AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Babək Çələbiyanlı: Dili və dinindən asılı olmayaraq bütün güneyliləri müdafiə etməliyik
26/11/2014 Yazdır

İran Azərbaycanında yaşayan müxtəlif etnik və dini qrupların durumu ilə bağlı Amerikanın Səsinə müsahibə verən güneyli fəal Babək Çələbiyanlı Güney Azərbaycan Milli Hərəkatının sekular/dünyəvi bir hərəkat olması etibarı ilə şiə və qeyri-şiə və ya türk və qeyri-türk arasında fərq qoymadan bütün azərbaycanlıların hüquqlarının diqqətə alınmasının gərəkli olduğunu ifadə edib.

Azərbaycan Milli Dirəniş Təşkilatının (AMDT)sözçüsünün dediklərinə görə, İran İslam Respublikası fars millətçiliyinə söykənən bir şəriət rejimidir və fars-şiə kimliyi xaricində olan qruplarla ikinci dərəcəli vətəndaşlar kimi davranır.

İran Azərbaycanında yaşayan qeyri-şiə türklər o cümlədən, bahailər və sünnilərin geniş zülm və basqıya məruz qaldıqlarını önə çəkən Çələbiyanlı son vaxtlar, xüsusilə bəhayi icmasının üzləşdiyi ayrı-seçkiliklər və basqıları şərh edib.

Güneyli siyasi təşkilatlar və qrupların azlıqların hüquqlarına dair münasibətini dəyərləndirən fəal Azərbaycanda yaşayan bütün icmaların hüquqlarının müdafiə edilməsini mühüm hesab edir.

“Biz Azərbaycan milləti deyirik. Buna görə də, azərbaycanlı olan hər kəsin soyundan, dinindən, dilindən və cinsiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmasını tələb etməliyik,” deyə o dilə gətirib.

Amerikada mühacirətdə yaşayan güneylinin sözlərinə görə, “Güney Azərbaycan Milli Hərəkatı sekular bir hərəkatdır. Bu çərçivədə fəaliyyət göstərənlərin hamısı millətçilərdən ibarərt deyildir, sayıları az olsa da, hərəkatın içində insan haqları fəalları, eləcə də ətraf mühit fəalı, qadın və uşaq haqları müdafiəçiləri və solçu fəallar var. Buna görə də sadəcə millətçilərə qarşı tətbiq edilən basqıları gündəmə gətirmək doğru olmaz.”

“Azərbaycanın əksəriyyəti türklərdən ibarətdir, amma qeyri-türk azərbaycanlılar da var. Onlar bizim gözümüzdə Azərbaycan vətəndaşıdır və onların haqları müdafiə edilməlidir,” deyə Çələbiyanlı qeyd edib.

Babək Çələbiyanlının fikrincə, bu növ yanaşmanı tənqid edib və azlıqların haqlarının müdafiə edilməsinə qarşı olanlar əslində Azərbaycan hərəkatının sekular mahiyyətinə qarşı çıxırlar. “Milli hərəkat sekular bir hərəkatdırsa, onun üçün əsas olan din və məzhəb olmamalıdır. Hərəkatın milli mahiyyəti isə sadəcə sözdə deyil əməldə də əks edilməlidir. Milli olmaq burada yaşayan bütün insanlara dəyər verməkdir. Bu, millətçi deyil, şiə deyil və ya türk deyil deyərək insanları boykot etmək doğru olmaz.”

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft