AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycan ilə Türkiyə arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib - Foto
25/10/2016 Yazdır

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyədə səfərdədir.

Prezidentin köməkçisi Əli Həsənov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında bir sıra məsələlər, o cümlədən qardaş ölkələrimizdə ictimai-siyasi sabitliyin qorunması sahəsində əməkdaşlığın gücləndirilməsi, Azərbaycanın və Türkiyənin diaspor təşkilatlarının birgə mütəşəkkil fəaliyyətinin qurulması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Söhbət zamanı Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin yeni müstəviyə qaldırılması, əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Türkiyə Nazirlər Kabinetinin Mətbuat və İnformasiya Baş İdarəsinin baş direktoru Mehmet Akarca ilə görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin daha da inkişaf etdirilməsində kütləvi informasiya vasitələrinin rolunun artırılması, hər iki ölkənin mətbuat orqanları arasında informasiya mübadiləsinin genişləndirilməsi, bəzi KİV-lərdə ümummilli və dövlətçilik maraqlarımıza zərər vuran xəbərlərin yayılmasının qarşısının alınması üçün zəruri addımların atılmasının vacibliyi vurğulanıb.

Söhbət zamanı beynəlxalq arenada qarşılıqlı faydalı əməkdaşlığın uğurlu nəticələrinin birgə təbliği, dünya informasiya məkanına dinamik inteqrasiyanın təmin olunması istiqamətində səylərin gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Yasin Aktayla görüşdə isə qardaş dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşdirilməsinin geosiyasi və geostrateji aspektlərindən söhbət açılıb, regionda baş verən proseslərdən danışılıb, xaricdən idarə olunan təhlükəli meyillərin, o cümlədən gənclərin qeyri-sağlam ideologiyalara cəlb olunmasının qarşısının alınması yollarına dair müzakirələr aparılıb.

Görüşdə Azərbaycanın və Türkiyənin sürətli inkişafı yüksək qiymətləndirilib.

Azərbaycanın Türkiyə üçün xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdıran Yasin Aktay bildirib ki, Türkiyə dövləti Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatları yüksək dəyərləndirir və ölkəmizdə əldə olunan bütün uğurlara önəm verir.

Azərbaycanın həmişə Türkiyənin yanında olduğunu vurğulayan Əli Həsənov bildirib ki, dövlətimiz bundan sonra da qardaş ölkənin qarşılaşa biləcəyi bütün çətinliklərin aradan qaldırılmasına öz dəstəyini verməyə hazırdır./trend/

 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft