’ tecrübesinden istifade edecek     Şuşa’daki Zafer Kurultayı’nda ’güç birliğine’ vurgu yapıldı     Azerbaycan, Ukrayna’ya insani yardım gönderdi     Azerbaycan’dan Pençe-Kilit Operasyonu’nda şehit olan asker için taziye mesajı     Rusya Devlet Başkanı Putin, Ermenistan Başbakanı Paşinyan ile görüştü     Aliyev: Ermenistan, Nahçıvan’a yapılacak yolların koordinatlarını vermedi     Dünya turuna çıkan Türk "mim" sanatçısı Kılıç, ilk durağı Bakü’de     Azerbaycan’a girişlerde Kovid-19 PCR testi sunma zorunluluğu kaldırıldı     BMC, Azerbaycan’a 170 otobüs daha ihraç etti     Bakan Çavuşoğlu, Azerbaycanlı ve Türkmenistanlı mevkidaşlarıyla telefonda görüştü     Aliyev, Ermenistan’ın ilişkilerin normalleşmesi için sundukları teklifi kabul ettiğini bildirdi     TÜRKSOY Genel Sekreterlik görevini Sultan Raev devraldı     AB: Ermenistan ve Azerbaycan’la barış için somut süreç başlatmaya karar verdik     Cumhurbaşkanı Erdoğan, Azerbaycan Cumhurbaşkanı Aliyev ile telefonda görüştü     Azerbaycan: Brüksel’de Ermenistan’la barış için önemli adım atıldı     Azerbaycan Kültür Bakanı Kerimov, Şuşa’nın ’Türk Dünyası Kültür Başkenti’ ilan edilmesini değerlendirdi    
Güncel Haberler Politika Ekonomi Kültürel Spor Karabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR Araz ASLANLI
12
14
16
18
22/04/2014 14:19
Kəlbəcər verilib, yoxsa işğal edilib...

1990-cı illərin əvvəllərində belə bir lətifə danışılırdı: “Yaponiyadan qonaq gəlmiş yüksək səviyyəli nümayəndə heyəti Prezident Aparatında qəbul olunur. Yapon qonaqlar prezidentinin köməkçisinə aid olan otağın yanından keçərkən birisinin yüksək səslə qışqırdığını eşidirlər: “Kəlbəcər! Kəlbəcər! Kəlbəcər!...”.

Təəccüblənən yaponlar soruşurlar ki, bu adam niyə qışqırır?

Yanlarındakı azərbaycanlı cavab verir ki, “o, Kəlbəcər ilə danışmağa çalışır”.

Yaponlar bu dəfə soruşurlar ki, “Kəlbəcər hardadır ki?”. Azərbaycanlı cavab verir: “Hava yolu ilə 300 km-dən bir qədər artıq məsafədə”.

Yaponiyalı qonaqlardan biri bu dəfə lap təəcüblə soruşur ki, bəs onda niyə telefonla danışmır?”.

Bu lətifədə əslində başqa bir məqam da gizlidir: Kəlbəcərə olan məhəbbət, Kəlbəcər üçün ürək yanğısı, Kəlbəcərdən vaz keçməmək, nəyin bahasına olursa olsun səsini Kəlbəcərə çatdırmaq israrı və nəyin bahasına olursa olsun Kəlbəcəri eşitmək arzusu... 

Son vaxtlar ölkəmizdə “qaçqın və məcburi köçkünlərin şəhər mədəniyyətini darmadağın etməsi” və “Kəlbəcərlilərin yurdlarını qoyub gəlməsi” iddiaları ətrafında gərgin müzakirələr gedir. Bu müzakirələr bəzən fikir azadlığının və “obyektivlik axtarışları”nın sərhədlərini xeyli aşaraq bir qrupun təhqir olunması ya da özünümüdafiəsi kampaniyasına çevrilir.

Amma bu müzakirələr fonunda mən nədənsə digər məqamlarla yanaşı yuxarıda yazdığım lətifəni də xatırladım. Çünkü son “müzakirə”lərin ən vacib problemlərindən biri də məhz “səsini çatdırmaq” və “eşitməyə çalışmaq” hədəfindən uzaq olmasıdır. Qarşı tərəfi anlamağa ya da qarşı tərəfə izah etməyə çalışmaq arzusu yoxdur. Ən yaxşı halda daha fərqli bir qəhrəmanlıq, hansısa bir qrupu hədəf götürmək taktikası işlədilir. Hətta bəzən niyyət xoş (deyək ki, “işğala etiraz”) olsa belə...

Qaçqın və məcburi köçkünlərin “Bakının mədəniyyətini pozduqları” iddiasının sərt şəkildə mütəmadi gündəmə gətirilməsi nə qədər qeyri-mədəni bir yanaşmadırsa, Ermənistan tərəfindən işğal ediliş ərazilərimizlə bağlı “satdılar”, “qoyub qaçdılar”, “verdilər” təbliğatı aparılması da bir o qədər qeyri-vətənpərvər yanaşmadır. Hər iki iddianı əsaslandırmaq üçün faktlar axtarmaq olar. Amma bu, ümumi məqsəd naminə nəinki faydasızdır, hətta xeyli zərərlidir.

Qaçqınlıq bir seçim deyil, məcburiyyətdir. Bir işğalın yaratdığı məcburiyyətdir. Kəlbəcər də, işğal olunmuş digər ərazilərimiz də uzun müddət düşmənin ağır hərbi zərbələrinə, bəzən blokadalara, bəzən provakasiyalara məruz qalıb. Yada salaq: sadəcə Kəlbəcər rayonunun işğalı zamanı 511 mülki şəxs qəddarlıqla qətlə yetirilib, 2500 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, əlil olub, 165 nəfər girov götürülüb.

Bundan təxminən bir il öncə isə Kəlbəcərdə Ağdaban soyqırımı yaşanmışdı. Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi Ermənistan ordusu tərəfindən tamamilə yandırılmış, kəndin 779 nəfər dinc sakininə işkəncələr verilmişdir. 67 nəfər qətlə yetirilmiş, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılmış, 2 nəfər itkin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdi...

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı prosesində düşmənin törətdiyi soyqırım, qətliamlar, acımasızlıqlar, qadın, uşaq, yaşlı demədən edilən və burada yaza bilmədiyimiz vəhşiliklər cəmiyyətdə elə bir psixoloji vəziyyət yaratmışdı ki, heç bir yaşayış məntəqəsi “ikinci Xocalı” olmaq istəmirdi. O psixologiya ilə, eyni zamanda təxribatların da nəticəsində işğallar zamanı evlərini tərk edib Bakıya gələnləri günahlandırmaq ucuz qəhrəmanlıq axtarışıdır.


Əslində bu iki müzakirə çox yeni də deyil. Biri (“şəhər mədəniyyəti” ilə bağlı olan) hələ Sovet dövründə də mövcud idi. Digəri isə Erməsnitanın işğalçılıq səyləri ilə eyni vaxtda başladı. “Qarabağı sadəcə Qarabağlıların qorumalı olduğuna” dair qüsurlu anlayış o dövrlərdə bir qədər anlaşılan idi.

Deyək ki, “vətənimiz Azərbaycan” anlayışının formalaşmasına SSRİ imkan verməmişdi. İndi isə xalq hərəkatının başladığı dövrdən 25 ildən də artıq vaxt keçib. Amma bəzən hətta “Bütöv Azərbaycan”dan, “Turan”dan danışanların belə vətənpərvərlik anlayışlarının öz kəndləri, ən yaxşı halda isə rayonları ilə məhdudlaşdığına şahid oluruq.

“Filan rayon bir kənd belə vermədi, amma filan rayonu satdılar”, “Qarabağlılar Bakıda gəzir, mən niyə gedib cəbhə xəttində qalmalıyam”, “qaçqınlar Bakıda kef edir” şəklindəki qüsurlu yanaşmalar da məhz buradan qaynaqlanır. Deməli bu insan Azərbaycanın hamımızın ortaq vətəni olduğunu hələ dərk edə bilməyib.

Deməli hələ də bunu başa düşməyən insanlar var ki, Qarabağ Nazimin, Yalçının, Aqilin, Seymurun, Muradın həyətyanı sahəsi, evi demək deyil. O birinci növbədə vətənimizin bir parçasıdır. Vətəndaşı olduğumuz dövlətin ərazisi... Müharibə də kiminsə evi ya da həyətyanı sahəsi üstündə başlamayıb. Bu dərk olunmadığına görə də regionla bağlı imperial maraqları olan böyük güclərin və onların regiondakı maşası rolunu oynayan işğalçı dövlətin etdikləri qalıb bir tərəfdə, günahkar kimi növbəti soyqırımların qurbanı olmaq istəməyənlər görülür.

Vətən torpağını ilk növbədə dövlətin ordusu qorumalıdır. Təbii ki, insanlarda ümumi vətənpərvərlik ruhunun yüksək olması, hər qarış torpaq üçün yeri gəlsə özünü fəda edə bilmək arzusu vacibdir. Mümkün qədər yaşadıqları əraziləri heç bir halda tərk etməmələrinin təmini də zəruridir. Amma işğalın əsas günahkarı kimi illər boyunca bombardman altında yaşayanları görmək yolverilməzdir.

Yeri gəlmişkən Azərbaycan əraziləri də əsasən orduların qurulmasından öncəki kiçik qarşıdurmalar (əhalinin özünümüdafiə batalyonları ilə döyüşdüyü “ov tüfəngi döyüşləri”) zamanı yox, sonrakı mərhələdə işğal olunub. Bunun da müxtəlif səbəbləri olub. Ermənistan həm daxili amil (daha həmrəy, bu ölkədə müharibənin gedişatı boyunca hakimiyyət dəyişikliyi olmayıb və s.), həm də xarici amil (dünyada yeganə müharibədir ki, tərəflərdən biri həm Rusiya, həm Qərb, həm də İrandan hərbi, siyasi, maddi, texniki və s. dəstək alıb) baxımından işğalı reallaşdıracaq imkanlara malik olub.

Ermənistanın müttəfiqləri sadəcə ona dəstək verməklə kifayətlənməyiblər, Azərbaycan daxilində tez-tez provokasiya törədiblər. Çünkü bölgədə böyük maraqlar olub və hazırda da var. Gürcüstan və Ukrayna təcrübəsi də göstərir ki, böyük güclərin acımasız planlarına müqavimət göstərmək çox çətindir. Azərbaycan ancaq bir möcüzə göstərərək ərazi bötüvlüyünə yönəlmiş qəsdin tam qarşısını ala bilərdi. Təssüf ki, o vaxt bu möcüzəni göstərə bilməmişik.  

Yuxarıda qeyd olunan düşüncə sadəcə milli birliyimizə kölgə salmaqla və əhali arasında nifaq toxumu əkməklə qalmır, diqqəti Ermənistanın işğalçılığından, onun arxasında duran güclərin böyük oyunlarından da yayındırır.

Yeri gəlmişkən Kəlbəcərin işğalı ilə bağlı bir videoreportajda Sarkisyanın həyat yoldaşından sitat gətirilirərək müqavimət göstərməyin yolları öyrədilməyə çalışılır. Əgər geosiyasi amillər Ermənistanın əleyhində olsaydı, ya da kənar dövlətlər müdaxilə etməsəydi və Azərbaycan ordusu ilə Ermənistan ordusu bir başa qarşı qarşıya qalsaydı, onda daha dəqiq görmək olardı ki, Sarkisyanın o torpaqlardan öncə ailəsini çıxaracaqdı, yoxsa özü qaçacaqdı.

Amma təəsüf ki, tarixi yenidən yaşamaq olmur və müharibənin birinci mərhələsi məhz qismən daxili, ama əsasən xarici amillərə görə Ermənistanın xeyrinə nəticələnib. Ermənistan Azərbaycan ərazilərini işğal edə, soyqırımlar tördə bilib. İndi isə sadəcə keçmişlə bağlı mühakimə yürütmək yox, həm də nəticəni dəyişmək, ədaləti bərpa etmək və qurbanları yox, məhz cinayətkarları cəzalandırmaq üçün səyləri birləşdirmək vaxtıdır.

Təbii ki, işğal prosesində yerli sakinlərin hərəkətləri ilə bağlı, eləcə də Bakıda şəhər mədəniyyətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı tənqidi fikirlərin bir hissəsi ürək yanğısından, işğaldan duyulan narahatlıqdan, işğal faktı ilə barışmamaq və ərazilərimizin azad edilməsi istəyindən, mədəni bir şəhərdə yaşamaq arzusu kimi çox normal bir arzudan qaynaqlana bilər. Bu da anlayışla qarşılanmalıdır.

Amma, bir daha vurğulamaq istəyirəm ki, bütün bu arzular dilə gətirilərkən elə edilməlidir ki, qaş düzəldilən yerdə göz çıxarılmasın...   

Önceki Yazılar :
 
Hava Durumu
Kurlar
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ÇOK OKUNANLAR bu hafta | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft