AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda Ramazan bayramı ilə bağlı ikitirəlik yarandı, dindarlar çaşqınlığa düşdülər...
28/07/2014 Yazdır

Otuz gün ərzində oruc tutmaqla İslam dininin əsas şərtlərindən birini yerinə yetirən dindarlar bununla həm ruhən və cismən saflaşmış oldular, həm də bu müddətdə aclığa qarşı öz iradələrini nümayiş etdirdilər. Ramazan imtahanı sona çatır.

Ramazan ayı həm də xüsusi tərbiyəvi əhəmiyyətə malikdir. Allah yolunda orucluq tutanların Xudavəndi-Aləm yanında ərzi böyükdür. 

Modern.az xəbər verir ki, Azərbaycanda Ramazan bayramı ilə bağlı hər il olduğu kimi, bu il də müxtəlif tarixlər söylənilib və insanlar çaşqınlıq içində qalıblar. Bir qisim bayramı 28 iyulda, başqa kəsim 29 iyulda qeyd edəcəyini bildirib. 

Lap 100 il öncəki kimidir, sünni-şiə ayrı-seçkiliyi müşahidə olunur.

Bir neçə gün öncə Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının bayram namazının qılınacağı tarixi élan edərkən, bunun iyulun 29-da olacağını bildirdi. Və élan etdi ki, bayram namazı 29 iyul tarixində Təzəpir məscidində saat 9:00-da, Əjdərbəy məscidində isə saat 8.00-da qılınacaq.

QMİ-nin ardınca Şamaxı Rəsədxanasının rəsmisi bayramın bir gün öncəyə, yəni 28 iyula düşdüyünü élan etdi. Rəsədxananın aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri üzrə namizəd Nazim Hüseynov deyir ki, Ramazan ayı adətən 29, ya da 30 gün olmalıdır. Ramazan bayramı isə ayın təzələnməsinə görə hesablanır və bu da iyulun 28-nə düşür.

Nazim Hüseynovun sözlərinə görə, QMİ son illər bayram namazı ilə bağlı qərar verərkən Şamaxı Rəsədxanasının rəy nəzərə almır. Alim deyir ki, QMİ-nin fətvasına əməl olunursa, onda orucluq ayı 31 gün çəkir ki, bu da düzgün deyil.

Uzun illərdir namaz qılıb, oruc tutatn deputat Fazil Mustafa da bu məsələdə QMİ-ni ittiham edib. O, Qafqaz Müsəlmanları İdarəsini İranpərəstlikdə suçlayıb: “Dünyanın hər yerində bayram namazı 28 iyuldadır. Yalnız İranda və Azərbaycanda 29 iyulda təyin olunub. Deyəsən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin fətvası QUM saatına baxılaraq yazılıb, Şamaxı Rəsədxanasının teleskoplarının da gözünü QUM tutub”. 
Bunu özünün Facebook səhifəsində deputat Fazil Mustafa bir neçə gün öncə yazmışdı. 

QMİ rəsmiləri isə söylənilən bütün ittihamları rədd edərək, bayram namazının 29 iyula təsadüf etdiyini vurğulayırlar.

Qeyd edək ki, hər iki gün Azərbaycan hökuməti tərəfindən rəsmən bayram günləri elan edilib və qeyri-iş günüdür – həm 28, həm də 29 iyul.

Şamaxı Astrofizika Rəsədxanasının nümayəndəsi təzə ayın dünəndən çıxıdığını, sadəcə gözlə görünmədiyini bəyan edib. 
 
Ancaq iyulun 28-də Azərbaycandakı əksər dini kəsim, xüsusilə şiə məzhəbindən olanlar yeni ayın doğmadığını əsas gətirərək, Ramazan bayramının 29 olduğunu bildiriblər. Onlar deyirlər ki, Şəvval ayı hilalının görünməsindən asılı olaraq Ramazan – Fitr bayramı iyulun 29-dur.

Azərbaycandakı bəzi dini kəsimlərin rəhbərləri İslam əməllərinin İslam ənənələrinə uyğun icra olunması fikrinin tərəfdarı kimi müsəlmanlara yalnız yeni Ayın hilalının görünməsinə əmin olduqdan sonra oruclarını dayandırıb Mübarək Ramazan bayramını qeyd etməyə başlamağı məsləhət görüblər. 

Bir sözlə, Azərbaycan müsəlmanları bu il də əməlli-başlı çaş-baş qaldılar. İkitirəlik müşahidə olunur... 

İstənilən halda, həzrəti-Məhəmməd salavatullahın mübarək hədisi-şərifində buyurulur ki, Adəm oğlunun hər əməli özü üçündür. Təkcə orucluqdan başqa. Orucluq Allah üçündür, əvəzini də Allah verir. 

Yeri gəlmişkən, qardaş Türkiyədə olduğu kimi, Azərbaycanda da bayramı iki gün qeyd edənlər var...

Min illərdən bəri qeyd edilən Ramazan bayramı dünya müsəlmanları üçün ən müqəddəs mərasimlərdən sayılır. Oruc tutmaq müsəlmanın riayət etməli olduğu 10 vacib əməldən biridir.

Ramazan bayramı Azərbaycanda dini azadlıqların olmadığı Sovet İttifaqı dağılandan sonra yenidən geniş qeyd edilməyə başlayıb. Sovet ideologiyasının 70 il ərzində apardığı antitəbliğat və qadağalar soydaşlarımıza bu müqəddəs mərasimi unutdura bilməyib. 

İslam dinində müqəddəs ay sayılan Ramazanda  müsəlmanlar pəhriz saxladıqları üçün Ramazana  «ağlın nəfsə qalib gəldiyi ay» da deyirlər. 

Oruc insanın Allaha minnətdarlıq niyyətilə icra etdiyi bir ibadətdir. Bu ayda müsəlmanlar iradəsini gücləndirib, nəfsini tərbiyə etmiş oldular, öz dözümlülüklərini yoxladılar, əxlaqlarını pisliklərdən qorudular. 

Ramazanın adət-ənənəsinə görə, bayram günü müsəlmanlar qohum-əqrəbaları ilə əlaqə saxlamalı, qəbiristanlığa gedərək rəhmətlikləri yad etməli, küsənləri barışdırmalı, uşaqları sevindirməli və digər xeyirxah işlər görməlidirlər. 

Bundan başqa, imkanı olan hər bir müsəlman bayram namazından öncə fitrə sədəqəsi verməlidir. Fitrə bayram namazından qabaq çıxarılmalıdır, əks halda bu, sadəcə sədəqə hesab oluna bilər.
Fitrənin verilməsi adambaşına 1 kq buğda, arpa, xurma, düyü, kişmiş və ya bu məhsulların orta qiyməti ilə ölçülür. Burada məhsulun qiyməti evdəki insan sayına vurulur və alınan miqdar fəqir-füqəraya verilir. 

Bayramınız mübarək!

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft