AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bakı-Zabrat-Sumqayıt marşurutu üzrə yeni sürət qatarı fəaliyyətə başlayacaq
23/01/2015 Yazdır

Uzun müddət yollarda avtobus növbəsində dayanan, tıxaclardan əziyyət çəkən sakinləri yeni xoş xəbər gözləyir. 

Belə ki, Bakı-Zabrat-Sumqayıt marşurutu üzrə yeni sürətli qatar fəaliyyətə başlayacaq. Bununla bağlı hazırda xüsusi layihə hazırlanıb, dəmir yolu xəttinin bərpası, yenidən qurulması üzrə işlər davam etdirilir. Bu xəttin istismara verilməsi üçün maliyyə mənbələri dəqiqləşdirilir və xarici mütəxəssislərlə birlikdə araşdırma işləri aparılır. 

Ümumiyyətlə, xalq dili ilə desək "elektriçka”ların bərpası, yeni marşrut üzrə sürətli qatarın istismara verilməsi Bakı və ətraf kəndlərə gedən yollarda rahatlıq yaratmaqla yanaşı, bir çox problemin aradan qaldırılması məqsədi daşıyır. 

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov ans-ə bildirib ki, hazırda bu məsələyə hökumətdə baxılır. Bu, Nəqliyyat Nazirliyinin təşəbbüsüdür və yeni xəttin layihəsi hazırlanıb və icrası başlamaq üzrədir. Təbii ki, bu, tıxacın aradan qaldırılmasına, insanların gediş-gəlişinin asanlaşdırılmasına böyük töhfə verəcək.

Maliyyə məsələləri ilə bağlı Asiya İnkişaf Bankına müraciət olunub. Xarici mütəxəssilərlə birlikdə layihənin reallaşması üçün araşdırma aparılır. Çünki mövcud yol təmir olunmalıdır, rabitə, siqnal xətləri yenilənməlidir, elektrokasiya işləri aparılmalıdır. 

Onun sözlərinə görə, bu layihənin icrası üçün elə də böyük xərc tələb olunmayacaq. Çünki köhnə dəmir yol xətlər var, işin əksəriyyəti köhnədən görülüb. Sadəcə bəzi yeniliklər edilməlidir ki, Bakı-Zabrat-Sumqayıt xətti üzrə sürətli qatar hərəkət etsin. Köhnədən 50 kilometrlik yol var. Amma təmir işləri görülməlidir.

Çünki qatarlar sürətli olacaq, ona görə bütün xətlər dəyişdirilməlidir. Avropada sürətli qatarın yolları hər iki tərəfdən çəpərlənir və qatar saat 230 sürətlə gedir. Bizdə isə bu təhlükəsizlik baxımından mümkün deyil, sadəcə, sürəti müəyyən qədər artırmaq mümkün olacaq.

Ekspertlərin fikrincə, elektrik qatarları sərnişinlər üçün ən rahat və təhlükəsiz nəqliyyat vasitəsidir. Bu nəqliyyat vasitəsinin inkişaf etdirilməsi həm də avtomobil yollarında intensivliyə, avtobus marşrutlarının azalmasına kömək edir, ekoloji vəziyyəti yaxşılaşdırır, ən əsası isə sərnişinlər üçün əlverişlidir.

N.Əzməmmədov yol bərpa olunduqdan sonra qrafikə ediləcək dəyişikliyə, biletin qiymətinə, qatarın sürət məsələsinə də aydınlıq gətirib: "Təbii ki, yeni stansiyalar olacaq. Harada sıxlıq çoxdur müəyyənləşdiriləcək və orada yeni stansiya yaradılacaq. Hazırda Bakıdan yalnız Sumqayıt şəhəri istiqamətində gün ərzində cəmi 2 elektrik qatarı hərəkət edir.

Biletin qiyməti 20 qəpikdir. İndi ölkə üzrə dəmir yol xətlərində maksimal sürət saatsa 80-100 kilometrdir. Azərbaycanda dəmir yolu xətlərinin təmir bərpa işləri tam başa çatdırıldıqdan sonra sürət saatda 140 kilometrə çatdırılacaq. 

Bakı-Zabrat-Sumqayıt elektrik qatarı xətti üzrə işlərə bu ilin ikinci yarısında başlayacaq və bir il ərzində başa çatdırılacaq. 2016-cı ildə sürətli qatarla Bakıdan Sumqayıta gedən qatarın bilet qiyməti o qədər də baha olmayacaq və gün ərzində qatarlar 6 dəfə hərəkət edəcək. Qiymətə gəlincə, bu, Sumqayıta gedən avtobus qiymətlərindən nisbətən ucuz olacaq ki, daşınan sərnişinlərin sayı arzuolunan səviyyədə olsun. 

Bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmır. Belə ki, bu təşəbbüsü sakinlər müsbət saysalar da, narazılıqlarını da bildiriblər: "Bakıətrafı qəsəbələrə elektrik qatarlarının hərəkəti bərpa olunması müsbət haldır. Lakin bunu vaxtında düşünmək lazım idi. Vaxtilə trolleybus, tramvaylar, sonra elektrik qatarları sıradan çıxdı. Halbuki, bütün Avropa ölkələrində bu nəqliyyat növləri var və şəhərə gözəllik verir. Həm ucuz, həm də ekoloji baxımdan sərfəlidir. Arzu edək ki, bu məsələ tezliklə həllini tapsın."

İqtisadçılar elektrik qatarlarının gəlirlə işləməsi üçün onların hərəkətinin intensiv olmasının və sərnişinlər saatlarla qatarın gəlməsini gözləməməsinin vacibliyini, normal qrafikin gəlirlə işləməyə imkan verəcəyini söyləyiblər. Azərbaycanda dəmir yolu tarifləri 2011-ci ilin əvvəllərindən artırılıb və elektrik qatarları üçün 10 qəpikdən 20-30 qəpiyə çatdırılıb. Yeni qiymətlər təsərrüfatı saxlamağa imkan verir. 

Xatırlatmaq yerinə düşər ki, bu məsələ “Böyük Bakının Regional İnkişaf Planı” çərçivəsində dayanıqlı nəqliyyat sisteminin reallaşdırılması ilə bağlı təkliflərdə öz əksini tapıb. Həmçinin paytaxtın və ətraf ərazilərin 2030-cu ilə qədərki inkişaf planında da yer alıb. Gələcəkdə Bakı Dəmir Yolu Vağzalında relslərin sayının azaldılması, bu vağzalın yalnız elektrik və xüsusi qatarlar üçün fəaliyyət göstərməsi nəzərdə tutulur.

Gələcəkdə Bakı-Zabrat-Sumqayıt marşurutundan əlavə, köhnədən mövcud olan Bakıətrafı kəndlərə gedən "elektriçkalar" da bərpası nəzərdə tutulur. Bakıətrafı qəsəbələrə elektrik qatarlarının hərəkətinin bərpa olunması yeni iş yerlərinin yaradılmasına da imkan verəcək. 

Ümumiyyətlə, Bakı kəndlərinə gedən elektrik qatarları 2009-cu ilə qədər işləyib. Abşeron yarımadasında dəmir yolu xətlərinin sökülməsinə 2009-cu ilin sonlarından start verilib və Maştağa qəsəbəsindən başlayaraq Buzovna və Mərdəkandan keçən və Qala qəsəbəsinə qədər uzanan birxətli dəmir yolu sökülüb. Statistikaya əsasən, gün ərzində elektrik qatarları Abşeron yarımadasında 4 minə yaxın sərnişin daşıyırdı.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8109
 GBP :  2.0991
 TRY :  0.0521
 EUR/USD :  1.0652
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft