AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda boşanan ailələrin 50 faizi uşaqsızdır
09/08/2017 Yazdır

Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına görə, Azərbaycanda qeydə alınan ailələrin ümumi sayı 2 milyon 50 minə qədərdir. Onların 15 faizi, təqribən 300 mini sonsuzluqdan əziyyət çəkir.

Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova Modern.az-a bildirib ki, sonsuzluq ailələrin üçdə birində qadınların, üçdə birində kişilərin, qalanında isə hər iki fərdin problemlərindən dolayı baş verir:

“Əvvəllər sonsuzluq problem olaraq qadınların üzərinə qoyulurdu. Elm inkişaf etdikcə, kişilərin də sonsuzluq məsələsi gündəmə gəldi.

Azərbaycanda konkret olaraq neçə ailənin sonsuz olmasını öyrənmək üçün metodologiya işlənib hazırlanmalıdır. Səslənən rəqəmlər təxminidir. Çünki bəzən  bir neçə ildən sonra sonsuz sayılan ailənin övladı olur. Ona görə dəqiq statistika aparmaq mümkün deyil. Bəzi cütlüklər həkimə gedir, onlarda heç bir problem aşkarlanmır. Həkim onlara uyğunlaşma üçün vaxt verir. Qeydiyyat aparılmadığından onların uşaqlarının olub-olmadığı bilinmir.

Ötən il Azərbaycanda 13114 boşanma halı qeydə alınıb. Həmin boşanmaların 6146-sında uşaq olmayıb. Bu isə təxminən 50 faiz deməkdir. Amma bunların da içərisində nikah müddəti çox qısa davam edən cütlüklər var”.

Komitə rəsmisi bildirib ki, ölkədə sonsuzluq problemi var və problemin aradan qaldırılması üçün aidiyyatı qurumlar birgə çalışırlar:

“Nikaha daxil olanların məcburi tibbi müayinədən keçməsi də buna xidmət edir. Bundan başa, qanuna görə, ölkədə doğulan uşaqlar anadan olduğu andan 18 yaşına qədər məcburi qaydada tibbi müayinəyə cəlb olunur. Bir çox hallarda valideynlər övladlarında olan problemləri qəbul etmir və gözardına vururlar. Onlara deyəndə ki, hazırda kiçik görünən problem gələcəkdə sonsuzluq kimi böyük problem yarada bilər, bunu qəbul etmək istəmirlər.

Xüsusilə də atalar “mənim babamın da, atamın da, mənim də uşağım var. Oğlumun da olacaq” deyib, hər şeyi qadının üzərinə atırlar. Hətta analar ailəli olan oğlanlarını atadan gizlin şəkildə həkimə aparıb müayinəyə cəlb edirlər. Ona görə də ailələrlə birgə iş aparılmalıdır. Komitə bu sahədə fəaliyyətə başlayıb. Reproduktiv sağlamlıqla, əhalinin tibbi maarifləndirilməsilə bağlı mütəmadi olaraq layihələr keçiririk.

Sonsuz ailələrdə tibbi müdaxilə işə yaramadığı hallarda övladlığa götürmə də mümkündür. Bununla da ailələr uşaq olmaması səbəbindən boşanmanın qarşısını bu yolla ala bilərlər”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8055
 GBP :  2.1122
 TRY :  0.0522
 EUR/USD :  1.0621
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft