AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
01/10/2014 Yazdır

Azərbaycanda qadınların təxminən üçdə birində artıq çəki və piylənmə müşahidə olunur.

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən Trend-ə bildirilib ki, bu nəticəyə Azərbaycanda əhali arasında qeyri-infeksion xəstəliklərin risk faktorları araşdırılarkən gəlinib.

Ölkədə ən çox yayılmış 4 qrup qeyri-infeksion xəstəlik var ki, bunlar da ürək-damar sistemi, onkoloji, şəkərli diabet və ağçiyərlərin xroniki xəstəlikləridir. Qeyri-infeksion xəstəliklərin risk faktorları əsasən tütünçəkmə, qeyri-sağlan qidalanma, fiziki aktivliyin olmaması və s.-dir.

2011-ci ildən başlayaraq bu faktorlar üzrə müəyyən araşdırmalar aparılır. Bu il isə həmin risk faktorlarından ikisi - artıq çəki və yüksək qan təzyiqi istiqamətində tədqiqatlar aparılır və araşdırmalar bu ilin sonuna kimi yekunlaşacaq.

İndiyədək aparılan tədqiqatların nəticələrinə görə, artıq çəki və piylənmə Azərbaycan əhalisi arasında rast gəlinən böyük problemdir. Piylənmə həm kişilər, həm qadınlar arasında olsa da, bu faktor qadınlar arasında daha çox yayılıb. Azərbaycanda qadınların təxminən üçdə bir hissəsində artıq çəki və piylənmə müşahidə olunur.

Tütünçəkmə isə əsasən kişilər arasında böyük problemdir. Kişilərin təxminən 50 faizi gündəlik olaraq siqaret və digər tütün məmulatlarından istifadə edir: “Bu da böyük göstəricidir, bu göstərici Avropa göstəriciləri ilə müqayisəolunmaz şəkildədir. Qadınlar arasında isə bu göstərici yüksək deyil”.

Tədqiqatlar zamanı məlum olub ki, spritli içkilərdən istifadə əsasən orta yaşlı kişilər arasında müşahidə edilir.

Azərbaycanda ən böyük problemin fiziki aktivliklə bağlı olduğu da aydın olub. Kişilər arasında daim idmanla məşğul olanların göstəriciləri 8 faiz təşkil edirsə, qadınlar arasında bu göstərici cəmi 4 faizdir. Bu isə çox aşağı göstəricidir. Tədqiqatlardan o da aydın olub ki, əhali arasında yüksək qan təzyiqi də kifayət qədər yayılıb.

Tədqiqatların nəticələrindən asılı olaraq müəyyən tədbirlər - maarifləndirmə, tibbi xidmətlərin ilkin səhiyyə sistemində gücləndirilməsi və s. görülə, tövsiyələr hazırlana bilər. Bu tədbirlər yalnız Səhiyyə Nazirliyi tərəfindən deyil, digər qurumların da cəlb edilməsi ilə görülə bilər:

“Məsələn, parklarda idman meydançaları yaradıla bilər. Bu isə Səhiyyə Nazirliyinin işi deyil. Müvafiq qurumlar da bu sahədə iş görə bilərlər. Əhalinin çox hissəsinin gününü oturaq vəziyyətdə keçirməsi gələcəkdə ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin yaranması üçün böyük risk amilidir. Bu sahədə də maarifləndirmənin aparılmasına ehtiyac var”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft