Hacıqabul-Bəhramtəpə-Horadiz yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində 3 aşınma layının qoyulması ilə əlaqədar yolun 48-ci km-dən 56 km-ə qədər hissəsi bağlanacaq.
Bu barədə APA- Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
P. Mürsəliyevin sözlərinə görə, yolun qeyd edilən hissəsi aprelin 25-dən 28-ə kimi bağlı qalacaq.
“Magistral yolda alternativ yolu göstərən yol nişanları da qoyulacaq. Sürücülərdən alternativ yoldan istifadə etmələri xahiş olunur”, - deyə o qeyd edib.
|