AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanın ictimai şəxslərindən Rusiya səfirliyinə MÜRACİƏT
24/04/2021 Yazdır

Azərbaycan ictimaiyyətinin nümayəndələri Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb.

 

Modern.az müraciəti təqdim edir:

 

“Xanımlar və cənablar,

 

Hörmətli diplomatlar,

 

Bəzi mənbələrdən alınan məlumata görə, Qarabağda əvvəllər mövcud olmuş, Ermənistan tərəfindən yaradılmış qanunsuz işğalçı rejimin başçısı Araik Arutyunyan Moskvaya “şəxsi səfər”ə gəlib. Bu məlumatı, o cümlədən Rusiya Ermənilər İttifaqının başçısı Ara Abramyan təsdiq edib.

 

Bu xəbər Azərbaycan ictimaiyyətində məlum səbəblərdən təəccüb və hiddət doğurub.

 

Əvvələn, peşəkar diplomatlara yaxşı məlum olmalıdır ki, cənab Arutyunyanın Moskvaya səfəri sırf şəxsi səfər olsa belə, o, sərhəddən keçmək üçün mənşə ölkəsi – Azərbaycan tərəfindən verilmiş valid, yəni, hüquqi qüvvəyə malik olan sənəd təqdim etməlidir. Mənşə ölkəsi Azərbaycan olan Araik Arutyunyanın Rusiyaya səfəri zamanı bu normalara riayət edilibmi?

 

Həmçinin xatırladırıq ki, 44 günlük müharibə dövründə Araik Arutyunyan Gəncənin yaşayış məhəllələrinin raket atəşinə tutulmasına görə məsuliyyəti açıq-aşkar öz üzərinə götürüb. Bu, müharibə cinayətidir. Hazırda Araik Arutyunyan barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən bir sıra, o cümlədən müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham üzrə axtarış elan edilib.

 

Azərbaycan ilə Rusiya arasında hüquqi yardım haqqında çoxdan sazişlər bağlanıb, bu sazişlər axtarışda olan şəxslərin ekstradisiyasını da nəzərdə tutur. Lakin belə bir fonda Azərbaycan ictimaiyyəti Araik Arutyunyanın Rusiyaya açıq səfərini necə qiymətləndirə bilər?

 

Araik Arutyunyan Moskvaya Şuşada aşkar edilmiş “İsgəndər-M” operativ taktiki raket komplekslərinin (OTRK) detalları ətrafında anlaşılmaz qeyri-müəyyənlik fonunda yola düşüb. Bir daha təkrar edirik: “İsgəndər-M” başqa ölkələrə ixrac edilməli olmayan OTRK-nın modifikasiyasıdır. Bu gün həmin raketlərin detalları Bakıda Hərbi Qənimətlər Parkında sərgilənib. Həmin detalların üzərində seriya nömrələri tam aydın görünür. Lakin təəssüf ki, biz indiyə qədər Rusiya tərəfinin aydın cavabını eşitməmişik, həmçinin Rusiya KİV-lərində Azərbaycanın ünvanına insinuasiyalar kampaniyası genişlənir.

 

Eyni zamanda, “İsgəndər-M” raketləri barədə bizim suallarımıza cavab alınmayınca Araik Arutyunyanın Moskvaya gəlməsi ilə bağlı vəziyyəti aydınlaşdırmaq zərurəti yaranır. Biz, Azərbaycan ictimaiyyətinin nümayəndələri bunu qeyd etməyə məcburuq: Araik Arutyunyanın Moskvaya budəfəki səfəri Azərbaycan ilə Rusiyanın ikitərəfli münasibətlərinin hərfi mənasına və ruhuna açıq-aşkar ziddir. Bu səfər rusiyalı hərbi qulluqçuların Qarabağda həyata keçirdiyi sülhməramlı missiyaya şübhə oyadır. Bir məqama diqqət yetirmək lazımdır ki, Rusiya təcavüzkar separatizmdən əziyyət çəkmiş ölkə kimi Azərbaycanın ədalətli mövqeyini yaxşı başa düşməlidir.

 

Ona görə ümidvar olduğumuzu bildiririk ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi bu məsələyə aydınlıq gətirəcək və Azərbaycan ictimaiyyətinin suallarına cavab verəcək.

 

Rufiz Qonaqov - "Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İB-nin rəhbəri

 

Mir Şahin Ağayev – REAL TV-nin rəhbəri

 

Zaur Məmmədov – Bakı Politoloqlar Klubunun rəhbəri

 

Əhməd Abbasbəyli – “Cəmiyyət və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin rəhbəri

 

Vüqar Xəlilov – CBC TV-nin rəhbəri

 

Rafiq Haşimov – AZTV-nin sədr müavini

 

Orxan Fikrətoğlu – müstəqil jurnalist

 

Anar Şükürov – ATV-nin Xəbərlər Redaksiyasının rəhbəri

 

Əflatun Amaşov – Mətbuat Şurasının sədri

 

Elçin Şıxlı, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru

 

Samir Adıgözəlov – “İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi-Araşdırmalar Mərkəzi" İB-nin rəhbəri

 

Rauf Arifoğlu, “Yeni Müsavat” qəzetinin baş redaktoru

 

Nüşabə Məmmədova – "Beynəlxalq Dialoq və İnkişaf Alyansı" İB-nin rəhbəri

 

Rəşad Məcid - “525-ci qəzet”in baş redaktoru

 

Araz Zeynalov – vesti.az saytının baş redaktoru

 

Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" İB-nin rəhbəri

 

Səidə Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" İB-nin rəhbəri

 

Namiq Mailov – “Region plyus” jurnalının baş redaktoru

 

Emil Mustafayev - Minval.az saytının baş redaktoru

 

Elçin Alıoğlu - Milli.az saytının baş redaktoru

 

Bəhram Bağırzadə - Əməkdar artist, “Parni iz Baku” ŞHK komandasının aktyoru

 

Həmid Həmidov - “Global Media Group”un media direktoru

 

Heydər Mirzə - hərbi jurnalist, analitik

 

Məhərrəm Zülfüqarlı – “İctimai Problemlərin Tədqiqi Assosiasiyası" İB-nin rəhbəri

 

Vyaçeslav Sapunov - jurnalist, bloger

 

Bəhram Batıyev – “Armiya.az” saytının baş redaktoru

 

Rizvan Hüseynov – tarixçi

 

Ramil İskəndərli – “Hüquqi Təhlil və Araşdırmalar" İB-nin rəhbəri

 

Şəlalə Həsənova – “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək" İB-nin rəhbəri”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft