Azərbaycanda şəhərlərarası marşrutlar üçün sərnişin daşıma ilə bağlı olan qadağa götürülüb.
Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bununla bağlı “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na dəyişikliklər edilib.
Indiyədək uzunluğu 150 km-dən çox olan şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlarda oturacaq yerlərinin sayı 23-dən az olan avtobuslarla müntəzəm sərnişin daşımalarının yerinə yetirilməsinə yol verilmirdi.
Yeni dəyişikliklərə uyğun olaraq isə bu qadağa artıq şəhərlərarası marşrutlara şamil edilmir.
|