AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Azərbaycanlı gənclər Nalbadyanı Stockholmda tərlətdi
27/11/2014 Yazdır

Erməni nazirə İsveçdə gözləmədiyi təpki; Kəlbəcər qaçqını olan gənc xanımın sualından sonra Nalbadyanın əlləri əsməyə, üzü qızarmağa başladı

İsveçdə olduğum bu 10 ildə ilk dəfə “diaspora”mızla fəxr etməyə başladım. Xeyir, bu gənclər ənənəvi Diaspora təşkilatlarına aid deyildilər. Bunlar bir neçə dildə sərbəst danışa bilən, valideynlərindən daha tez İsveç cəmiyyətinə integrasiya ola bilən bizim fəxr edəcəyimiz balalarımızdır. Çox sevindirici haldır ki, indi İsveçdə belə vətənpərvər və savadlı gənclərimiz yaşayırlar. 

Əziz oxucular düşünəcəklər ki, “görəsən bu uşaqlar nə ediblər axı?”. Bu uşaqlar hələ 10 illərdir fəaliyyət göstərən diaspora təşkilatlarının görmədiyi bir fəaliyyət və fədakarlıq göstərdilər və İsveçə, səfirliyin açılışına gələn Ermənistanın Xarici İşlər Naziri E.Nalbadyanın əsas məruzəçi olduğu Stohkolm Beynəlxalq Sülh Araşdırmalar İnstitutunda (SİPRİ) keçirilən ‘Cənubi Qafqazda Təhlükəsizlik Problemləri’ adlı konfransda ona heç də “xoşuna” gəlməyən suallar yağdırmaqla naziri pis vəziyyətə saldılar. 
 
Erməni nazir İsveç  - Ermənistan əlaqələrinə toxunaraq qeyd etdi ki, hələ 1992-ci ildən bu əlaqələr olsa da, səfirlik yox idi və Ermənistan səfirliyinin İsveçdə açılması çox müsbət haldır. Daha sonra yenə də “köhnə palan içi” sökməklə “qondarma soyqırım” haqqında cəfəngiyyat danışmaqla məruzəsini davam etdirdi. Türkiyə Cümhuriyyətinin indiki prezidenti R.T.Ərdoğanın ‘əgər erməni xalqına qarşı soyqırımı törədilsəydi, bu gün Türkiyədə erməni qalmazdi’ fikrinə münasibətini bildirən nazir, hazırda Almaniyada da minlərlə yəhudinin yaşadığını amma heç kimin Holokost faciəsini danmadığını qeyd etdi.
 
Daha sonra mövzu Dağlıq Qarabağ oldu və yenə də Minsk qrupunun fəaliyyətindən, atəşkəsin 20 illiyindən , Azərbaycan Prezidentinin və Müdafiə Nazirinin müharibə ritorikasından, Ramil Səfərovun əfvindən və bildiyimiz bir çox təkrar şeylərdən danışdı. Daha sonra sual  - cavab başladı. Gənclərimiz erməni nazirə suallarını yağdırmağa başladılar. İlk sualı Rəsul Məcidov adlı gənc tələbə səsləndirdi.
 
Rəsul Məcidov:
Ermənistan 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin 20%-ni işğal edib. BMT, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq təşkilatlar Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq, Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasını tələb etmişdir. Digər tərəfdən, Ermənistan Avropaya inteqrasiya olunmaq istəyir. 
Cənab nazir, mənim üçün maraqlıdır, Ermənistan hakimiyyəti üçün beynəlxalq hüquq anlayışı varmı, yoxsa Ermənistan hakimiyyəti hələ də “orta əsrlər qafası” ilə yaşayır?
 
E.Nalbadyanın cavabı mücərrəd oldu. Nazir bu ilin əvvəlində Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən beynəlxalq arenada fəaliyyətlə bağlı hazırlanmış hesabatda Minsk qrupun həmsədrləri ilə bağlı heç bir müddəanın olmadığını (?), həmsədr ölkələrin prezidentləri tərəfindən verilmiş bəyanatların əhəmiyyətsiz kimi qiymətləndirilərək göstərilmədiyini (?), lakin İslam həmrəyliyini təcəssüm etdirən İslam Əməkdaşlıq Təşkilatına istinadların olduğunu bildirdi.
 
BMT-yə gəlincə isə Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul olunduğunu bildirən E.Nalbadyan, bu qətnamələrdə əsas məqsədin ölkələr arasındakı düşmənçiliyi aradan qaldırmağa yönəldiyini, amma buna baxmayaraq, Azərbaycan tərəfin həmin qətnamələrin müddəalarına məhəl qoymadığını, yalnız 1994-cü ildə atəşkəsin əldə olunduğunu və bunun da həmin 4 qətnaməyə görə deyil, Rusiya və başqa ölkələrin vasitəçiliyi nəticəsində mümkün olduğunu bildirdi.
İkinci sualı İsveçdə və Almaniyada təhsil almış, dörd Avropa dillərində sərbəst danışan Allahverdi Verdizadə verdi.
 
Allahverdi Verdizadə:
26 fevral 1991-ci ildə Azərbaycanın Xocalı şəhəri erməni hərbi birləşmələri tərəfindən bir gecənin içində yer üzündən silinmiş, 63 uşaq, 106 qadın, 70-i qoca olmaqla – 613 nəfər dinc Xocalı sakini  qəddarlıqla qətlə yetirilmişdir.
Cənab nazir, necə düşünürsüz belə bir qətliama görə cinayət məsuliyyəti daşıyan şəxslər beynəlxalq məhkəmə qarşısında  cavab verməlidirlərmi? 
 
Xocalı faciəsi ilə bağlı suala öz fikrini bildirən E.Nalbadyan, ümumiyyətlə belə cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin haçansa cəzalandırılacağına ümid etdiyini bildirdi. Lakin ümumilikdə məsələ ilə bağlı Azərbaycan ictimaiyyətində reallığın əksinə olaraq fikir formalaşdığını qeyd edən erməni nazir, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibova istinad edərək, eks prezidentin Xocalı qətliamının azərbaycanlıların özləri tərəfindən törədilməsini təsdiqlədiyini bildirdi.(?) 
Tələbə Aysel Yusubovanın sualı hazırda erməni əsirliyindəki vətəndaşlarımızla bağlı oldu.
 
Aysel Yusubova:
Sizin çıxışınızdan belə çıxır ki, siz ‘yaxşı’sınız azərbaycanlılar’ pis’dir. Əgər siz yaxşısınızsa, yəni insan hüquqlarına və beynəlxalq hüquqa hörmətlə yanaşırsınızsa, bəs niyə görə öz doğma yurduna ayaq basmış 3 azərbaycanlını əsir götürərək, birini öldürüb, qalanlarına isə ağır işgəncələr verirsiniz və hətta həmin şəxslər barəsində qeyri-qanuni məhkəmə işi də açmısınız? 
 
Azərbaycanın ölkə başçısı İlham Əliyevin Ermənistanda və digər ölkələrdə yaşayan ermənilərin Azərbaycanın düşməni olduğunu dəfələrlə qeyd etdiyini bildirən E.Nalbadyan, Ermənistan tərəfində isə Azərbaycan xalqı deyil, Azərbaycan hakimiyyəti ilə, xüsusilə ölkə hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsini həll etmək və etməmək üçün atdığı addımlarla bağlı problemlərin yaşandığını bildirdi.
 
İnsan hüquqları məsələsinə gəlincə isə, Avropada ən çox Azərbaycanda insan hüquqları ilə bağlı problemlərin olduğunu dilə gətirdi. Əsirlərin saxlanmasına gəlincə isə özünün də  belə halları müsbət qiymətləndirmədiyini ifadə edərək, əsirlərin saxlanmasına və mühakimə olunmasına səbəbin olduğunu, sözügedən şəxslərin adi şəxslər yox, diversantlar olduğunu və təmas xəttini keçərək erməni bir kəndlini öldürdüklərini və bunun üçün də məhkəmə işinin aparıldığını bildirdi. İsveç Azərbaycan Gənclər təşkilatının (SUA) sədri Mahirə Muxtarlının sualı erməni naziri bərk narahat etdi hətta bu onun əllərinin hərəkətlərindən və üzünün ifadəsindən də hiss olunurdu. 
 
Mahirə Muxtarlı (İsveç-Azərbaycan Gənclər Təşkilatının sədri):
Mən İsveç vətəndaşıyam, azərbaycanlıyam. Özüm də Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş  Kəlbəcər rayonundanam. Mən kiçik yaşımdan müharibənin dəhşətini və ağır qaçqın həyatını yaşamışam. Ona görə də sizdən soruşmağa mənəvi haqqımın olduğunu düşünürəm. 
Cənab nazir, XXI əsrdə, dünyanın qloballaşdığı və insanların daha da mədəniləşdiyi və kamilləşdiyi bir dövrdə uzun illər dost olaraq yaşadığı bir xalqın ərazilərinə hərbi təcavüz etdiyinə, 10 minlərlə insanın taleyini məhv etdiyinə, 1 milyondan artıq azərbaycanlıya ağır qaçqın köçkün həyatı yaşatdığına görə Ermənistanın təcavüzkar siyasətini bir nazir kimi deyil, beynəlxalq hüququn aliliyinə hörmətlə yanaşan avropalı bir insan kimi necə qiymətləndirərdiniz?
 
E.Nalbadyan, azərbaycanlı tələbələrin Mərkəzdən təlimatlar alaraq müxtəlif tədbirlərdə bu cür çıxışlar etdiyini, bu gün də salonun 90%-ni deyəsən azərbaycanlıların təşkil etdiyini və Azərbaycan səfirliyinin görünür, bu tədbirə ciddi hazırlaşdığını  qeyd etdi. 
 
Ölkəsinin münaqişənin həlli üçün beynəlxalq hüququn prinsiplərinə söykənən mövqe nümayiş etdirdiyini bildirən E.Nalbadyan, Ermənistanın mövqeyinə görə, ilk öncə Dağlıq Qarabağın yekun statusu öz müqəddəratını təyin etmə prinsipi ilə, Dağlıq Qarabağın əhalisi tərəfindən müəyyən olunmalı, Dağlıq Qarabağda referendum təşkil olunana kimi DQ-ın müvəqqəti statusu beynəlxalq ictimaiyyət tərəfindən tanınır, Ermənistanla Dağlıq Qarabağ arasında koridor yaradılır, çoxtərəfli təhlükəsizlik qarantı verilərək bölgəyə sülhməramlılar yerləşdirilir, qaçqın və məcburi köçkünlərin bölgəyə qayıtması üçün şərait yaradılır və nəhayət Dağlıq Qarabağ ətrafındakı rayonlar qaytarılır.
 
Söhbətə davam edən E.Nalbadyan, bu cür həll yoluna Ermənistanın razı olduğu halda Azərbaycanın, birinci olaraq ərazilərin qaytarılmasını əsas şərt kimi qoymasının münaqişənin həllini hələ də yubatdığını qeyd etdi.
 
Elə bil bizim tələbələrin suallarından ruhlanan bəzi diplomatlar da erməni nazirə maraqlı suallar verməyə başladılar. Məsələn Litvanın İsveçdəki səfirinin Rusiyanın Ukraynaya təcavüzünün Avropada pislənildiyini və müəyyən mənada böyük narahatlıq doğurduğunu və E.Nalbadyanın da məsələyə münasibətini, o cümlədən Şərq Tərəfdaşlığı proqramının gələn il keçiriləcək Riqa sammitinə qədər hansı gözləntilərinin olduğunu  öyrənmək istədiyini bildirdi. 
 
Nazir ümumi olaraq bu suala belə cavab verdi ki, ölkəsinin bu məsələdə narahatçılığı böyükdür və Ermənistan da çox arzulayır ki, tərəflər tezliklə sülh sazişini bağlasınlar. Ermənistanın həm Rusiya həm də Ukrayna ilə gözəl əlaqələri olduğunu bir daha dilə gətirdi. Daha sonra SİPRİ-nin direktoru, Türkiyə səfirliyinin nümayəndəsi nazirə sual verdilər.
 
Suallar əsasən Ermənistan-Rusiya-İran münasibətləri və Türkiyənin arxivlərinin açılması ilə bağlı idi. Tədbirdə Gürcüstan, Qazaxıstan və Litva səfirləri, o cümlədən Rusiya səfirliyinin müşavirləri, Türkiyə səfirliyinin müşaviri və Azərbaycan səfirliyindən nümayəndələr, eləcə də Ermənistan səfirliyinin əməkdaşları və naziri müşayiət edən XİN əməkdaşları iştirak edirdilər.
 
Rahim Sadıqbəyli
/musavat/
 
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft