AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda gözlənilən quraqlıq meyvələrin qiymətlərinin bahalaşmasına səbəb olacaq
02/07/2015 Yazdır

Azərbaycanda iyul-avqust aylarında gözlənilən quraqlıq bitkilərin məhsuldarlığının azalmasına səbəb olacaq.

Bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev deyib.

Onun sözlərinə görə, bu il gözlənilən quraqlıq bitkilərin yarpaqlarının vaxtından əvvəl qurumasına səbəb olacaq: "Bu da ümumilikdə məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Quraqlıq ilk növbədə hazırda yetişdirilən bostan bitkilərinə, tərəvəzlərə mənfi təsir göstərəcək. Bu hal ümumilikdə bütün meyvələrin məhsuldarlığına mənfi təsir edəcək”.

V.Əliyev qeyd edib ki, quraqlıq dağlıq rayonlarla müqayisədə Aran rayonlarda yetişdirilən bitkilərin məhsulların məhsuldarlığına daha çiddi təsir göstərəcək:

"Quraqlığın bitkilərə təsirini azaltmaq üçün isə ilk növbədə suvarma suyunun həcmi artırılmalıdır. Hazırda respublikada su çatışmazlığı mövcuddur, suvarma suyu çatışmır. Suvarma suyu da olmasa, quraqlıq çoxillik bitklər də daxil olmaqla, bütün bitkilərə - tərəvəzə, meyvələrə və dənli bitkilərə mənfi təsir göstərəcək. Tərəvəz məhsulları hər yığımdan sonra suvarılmalıdır. Bunun üçün su ehtiyatı olmalıdır”.

V.Əliyev bildirib ki, çaylarda sululuq azalıb: "Bu da bağların, bostanların suvarılmasında artıq çətinliklər yaradır. Quraqlığın olması fermerlərin məhsul yetişdirməsinə imkan verməyəcək. Onlar əziyyət çəkirlər, amma məhsullarını yetişdirib sata bilməcəyəcəklər. Yetişdirdikləri məhsulun keyfiyyəti isə aşağı olacaq”.

Meyvəçilik təsərrüfatının sahibi, fermer Həsən Həsənov isə bildirib ki, yay meyvələri ilə müqayisədə quraqlıq payız və qış meyvələrinə daha çox təsir edəcək.

Fermer bildirib ki, quraqlıq dövründə bitkilərdə göbələk xəstəliklərinə yoluxma halları azalır: "Amma quraqlıq meyvələrin keyfiyyətini pisləşdirir. Bu səbəbədən də bu il meyvələrin tam böyüməyəcəyi, xırda olacağı gözlənilir".

H.Həsənov hesab edir ki, quraqlıq meyvələrin məhsuldarlığını azaldacağından onların satış qiymətində də bahalaşmanın olması mümkündür.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft