AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanlı deputatlardan İrana ETİRAZ
15/06/2016 Yazdır

“Hacı Allahşükür Paşazadə Azərbaycanın görkəmli din xadimir. O cəsarətli şəxsdir və Azərbayanın müxtəlif tarixi hadisələrində öz cəsarətini ortaya qoyub. Bu gün Allahşükür Paşazadə Xamneiyə və İranın digər din xadimlərinə Ermənistanla olan münasibətlərə görə, etiraz məktubu göndərməli və müraciət etməlidir”.

Modern.az-ın xəbərinə görə bu sözləri deputat, BAXCP-nin sədri Qüdrət Həsənquliyev İranla Azərbaycan arasında bağlanmış müqavilələrə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, İranın bugünkü siyasəti Azərbaycana dost siyasət deyil:

“İranın Azərbaycana qarşı yürütdüyü bugünükü siyasət Azərbaycana dost siyasət deyil. İran Ermənistanla dost siyasəti yürüdür. Əgər İran rəsmiləri Güney Azərbaycandakı 30 milyon azərbaycanlının milli kimliyinə hörmət etməyəcəksə, bu məkrli siyasətin acısını dadacaqlar.

Buradan - parlamentdən cənubdakı qardaşlarımıza çağırış və müraciət edirəm: Azərbaycana qarşı bu cür yürüdülən məkrli siyasətə qarşı öz etirazınızı bildirin, öz haqlarınızı tələb edin. İranın Ermənistanla münasibətlərinə, Azərbaycan siyasətinə etiraz edin”.

Spiker Oqtay Əsədov Qüdrət Həsənquliyevin bu çağırışını cavabsız qoymayıb:

“İran müstəqil dövlətdir və necə siyasət yürüdəcəksə, elə də cavab alacaq. Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici siyasəti var. Dövlət bu məsələləri özü tənzimləyir və buna görə narahat olmağa dəyməz”.

Millət vəkili Zahid Oruc da İranla Azərbaycan arasında bağlanmış müqavilələrə bu cür münasibət bildirib:

 "Bunlar əvvəldən də bağlanıla bilərdi. Ancaq Azərbaycan torpaqlarının Ermənistan  tərəfindən işğalı həmin müqavilələrə mane oldu. O zamankı İran rəhbərliyi də bunu Ermənistanla həyata keçirmək istəyirdi.

Ancaq bir məqamı qeyd etmək istəyirəm. Ramazan ayının hansı gündə başlamağının müzakirə olunduğu bir vaxtda İran prezidenti Ermənstanın xarici işlər nazirini qəbul edib. Bu, bizdə narahatçılıq doğurmur. Biz düşünürdük ki, bu dövləti münasibətlərdir. Amma İran prezidentinin Ermənistan prezidentinə salam göndərməsi nə demək idi?

Bu o deməkdir ki, Həsən Ruhani İrəvana səfər edəcək. Biz beynəlxalq təzyiqlərin qarşısında hər zaman regionda sülhü  qorumağa çalışırıq. İran prezidentinin məsləhətçiləri bu məsələdə yanlışlığa yol verirlər.

Buradan çağırış etmirəm ki, Ruhani İrəvana səfər etməsin. İran da Türkiyə kimi Ermənistanla sərhədbağlama məsələsini Ermənistan üçün həyata keçirsəydi,Dağlıq Qarabağ münaqişəsinə müsbət töhfə verərdi. Azərbaycanda kimsə iranfobiya ilə yaşamır. İran bizi bəzən İsraillə münasibətlər qurmaqda ittiham edir. Ancaq İsrail İran ərazisini işğal etməyib. 1 milyonun köçkün düşməsində rol oynamayıb. Ancaq düşünürəm ki, İran Azərbaycanla Ermənistan arasında “bərabər” işarəsi qoymamalıdır”.

Spiker Oqtay Əsədov millət vəkilinə belə cavab verib:

“Sənin sözünü yenə kəsmədim. Amma hər yazılan yazıya da inanma. Azərbaycan dövləti var, məsələləri izləyir. Mən inanmıram ki, Ruhani İrəvana səfər etsin”.

Digər millət vəkili Fazil Mustafa da İranın Azərbaycana yönəlik siyasətində korrektələr etməsinin vacibliyini vurğulayıb. O bildirib ki, İran Azərbaycanla Ermənistanı eyni səviyyədə tutmamalıdır:

 “Eyni zamanda fürsətdən istifadə edib Türkiyə ilə viza məsələsini həll etməliyik, Ermənistanın əlinə avantaj verməməliyik”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft