AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda Ebola virusundan şübhələnərək “qaynar xətt”ə müraciət edənlər var
20/08/2014 Yazdır
Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini: “Yaxın 20-25 gün ərzində xaricdə olmamısınızsa, xaricdən kimsə yanınıza gəlməyibsə, heç bir narahatlığa əsas yoxdur”

Azərbaycanda Ebola virusu ilə bağlı Səhiyyə Nazirliyinin Taun Əleyhinə Stansiyasında “qaynar xətt” xidməti yaradılıb.

Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov deyib ki, adi vaxtlarda “qaynar xətt” iş vaxtlarında fəaliyyət göstərib, amma tələbat olan vaxtlarda xidmətin iş vaxtı artırılır. Onun sözlərinə görə, dünəndən etibarən 530-32-13 nömrəli “qaynar xətt” 24 saat ərzində vətəndaşlara xidmət edəcək.

Ş.Qurbanov qeyd edib ki, hər bir şəxs günün istənilən saatında hansısa narahatlıqla bağlı bu nömrəyə zəng vura bilərlər: “İnsanların bəzilərinin bu xəstəlik haqqında məlumatı yoxdur və bununla bağlı yetərincə suallar olur. Bütün bu və ya digər suallara, insanların müraciətlərinə “qaynar xətt” vasitəsilə ətraflı cavab veriləcək. Artıq dünəndən etibarən hərarətləri yüksək olan, Ebola virusundan şübhələnən və bundan narahatlıq keçirən 1-2 nəfər “qaynar xətt”ə müraciət edib. Onlara başa salınıb ki, yaxın 20-25 gün ərzində xaricdə olmayıblarsa, xaricdən kimsə onların yanına gəlməyibsə, kiminləsə kontaktda olmayıblarsa, heç bir narahatlığa əsas yoxdur”.

Ş.Qurbanov bildirib ki, Rusiyada Afrika vətəndaşı vasitəsilə bu virusun aşkarlanması ilə bağlı yayılan xəbərlər narahatlığa səbəb olub. Onun sözlərinə görə, Rusiyanın bu virusun yayıldığı ölkələrlə böyük ticarət əlaqəsi var, turistlər gəlib-gedir: “Dünən Rusiya vətəndaşlarına həmin ölkələrə getməməyi məsləhət görüb. Amma yenə də buna baxmayaraq, turistlər gedirlər. Amma Azərbaycanın həmin ölkələrlə əlaqələri demək olar ki, yoxdur. Hər ehtimala qarşı həmin ölkələrdən gələn insanları sərhəd-keçid məntəqəsində qeydiyyata almaq lazımdır, onlar maksimal inkubasiya dövründə - təxminən 3 həftə nəzarətdə saxlanılmalıdır ki, bu müddət ərzində hansısa hal aşkar olunarsa, dərhal lazımi tədbirlər görülsün”.

Direktor müavini vurğulayıb ki, Azərbaycanda bu virusun yayılması mümkün deyil: “Çünki bu virus insanların gigiyena qaydalarına riayət etmədikləri üçün yayılır. O xəstəlik Azərbaycana gəlsə də, onun yayılma imkanı yoxdur. Çünki insanlar başa düşürlər ki, xəstə ilə təmasda olmaq olmaz. Hansısa ölkədən xəstə gəlsə də, bu xəstəliyin ölkədə yayılma ehtimalı yoxdur. Hər bir halda səhiyyə nazirinin müavininin əmrindən sonra da Ebola virusu xəstəliyinin ölkəyə keçməsinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər gücləndirilib”./apa/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft