AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bakıda 17 yaşlı qız qarpızdan zəhərlənərək ölüb
07/07/2014 Yazdır
Hadisə ötən gecə axşam saatlarında baş verib.

Talassemiya xəstəliyindən əziyyət çəkən Gülarə Həsənli günorta saatlarında qarpız yeyib, axşama doğru onun vəziyyəti ağırlaşıb. Valideynləri dərhal təcili tibbi yardım çağırıblar. Həkimlər qıza ilkin tibbi yardım göstərsələr də, bir müddət sonra Gülarə Həsənlinin vəziyyəti yenə pisləşib. Qızın anası İlhamə Məhərrəmova APA-ya açıqlamasında qızının ölümündə həkimi təqsirləndirib.

"Dedim təcili çatdıraq xəstəxanaya. Evdə bir saat nə isə yazdı, pozdu. Dedi, icazə alıram, görək, gedək, yoxsa getməyək. Getdik Talassemiya Mərkəzinə. Bizi qəbul etmədilər. Üçüncü mərtəbədən düşürdülər. Pərvin adlı biri dedi ki, mən ona görə işdən çıxa bilmərəm. Dedim bu xəstəxananı bunlar üçün açıblar axı. Dedi, get Hemotologiya Mərkəzinə. Uşaq da qusurdu".

Valideynləri Gülarə Həsənlini Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutuna aparıblar. Anasının dediyinə görə, min bir bəhanə gətirilərək qızını orada da qəbul etməyiblər.

"Zahid adlı həkim qulağında telefon kiminləsə danışırdı. Heç elə bil bu uşaq ora getməyib. Dedim, həkim, uşağım ölür. Mənə əhəmiyyət vermədilər. Elə bunu demişdim ki, qucağımda keçindi. Sonra dedilər ki, valideyni çıxardın çölə. 17 yaşında uşağımın meyitini qucağıma verdi. O biri xəstəliyinə görə bir dəfə başıma elə iş gəlmişdi. Demişdilər ki, Talassemiya Mərkəzinə getməlidir. Ona görə də gözümüz qorxmuşdu, bu dəfə də öz həkimi ilə əlaqə saxladıq. Dedi ki, çatdır xəstəxanaya”.

Məsələ ilə bağlı Talassemiya Mərkəzinin şöbə müdiri Nərgiz Əliyeva bildirdi ki, dünən xəstə bu mərkəzə gətirilib. Onun sözlərinə görə, Talassemiya Mərkəzində uşaq şöbəsi fəaliyyət göstərir və onlara ancaq qan köçürülür. Nərgiz Əliyevanın sözlərinə görə, xəstə bu mərkəzə deyil, Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılmalı idi.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli bildirib ki, belə xəstənin Talassemiya Mərkəzinə aparılması düzgün deyil. Onun sözlərinə görə, xəstə Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutuna, yaxud Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılmalı idi. Anar Qədirli Gülarə Həsənliyə Hematologiya və Qanköçürmə Elmi-Tədqiqat İnstitutunda müvafiq yardım göstərildiyini deyib. Lakin xəstənin vəziyyəti ağır olduğundan həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Gülarə Həsənlinin 17 yaşı tamam olub. Rəqslə məşğul olan Gülarə Həsənli bir neçə klipdə rol alıb.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft