AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanda veloyürüş olacaq
26/11/2014 Yazdır

Beynəlxalq Velosipedçilər İttifaqının 2015-ci il üçün təqvim-planına əsasən, 2.1 kateqoriyalı “Tour d'Azerbaidjan-2015” 5 günlük veloyürüşü mayın 6-da start götürüb, mayın 10-da – xalqımızın ümummilli lideri Heydər Əliyevin doğum günündə yekunlaşacaq.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, veloyürüşün marşrutunda bəzi dəyişikliklərin edilməsi də nəzərdə tutulur. Belə ki, bu dəfə veloyürüşün 4-cü mərhələsinin Qəbələ-Ağdaş-Yevlax-Mingəçevir marşrutu ilə keçirilməsi barədə müzakirələr aparılır. Bu isə gələn il Azərbaycanın ev sahibliyi edəcəyi Bakı-2015 ilk Avropa Oyunları ilə bağlıdır.

Avropa Oyunlarının avarçəkmə üzrə yarışlarının məhz Mingəçevirdə keçiriləcəyini nəzərə alan Azərbaycan Velosiped İdmanı Federasiyası bununla da Avropa Oyunlarının keçirilməsindən təxminən bir ay əvvəl dünya idman ictimaiyyətinin diqqətini ölkəmizin bu bölgəsinə çəkmək niyyətindədir.

“Tour d'Azerbaidjan-2015”in sonuncu, 5-ci mərhələsi isə Avropa Oyunlarının şosse üzrə velosiped yarışları üçün sınaq xarakteri daşıyacaq.

Məlum olduğu kimi, cari il oktyabrın 18-də ölkəmizdə yeni istifadəyə verilmiş dağ velosipedi parkında Avropa-2015-in dağ velosiped idmanı (Mountain bike) üzrə ilk sınaq yarışı uğurla keçirilib. Avropa Oyunlarının BMX üzrə sınaq yarışının gələn ilin mart ayında, Veloparkda inşası başa çatmaq üzrə olan BMX stadionunda, şosse üzrə sınaq yarışının isə mayın 10-da Bakıda keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, bu ilin mayında keçirilən “Tour d'Azerbaidjan-2014” veloyürüşü başa çatdıqdan sonra Avropa Velosipedçilər İttifaqının prezidenti David Lappartien Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Fazil Məmmədova ünvanladığı təşəkkür məktubunda paytaxt Bakının tarixilik, müasirlik və gözəlliyini özündə əks etdirən sonuncu mərhələsini xüsusi olaraq vurğulamış və bu marşrutun Bakı-2015 ilk Avropa Oyunları üçün ideal variant olduğunu bildirmişdi.

“Tour d'Azerbaidjan-2015”i əvvəlki yarışlardan fərqləndirən cəhətlərdən biri də odur ki, budəfəki veloyürüşdə iştirakçılar həm Bakı-2015 ilk Avropa Oyunlarının velosiped yarışlarına, həm də 2016-cı ildə Rio de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı əldə edəcəklər./azertac/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8055
 GBP :  2.1122
 TRY :  0.0522
 EUR/USD :  1.0621
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft