AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycan Rusiya şirkətlərinə qarşı tələblər irəli sürdü
28/08/2015 Yazdır

Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Azərbaycana heyvan mənşəli məhsullar idxal etmək istəyən Rusiya şirkətlərinə qarşı tələblər irəli sürüb.

Bu barədə Trend-ə DBNX-nin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli deyib.

Onun sözlərinə görə, avqustun 21-də Moskvada Rusiya müəssisələrinin təftişinin yekun mərhələsinə dair Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) nümayəndə heyətləri ilə Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidmətinin ("Rosselxoznadzor") nümayəndə heyətlərinin görüşü keçirilib:

“Rosselxoznadzor” azərbaycanlı ekspertlərin avqustun 16-dan 21-dək Rusiya müəssisələrində apardığı, bu müəssisələrdə istehsal edilən heyvan mənşəli məhsulların (mal əti, quş əti) Azərbaycana satışı üzrə ixrac potensialını inkişaf etdirmək imkanı yaradılmasına yönəlmiş işə görə onlara təşəkkürünü bildirib.

Tərəflər qeyd ediblər ki, “Rosselxoznadzor” və Azərbaycan DBNX-nin mütəxəssislərinin Rusiyanın beş subyektində (Voronej, Bryansk və Orenburq vilayətləri, Stavropol diyarı və Tatarıstan Respublikası) yerləşən heyvan məşəli məhsullar istehsal edən 7 Rusiya müəssisəsində apardığı təftiş işləri yekunlaşıb.

Azərbaycanlı inspektorlar səfər çərçivəsində vilayətlərarası baytarlıq laboratoriyalarının fəaliyyəti ilə də tanış olublar. Onlar rusiyalı mütəxəssislərin hazırlıq səviyyəsini, habelə laboratoriyaların zəruri avadanlıqlarla təchizatının vəziyyətini yüksək qiymətləndiriblər”.

Y.Xanvəli qeyd edib ki, aparılmış təftişin yekunlarına əsasən, DBNX ilkin hesabat tərtib edəcək və həmin hesabatı “Rosselxoznadzor”un ünvanına göndərəcək: “Hesabatda aşkar edilmiş nöqsanlar və onların aradan qaldırılmasına dair tövsiyələr öz əksini tapacaq. Bundan əlavə, Azərbaycana heyvandarlıq məhsulları göndərilərkən irəli sürülən baytarlıq-sanitariya tələbləri yaxın vaxtlarda “Rosselxoznadzor”a təqdim ediləcək”.

Mətbuat xidmətinin rəhbəri deyib ki, Azərbaycanlı müfəttişlər “Rosselxoznadzor”a bildiriblər ki, 2016-cı ildən etibarən bu qurumun nəzarəti altında Azərbaycana gətirilən məhsullar idxalatçıların reyestrinə daxil edilmiş müəssisələrdə istehsal olunmalıdır: “Bu tələb heyvanların yetişdirilməsi ilə, habelə insanların qidalanması üçün nəzərdə tutulmayan məhsullar istehsalı ilə məşğul olan təsərrüfat subyektlərinə şamil edilmir.

Bununla əlaqədar, “Rosselxoznadzor” istehsal etdikləri məhsulun Azərbaycan ərazisinə çatdırılmasında maraqlı olan Rusiya müəssisələrinin siyahısını yaxın müddətdə DBNX-yə təqdim edəcək. Bu halda Azərbaycan tərəfi həmin müəssisələrdə təftiş işləri aparmaq hüququnu özündə saxlayır”.

Y.Xanvəli əlavə edib ki, “Rosselxoznadzor” rusiyalı inspektorlar tərəfindən attestasiya edilmiş müəssisələrin heyvandarlıq məhsullarını Azərbaycan ərazisinə göndərməyə bu şərtlə hazır olduğunu təsdiq edib ki, təftiş zamanı bildirilmiş iradlar aradan qaldırılsın: “Bu fəaliyyət çərçivəsində etibarsız sertifikatlaşdırmanı istisna edən və təhlükəli məhsulların qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisindən Rusiyaya çatdırılması cəhdlərinin qarşısını alan yanaşmalar tətbiq edilməlidir.

“Rosselxoznadzor”da vurğulayıblar ki, heyvanların yoluxucu xəstəliklərinin qarşısının alınması və bu xəstəliklərə qarşı mübarizə sahəsində müştərək elmi-texniki araşdırmalar və tədqiqat proqramları gələcək ikitərəfli əməkdaşlığın perspektivlərindən biri ola bilər.

Tərəflər bu səfərin və sonrakı dialoqun əhəmiyyətini qeyd edərək vurğulayıblar ki, bu, Rusiya-Azərbaycan münasibətlərinin konstruktiv inkişafına imkan verəcək, iki ölkə arasında qarşılıqlı etimad əsasında ticarət dövriyyəsinin artırılmasına şərait yaradacaq”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft