AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanın BMT-yə üzv qəbul edilməsindən 27 il keçir
02/03/2019 Yazdır

Beynəlxalq münasibətlər sisteminin tənzimlənməsində əhəmiyyətli rol oynayan Birləşmiş Millətlər Təşkilatı (BMT) dünyada sülhün və təhlükəsizliyin təmin olunması kimi mühüm bir missiyanı yerinə yetirir. Bu mənada dünyaya inteqrasiya kursunu seçən müstəqil Azərbaycan Respublikası qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan BMT ilə əməkdaşlığa böyük əhəmiyyət verir.

BMT-nin 181-ci üzvü

Respublikamız 1992-ci il martın 2-də dünyanın ən mötəbər təşkilatına – BMT-yə üzv qəbul edilib. BMT Baş Məclisinin həmin tarixdə keçirilən 46-cı sessiyasında ölkəmizin bu təşkilatın üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul olunub. Beynəlxalq qurumun 181-ci üzvü olan dövlətimizin üçrəngli bayrağı martın 2-də Nyu-Yorkda qaldırılıb. Həmin il may ayının 6-da isə Azərbaycanın BMT nəzdində Daimi Nümayəndəliyi açılıb.

1993-cü ildən ölkəmizin BMT ilə əlaqələri sistemli xarakter daşıyır

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra, ölkəmizin BMT ilə əlaqələri sistemli xarakter daşıyıb, ölkəmiz bu mötəbər qurumun platformasından beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb edib. Müstəqil Azərbaycan dövlətinin başçısı kimi ilk dəfə məhz ulu öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında çıxış edərək Azərbaycan, Qafqaz regionu və ümumilikdə, dünya üçün həyati əhəmiyyət kəsb edən qlobal məsələlərlə bağlı ölkəmizin mövqeyini dünya ictimaiyyətinə çatdırıb.

1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında və 2000-ci ilin sentyabr ayında bu təşkilatda minilliyin sammitində çıxışı zamanı da Ulu Öndər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair ölkəmizin mövqeyini bir daha bəyan edib. Bu müddət ərzində Azərbaycan, həm də BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qurub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, UNESCO, UNICEF və digər qurumlarla sıx əməkdaşlıq edən ölkəmiz BMT Təhlükəsizlik Şurasına üzv olan dövlətlərlə də əlaqələrini gücləndirib.

Tərəfdaşlıq, davamlı sülh və təhlükəsizlik

Azərbaycanın BMT ilə münasibətlərinin təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi üç mühüm ümumi prinsip dayanır. Bunlar tərəfdaşlıq, davamlı sülh və təhlükəsizlikdir. Azərbaycanda hüquqi, demokratik və sülhpərvər dövlət quruculuğu kursunun uğurla başa çatdırılması bu prinsiplərin möhkəmləndirilməsinə əsaslı zəmin yaradıb. Ulu öndərimizin böyük, uzaqgörənliklə işləyib hazırladığı xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirərək davam etdirən Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət aparmaqla, milli maraqların ən yüksək səviyyədə qorunmasına, Azərbaycan-BMT əlaqələrinin yeni mərhələdə inkişafına nail olub.

Azərbaycan mötəbər qurumda söz sahibi olan dövlətə çevrildi

Son 16 ildə dövlət başçısı tərəfindən aparılan düzgün xarici siyasət nəticəsində ölkəmiz bu mötəbər qurumda söz sahibi olan dövlətə çevrilib. İlk dəfə Azərbaycan Respublikasının Baş naziri kimi 2003-cü ilin sentyabrında BMT Baş Assambleyasının 58-ci sessiyasında çıxış edən Prezident İlham Əliyev beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxmasına görə, BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd edərək islahatların vacib məsələyə çevrildiyini bəyan edib. BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin (822, 853, 874 və 884 saylı qətnamələr) hələ də yerinə yetirilmədiyini vurğulayıb və onların həyata keçirilməsinin işlək mexanizminin yaradılmasını ümdə məsələ kimi irəli sürüb.

Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı məsələ iclasın gündəliyinə salınıb. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclasında “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamə qəbul edilib.

2008-ci il martın 14-də BMT Baş Məclisinin geniş iclasında – 62-ci sessiyanın gündəliyində 20-ci bənd kimi duran “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət barədə” qətnamə layihəsinin müzakirəsini xüsusi xatırlamaq lazımdır. Həmin qətnamə dövlətimizin beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünə dəstək verib, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Dövlətimizin başçısı 2010-cu ilin sentyabrında BMT Baş Məclisinin 65-ci sessiyasında çıxış edərək təşkilatın üzvlərinin diqqətini bir daha Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldib. Ölkə başçısı münaqişə zamanı çox ağır beynəlxalq cinayətlər törədildiyini, etnik təmizləmə siyasəti həyata keçirildiyini diqqətə çatdırıb.

BMT Baş Assambleyasının 2017-ci il sentyabrın 20-də Nyu-Yorkda keçirilmiş 72-ci sessiyasında Prezident İlham Əliyevin dərin məzmunlu və konstruktiv çıxışı xarici siyasət sahəsində dövlətimizin prinsipial mövqeyini və prioritetlərini növbəti dəfə dünyaya nümayiş etdirib.

BMT-nin üzvü olan 155 dövlət Azərbaycanı dəstəklədi

2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürən Azərbaycanın 155 dövlətin dəstəyini alması diplomatiyamızın tarixi uğuru hesab edilir. Respublikamız 2011-ci il oktyabrın 24-də Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən ilk ölkə kimi tarixə düşüb, 2012-ci ilin may və 2013-cü ilin sentyabr aylarında Təhlükəsizlik Şurasına sədrlik edib. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, bütövlükdə, müasir tariximizin ən əlamətdar, qürur doğuran hadisələrindən biri kimi yadda qalıb.

Bu tarixi hadisə, ilk növbədə, ölkəmizin son dərəcə sabit və uğurlu, eyni zamanda, tarazlı xarici siyasət yürütdüyünü təsdiqləməklə yanaşı, müstəqil Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun parlaq təcəssümü kimi dəyərləndirilir. Prezident İlham Əliyevin dediyi kimi: “Müstəqilliyimiz dövründə belə böyük uğurun əldə edilməsi, doğrudan da, tarixi nailiyyətdir. Biz müstəqil ölkə kimi özümüzü dünyada təsdiq edə bilmişik. Biz sübut edə bilmişik ki, Azərbaycan etibarlı tərəfdaşdır, Azərbaycan dost ölkədir və dostların sayının artması bizim siyasətimizin təntənəsidir. Bu göstərir ki, Azərbaycan müstəqil dövlət, dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü göstərib. Bu qələbə Azərbaycan xalqının qələbəsidir. Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, siyasətimizin təntənəsidir”.

Təhlükəsizlik Şurasına sədrlik edən Azərbaycan bütün vəzifələrin öhdəsindən layiqincə gəldi

BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı təşkilatın qəbul etdiyi qərarların icrası istiqamətində fəal iş aparıb. Məhz bu məqam Azərbaycanın əldə etdiyi uğurun miqyası və mahiyyəti barədə daha dolğun və aydın təsəvvür formalaşdırır. BMT Təhlükəsizlik Şurasına ilk sədrlik ölkəmiz üçün böyük sınaq olsa da, bütün vəzifələrin öhdəsindən layiqincə gəlib. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına birinci sədrliyi müddətində şura tərəfindən üç qətnamə qəbul edilib. Təhlükəsizlik Şurasına ikinci sədrliyi müddətində şuranın gündəliyi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması ilə əlaqədar mühüm məsələləri əhatə edib. BMT tarixində ilk dəfə olaraq respublikamızın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirilib.

İclasın məqsədi BMT və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İslam Əməkdaşlıq Təşkilatı arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün birgə fəaliyyət üzrə müzakirələrin aparılması olmuşdur. Ümumiyyətlə, ölkəmizin bu quruma hər iki sədrliyi müddətində qurumun 59 açıq və qapalı iclası keçirilib, 7 qətnamə, şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı qəbul edilib. BMT-dəki diplomatik uğurumuz deməyə əsas verir ki, respublikamızın regionda və dünyada sülh, iqtisadi və sosial rifah, səmərəli tərəfdaşlıq təşəbbüsləri beynəlxalq miqyasda dəstəklənir və rəğbətlə qarşılanır.

Bu gün Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub, BMT-də söz sahibi olan dövlətlərdən birinə çevrilib. Bu isə ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyənləşdirilən xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf və davam etdirilməsinin nəticəsidir. Ümummilli liderimiz Heydər Əliyev BMT-nin 50 illiyinə həsr edilmiş təntənəli tədbirdə vurğuladığı kimi: “Biz tarixdə ilk dəfə müstəqil Azərbaycan Respublikasının dünya birliyində bərabərhüquqlu yer tutduğuna görə fəxr edirik”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft