AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanın itirdiyi pullar
28/08/2015 Yazdır

Ötən il Azərbaycanı 2.4 milyona yaxın turist, Türkiyəni 41 milyondan çox turist ziyarət edib.

Azərbaycan elə bir coğrafi məkanda yerləşir ki, burada təbiətin demək olar ki, bütün gözəlliklərinə rast gəlinir. Azərbaycanın turizm mərkəzinə çevrilməsi üçün çox geniş imkanlar mövcud olsa da , amma buna mane olan amillər az deyil. 

Uzun prosedurdan sonra viza alıb Azərbaycana gələn turisti ən çox maraqlandıran məsələ ona təklif olunan qiymətlər və xidmətin keyfiyyətidir. İstirahət üçün Azərbaycanın bölgələrindən birinə üz tutan xarici vətəndaşların heç də hamısı qarşılaşdığı mənzərədən razı qalmır.

Onları narahat edən əsas məsələ otellərin və istirahət mərkəzlərinin digər qonşu ölkələrlə müqayisədə baha qiymətlər təklif etməsidir. Eyni zamanda göstərilən xidmətlərin səviyyəsi də çəkilən xərclərə uyğun gəlmir. Problemin həlli yollarından biri kimi ölkə ərazisində 4-5 ulduzlu otellərlə yanaşı nisbtən aşağı ulduzlu otellərin tikilməsi göstərilir. 

Rəsmi məlumata əsasən hazırda Azərbaycanda 500-dən çox otel fəaliyyət göstərir. Amma onların arasında aşağı ulduzlu mehmanxanalar çox azdır. Turizm sahəsi üzrə mütəxəssis Eldar Aslanov Azərbaycanda turizmin sürətlə inkişaf etməməsinin səbəbini bu sahədə rəqabətin zəif olmasında görür.

Onun sözlərinə görə, əgər ölkəmizdə dünya standarlarına uyğun bahalı 5 ulduzlu otellərin əvəzinə orta təbəqənin imkanlarına uyğun 4,3 və 2 ulduzlu mehmanxana və motel tipli obyektlər tikintilərsə bu açıq rəqabətə şərait yaradacaq.

“Heç bir 5 ulduzlu otel 30-40 manata xidmət təklif etməz. Sahibkarlar 150-200 manatlıq otellər əvəzinə daha ucuz xidmətlər göstərən mehmanxana və motellərin inşasına maraq göstərələrsə, bu otel-mehmanxana şəbəkəsinin inkişafını sürətləndirər. Həm vətəndaş ucuz qiymətə dincələr, həmdə turist sayı artığı üçün obyekt sahibi qazanar”. – deyə Eldar Aslanov bildirdi. 


Eldar Aslanov-Turizm sahəsi üzrə mütəxəssis

Onun sözlərinə görə , otel tikintisi elə nizamlanmalıdır ki, həm orta gəlirli Azərbaycan vətəndaşı, həm də ölkəyə gələn turist 2,3 və 4 ulduzlu turizm obyetləri arasında seçim edə bilsin. Mütəxəssis qonşu ölkələrin təcrübəsindən yararlanmağı təklif edir.

Azərbaycanda fəaliyyət göstərən turizm agentliklərindən birinin nümayəndəsi ANS -ə açıqlamasında bildirdi ki, keçən illə müqayisədə ölkəmizə gələn turistlərin sayında o qədərdə böyük artım yoxdur. 

“Keçən il 20 nəfər xarici turist, Azərbaycana ekskursiya məqsədilə gəlmək üçün, bizim şirkətə müraciət edib .Bu il isə şirkətimizə müracət edənlərin sayı 30 -40 nəfər arasında dəyişib”. Ümumilikdə Azərbaycana 2014 cü ildə 2.4 milyona yaxın əcnəbi vətəndaş gəlib. Türkiyəni isə təkcə ötən il 41 milyondan çox turist ziyarət edib. Bu o deməkdir ki, 6 ay ərzində Türkiyəyə səfərə gələn xarici turisti orta hesabla 751 dollar xərcləyib.



Turizmin inkişafi ildə dövlət büdcəsinə milyonlarla dollar əlavə pulun daxil olması deməkdir. 2014 cü ildə Azərbaycana gələn ziyarətçilərin xərclərinin tərkib hissələrinə nəzər saldıqda görürük ki, bir turist 8 sektordan ölkə büdcəsinə gəlir gətirir.

Həm Azərbaycana gələn turistlərin sayının az olması, həm də ölkəmizdən xaricə gedənlərin çox olması və ölkə turizminin zəif inkişaf etməsinin əsas səbəblərindən biri də Azərbaycanın təklif etdiyi turpaketlərin baha olmasıdır. Heç kəsə sirr deyilki, Azərbaycanın gözəl guşələrindən olan Qəbələdə istirahət Türkiyənin ən məhşur kurort şəhərlərində istirahətdən baha başa gəlir. Müqayisə üçün Bodrumda istirahətin qiymətlərinə nəzər salaq.

Bakıda fəaliyyət göstərən Turizm Agentliklətindən birinin verdiyi məlumata əsasən BODRUMDA istirahət edən 1 turistin xərci cəmi 500 AZN təşkil edir və bura aşağıdakılar daxildir:

1. 7 gün və 7 gecəlik səyahət
2. Bakı-Bodrum və Bodrum-Bakı aviabiletləri
3. 5 Ulduzlu oteldə nömrə daxil 
4. Aeroport-Otel və Otel-Aeroport nəqliyyatı Təmənnasız
5. Bütün Gün ərzində Yemək Təmənnasız 
6. Dəniz və Çimərlik Təmənnasız
7. Yüksək Servis və Nömrələrə qulluq Təmənnasız
8. Hər axşam Əyləncəli programlar, Diskoteka və Konsertlər Təmənnasız
9. Uşaqlı Turistlərin uşaqları üçün xüsusi 24 saat Dayələr Təmənnasız


Bodrumda istirahət mərkəzi

Bodrumdan QƏBƏLƏYƏ gələn 1 Turistin xərci 900-1300 AZN təşkil edir və bura yalnız aşağıdakılar daxildir:
1. 7 gün və 7 gecəlik səyahət
2. Bodrum- Bakı və Bakı-Bodrum Aviabiletlər daxil
3. 5 Ulduzlu Oteldə nömrə daxil 
4. Aeroport-Otel və Otel-Aeroport nəqliyyat Yoxdu
5. Yalnız Səhər yeməyi daxil, Bütün Gün ərzində yemək Yoxdu 
6. Çimərlik təmənnasız, Dəniz Yoxdu
7. Yüksək Servis Yoxdu 
8. Hər axşam Əyləncəli programlar, Diskoteka və Konsertlər Yoxdu
9. Uşaqlı Turistlərin uşaqları üçün xüsusi 24 saat dayələr Yoxdu


Qəbələ şəhərində turizm obyekti

Ölkə başçısı da Nazirlər Kabinetinin son iclasında da otel qiymətlərin baha olduğunu qeyd etmişdi. 

“Mənə bir siqnal da gəlir ki, bizdə otellərin qiyməti də bahadır, xüsusilə bölgələrdə. İndi Bakıda tanınmış brendlər fəaliyyət göstərir. Əlbəttə ki, onlar bütün dünyada fəaliyyət göstərir. İndi Bakıda otelləri şəbəkəsi ən mötəbər şəbəkədir. Onların öz qiymət siyasəti var. Biz buna o qədər də qarışa bilmərik.

Ancaq beşulduzlu olmayan otellərin qiyməti niyə bahadır? Bölgələrdə, rayon yerlərində elə qiymət qoyurlar ki, heç adam oraya getmək istəmir. Bizdə beşulduzlu otellərin sayı kifayət qədər çoxdur. Mən buna çox sevinirəm. Ancaq üçulduzlu otellər azdır, ikiulduzlu otellər yoxdur. O qədər də böyük maddi imkanlara malik olmayan ailələr istirahət edə bilmirlər”.


Nazirlər Kabinetinin iclası


Ölkə baçısinin keçiridiyi iclasdan sonra turizm sahəsində görülən işlər barədə məlumat verən Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Şıxəmmədov bidirdiki, ölkə başçısın məlum çıxışından sonra bu sahədə monitorinqlərə start verilib. 


Vüqar Şıxəmmədov-Mədəniyyət və Turizm nazirliyinin mətbuat xidmətinin rəhbəri

Amma ölkəmizdə turizmin inkişafına mane olan təkcə sadalanan bu problemlər deyil. Azərbaycana gələn xaici turist otellərdəki baha qiymət qarşılığında göstərilən qeyri-peşəkar xidmət turisti ölkəmizdən uzaq salan amillərdən biridir.

Rəsmi məlumatlara görə, turizm sahəsində 10 mindən artıq işçi xidmət göstərir. Amma qeyri-rəsmi mənbələrdə turizm xidməti göstərən obyektlərdə 40 minə yaxın işçi çalışır. Bu o deməkdir ki, bu sahədə çalışan 40 min nəfərin əksəriyyətinin turizm sahəsindən anlayışı yoxdur.

Eldar Aslanovun sözlərinə görə, bəzi işçilər turizm sektoruna təsadüfən gələn insalardır. "Onların turizm təhsili olmadığı üçün göstərdikləri xidmətlərdə aşağı olur. Rəsmin rəqəmlərdə 10 min işçinin qeydiyyatda olduğu bu sektorda cəmi 1300 nəfəri turizm sahəsi üzrə mütəxəssisdir”.

Turizm sahəsindəki çatışmazlıqlara baxmayaraq, rəsmi dövlət orqanlanlarının 2023 cü ili hədəfləyən proqnozlarına əsasən Azərbaycana gələcək xarici turistlərin sayı 4 milyondan çox olacaq. Bundan əlavə 100 min yataq yerinin yaradılması nəzərdə tutulur. 

Turizm şirkətlərinin sayı - 350-dən çox
Mehmanxanaların sayı -1500-dən çox
Yerləşdirmə obyektlərinin sayı -95 mindən çox
Turizm sahəsində çəlışanların sayı -75 mindən çox 
Azərbaycana gələn əcnəbilərin sayı- 5 milyondan çox 
Turizimdən əldə olunan gəlirin 3 milyondan dollardan çox olacağı proqnozlaşdırılır. 

Ümumilikdə Azərbaycanın rayonlarında turist bazaları yaratmaq üçün ideal imkanlar var. Turizmin inkişafı həm də regionların sosial -iqtisadi inkişafı baxımından çox vacibdir. Bu həmçinin on minlərlə iş yerinin açılması, kənd təsərrüfatı mallarının rahat satışı, bölgə əhalisinin sosial rifah halının yaxşılaşması deməkdir. Belə olduqda rayon sakinlərinin iş dalınca paytaxta və xarici ölkələrə axınının qarşısını əhəmiyyətli dərəcədə ala bilər.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft