AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Avqust da gəldi, qarpız-yemiş ucuzlaşmadı
04/08/2018 Yazdır

Avqustun 1-dən topdansatış bazarlarında qarpızın qiymətində 30 faiz, yemişin qiymətində 50 faiz ucuzlaşma müşahidə edilir.

Bunu Modern.az-a kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli bildirib.

N.Nəsirli deyib ki, əvvəllər yemişin topdansatış qiyməti 80-90 qəpik idisə, hazırda qiymətlər 40-45 qəpiyədək enib:

“Bu da təxminən 50-60 faiz civarında ucuzlaşma deməkdir. Əvvəllər qarpızın topdansatış qiymətləri 50, 55, 60 qəpik civarında idisə, bugünkü göstəricilərdə 40-45 qəpik müşahidə edilir. Bu da təxminən 30 faiz ucuzlaşma deməkdir”.

“10 günə qarpız-yemiş ucuzlaşacaq”

Ekspert səyyar satışlarda qiymətlərin dəyişməz qalmasına da münasibət bildirib:

“Hazırda satışda olan qarpızlar bir neçə gün əvvəl baha topdansatış qiymətinə alınan məhsullardır. Yəqin ki, ilk ongünlük ərzində həmin məhsullar satılandan sonra ucuzlaşmanı hiss edəcəyik. Doğrudur, qiymətlər ciddi şəkildə ucuzlaşmasa da, müəyyən sabitləşmənin şahidi olacağıq. Maya dəyərini formalaşdıran topdansatış qiymətləridir.

Bu gün topdansatış qiymətlərində yemiş üzrə 50 faiz, qarpız üzrə 30 faiz ucuzlaşma varsa, bunu səyyar satışa da şamil etmək olar. Hərçənd ki, səyyar satışda o qədər də ucuzlaşmanı gözləmirəm. Çünki insanlardakı gəlir əldə etmək ehtirası daha güclüdür. Topdansatış belədir ki, məhsul çox olduğu üçün tez satılmalıdır. Səyyar satıcı isə məhsulunu həmin gün də sata bilər, 3-4 gün ərzində də”.

Qarpız-yemiş ildən-ilə niyə dadsızlaşır...

N.Nəsirli qarpız-yemişin ildən-ilə dadında, keyfiyyətində baş verən dəyişikliklərə də aydınlıq gətirib. O, əsas problemin toxumla bağlı olduğunu vurğulayıb:

“Təxminən iki gün əvvəl Aran rayonlarında idim. Maraq üçün 2-3 qarpız alıb kəsdim. Eynilə siz deyən halla qarşılaşdım. Qarpızlar qabığı qalın, içi ağ və dadsız idi. Elələri var ki, görünüş olaraq gözəl təsir bağışlasa da, kəsəndə müəyyən qoxu hiss edirsən və s.

Bildiyiniz kimi, avqust ayına qədər satışa çıxarılan qarpızlar örtük altında yetişdirilənlərdir. Örtük altında yetişmə dövrünü sürətləndirmək üçün onlara müəyyən mineral gübrələr verilir. Mənim fikrimcə, fermerlərin məlumatsızlığından hər bitkiyə lazımından çox gübrə verilir. Bu, ən böyük problemdir və düşünürəm ki, gizlətməyə də ehtiyac yoxdur. Fermerlər elə bilirlər ki, məhsula daha çox gübrə verəndə sürətlə yetişir. Düz bilirlər, sürətlə yetişir. Amma təhlükə faktorunu da nəzərə almaq lazımdır. Onu da qeyd edim ki, bizdə konkret tərəvəz məhsullarına hesablanmış orqanaleptik laboratoriya yoxdur ki, analizlər aparılsın, sahələrdən nümunələr götürsün, problemləri araşdırsın, həyəcan siqanlı çalsın”.

“Yediyimizin tərkibi nədir, bilinmir”

Ekspert qeyd edir ki, bu gün alıb yediyimiz məhsulların tərkibi barədə məlumatsızıq:

“Söhbət təkcə qarpız-yemişdən getmir. Ümumilikdə ildən-ilə məhsulların dadında mənfi dəyişiklik hiss olunur. Bunun səbəblərindən biri düzgün becərməməkdən irəli gəlirsə, digər səbəbi də toxumla bağlıdır. Bu gün Azərbaycanda qarpız, yemiş toxumunu hərə öz sahəsindən alır. Eyni məhsuldan alınan toxum növbəti il həmin torpağa əkilir və bu proses illərlə davam edir. Eynilə proses heyvandarlıqda, bitkiçilikdə də belədir. Heyvanların cins tərkibi aşağı düşüb deyirik. Niyə? Çünki heyvan öz doğduğu baladan mayalanır. Bizim təsərrüfatlarda maya dəyəri ona görə aşağıdır.

Kənd Təsərrüfatı Nazirliyi bu problemi aradan qaldırmalıdır. Mən bildiyim qədərilə hazırda Tərəvəzçilik İnstitutunda bu sahədə layihə həyata keçirilir. Amma onun tamamlanması uzun çəkəcək. Təcili şəkildə bostan məhsullarının toxumçuluğu təşkil olunmalıdır. Bu, o qədər də çətin, elmi sahə deyil. Bizə hibrid toxumlar lazımdır. Elit və superelit toxumlar üçün 5-6 il gözləmək lazımdır. Tərəvəzçilik İnstitutu qarpız-yemiş toxumçuluq sahəsində yeniliklər etməlidir. Yoxsa ildən-ilə qarpız-yemişin dadını itirəcəyik”.

“Sarı qarpız” niyə gözə dəymir?...

Mütəxəssis iki əvvəl bazarlarda geniş yayılan sarı qarpızların yoxa çıxması ilə bağlı sualımızı da cavabalandırıb:
“Bildiyiniz kimi, əsas bostan məhsullarımız Yevlax, Xaldan, Sabirabad, Kür qırağında yetişdirilir. Oradakı əkin strukturunda dəyişiklik görmədim. Elə əvvəllər də əkilən yumru formada olan “çay qarpızı” növünü gördüm. Amma sarı qarpıza rast gəlmədim. Görünür tələbat olmayıb deyə, əkilməyib”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8507
 GBP :  2.1644
 TRY :  0.0526
 EUR/USD :  1.0886
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft