AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR
07/02/2018 Yazdır

Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı “ Halal” sertifikatı ilə satılır.

Azərbaycanda “ Halal” sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını “ Halal” yarlığı ilə təqdim edib, insanları aldadırlar. Belə qurumlar əvvəlcə akkreditasiyadan keçməlidir, Ancaq Azərbaycanda akkreditasiyadan keçməyən və insanala saxta “halal qida” yedizdirən onlarla sahibkar fəaliyyət göstərir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xiddmətinin rəhbəri  Fazil Talıblı Modern.az-a bildirib ki, Azərbaycanda sertifikatlaşdırma fəaliyyətini akkreditasiya edilmiş qurumlar həyata keçirir: 

“Standartlaşdırma,Meterologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırmayla məşğul olmur. Azərbaycanda “halal qida” məhsullarının sertifikatlaşdırılmasını Akkreditasiya mərkəzində akkreditasiya olunan qurum - “AzeSERT Halal” MMC həyata keçrir”.

Komitə rəsmisi bildirib ki, müəssisələrə sertifikatın verilib-verilməməsi auditin nəticəsindən asılıdır: 

““Halal qida” istehsal edən və bunu təsdiqləyən sənəd üçün sahibkarlar məhz həmin quruma müraciət etməklə öz müəəsisələrindəki mövcud vəziyyətli istehsal prosesini bu orqanın auditorlarına nümayiş etdirməli, auditin nəticəsinə uyğun olaraq ona sertifikat verilməlidir”. 


Fazil Talıblının sözlərinə görə, “halal qida” ilə bağlı dövlət standartları mövcuddur: “ Bu standartların qərarları çox sərtdir. “ Halal qida” standartları İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma Şurasının qəbul etdiyi standartlardır. Müsəlman ölkələrində tətbiq edilən vahid beynəlxalq “ Halal” standartıdır. İslam dininin bütün tələbləri burada əksini tapır”.

O qeyd edib ki, tələblər sərt olduğuna görə, sertifikat alanların sayı 10-nu keçmir: 

“Təbii ki, müraciət edənlərin sayı çoxdur. Amma auditin nəticəsinə görə, sertifikat alanlar qeyd etdiyim kimi, 10-dan çox deyil. Çox təəssüf edirəm ki, bəzi qurumlar “ Halal” sertifikatı almış kimi özlərini təqdim edir və istehlakçıları aldadırlar. Biz bunun əleyhinəyik. Əgər bu sahədə stabil vəziyyət yaratmaq istəyiriksə, bu cür sahibkarların qarşısını almaq bizim üçün vacibdir”. 

 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dövlət tərəfindən iki il öncə yaradılan “AzeSERT Halal” MMC-nin ayrıca laboratoriyaları var:

“Biz bu prosesi diqqətlə izləyirik. Azərbaycanda “Halal” sertifikatını qanuni yolla almış müəəsisələr bu günə kimi qanuni olan “Səhliyalı” kiçik müəəsisəsi, “Hakan Foods Azərbaycan Trading Co Ltd MMC”, “Qafqaz Konserv zavodu” MMC, “AzProtein Foods Group” MMC,, “Zəhmət-Ruzi”  MMC, “Səba” Səhmdar Cəmiyyəti, “Orxan- SS” müəssisəsi, “Ovçular və ət məhsulları” MMC, “M&T” LTD firmasıdır. Hazırda bir neçə müəəsisədə də bu istiqamətdə işlər gedir”.

Eyyub Hüseynov deyir ki, ümumilikdə götürdükdə, əmtəə bazarında olan malların 80%- i yalançı “Halal” sertifikatı ilə satılır: 

“Məsələn “28 May” metrostansiyasının çıxışında alman sosiskaları satılır, hətta bir nişan da qoyublar ki, guya “Halal” sertifikatı ilə satırlar. KFC xaricilərə məxsus böyük bir qida qrupudur, onlar da özlərini guya “Halal” sertifikatı almış kimi göstərirlər. Bunlar istehlakçıların aldadılmasıdır.

Dövlətin qanunlarına görə, “Halal” sertifikatı verən qurum akkreditasiyadan keçməlidir, dövlət tərəfindən tanınmalıdır. “AzeSERT Halal” MMC xaricində Azərbaycanda heç bir qurum akkreditasiyadan keçməyib, dövlət tərəfindən tanınmayıb. Təəssüf ki, bu gün də Azərbaycana Ukraynadan, Braziliyadan və başqa ölkələrdən məhsullar gətirilir,  “halal” adı ilə təqdim olunurlar”.

Müsahibimiz bildirib ki, Azad İstehlakçılar Birliyinin “Halal” sertifikatı ilə əlaqədar özəl təqvimi var: “Mən bu günlərdə İslam İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi ilə görüşmək niyyətindəyəm. Biz məsələ qaldırmışıq ki, “Halal” sertifikatı almış müəssisələrdə iki məsələ də həll olunsun.

Birincisi budur ki, onlayn izləmə sistemi olsun. Dünyanın istənilən yerindən insanlar izləyə bilsin ki, bu müəəssisədə nə baş verir. Digər məsələ isə “halal mal” istehsal edən müəəssisələrin maliyyə mənbəyinin halal olmasıdır. Maliyyə mənbəyi əgər haramla qurulubsa, oğurluqla, korrupsiya pulu ilə, faiz məsələsiylə yaradılıbsa, bu halal sayıla bilməz”.

Onun sözlərinə görə, diqqətdə olan məsələlərdən biri də, kolbasaların tərkibinə qarışdırılan qida əlavələridir: “ Qida əlavələrinin mənbəyinin halal olması ciddi məsələlərdən biridir. Hazırda Azərbaycanda qida mənbələrinin yerli bitkilərdən hazırlanması üçün müəyyən işlər gedir”. 

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft