AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bakıda maraqlı sərgi - Foto
25/04/2015 Yazdır

Bu gün Kiçik Qala Art qalereyasında qeyri-adi “Düymə” sərgisi açılacaq.

“Düymə” sərgisinin hər iştirakçısı üçün layihənin konsepsiyasına öz münasibətini bildirmək vacibdir. Düşünülmüş iş ekspozisiyası rəssamların bu mövzuya olan fikirlərini birmənalı təcəssüm etdirir. Bu barədə qalereyadan Azərtac-a bildirilib .

“Düymə” sərgisi müxtəlif peşələr üzrə ixtisaslaşan gənc və istedadlı rəssamları bir araya gətirir. Keramika, heykəltəraşlıq, qobelen, rəsm və qrafik dizayn üzrə ixtisaslaşan rəssamların əl işləri geyimin bu əvəzedilməz predmetinin mistik və funksional simvolikası üzərində qurulub.

Sərginin dörd iştirakçısı yaradıcı konsepsiya əsasında birləşərək özündə təsviri incəsənət, heykəltəraşlıq nümunələri, qrafik dizayn, installasiya və video-art növlərini birləşdirən işlər yaradıblar. Hər biri öz münasibətini paylaşır, hər birinin fəlsəfəsi xarici və daxili dünya ilə ağlasığmaz paralellər təklif edir.

Azərbaycan Dövlət Rəsm Akademiyasının məzunları bir sıra xarici və yerli sərgilərin, layihələrin iştirakçısı olublar. Onların hər biri öz sahəsində yiyələndiyi təcrübə və biliklərini ümumiləşdirərək düymə mövzusunu müxtəlif rakurslardan aşkar edən işlər yaradır.

Sərgi mayın 22-dək davam edəcək.

Asimə Səmədli sərgiyə “Daxilində ruh olanlar” qobelenləri və “Divanə” video-artı ilə qatılıb. Qobelen ixtisası üzrə bakalavr dərəcəsi olan Asimə, “Potensial 1,2” sərgisini, Azərbaycan regionları üzrə festival, beynəlxalq türk xalqları sərgisi, müasir qobelen master-klassı, ilk şəxsi “Choice” sərgisinin iştirakçısı olub. O, Moskvada keçirilən beynəlxalq sərginin laureatıdır.

İmran Mehdiyev sərgi üçün “Düymənin gücü” heykəl kompozisiyasını hazırlayıb. Heykəltəraşlıq üzrə magistr olan İmran bu sənəti üzrə Moskvada keçirilən simpoziumun (Moskva, Burqanov mərkəzi), “Sərhədsiz incəsənət” (Azərbaycan-Türkiyə) və “Jeunes Peintres d'Azerbaïdjan en Belgique” (Belçika) sərgilərinin iştirakçısı olub.

Vüsalə Ağarazıyeva “Düymə” sərgisi çərçivəsində keramik düymə qismində olan “Məkan” və “Divanəliyin nəticələri” installasiyasını təqdim edir. “City Art Center” mərkəzinin art-direktoru olan Vüsalə Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. YARAT çərçivəsində keçirilən “Artım” layihəsi, YARAT master-klassları, ilk peşəkar “Choice” və “Ənənəvi incəsənətlərin təkamülü” sərgilərinin iştirakçısıdır.

Mehriban Şəmsəddinskaya layihəyə “Dövrün şahidləri” installasiyası ilə qatılır. “Reklam” ixtisası üzrə bakalavr olan Mehriban, magistr incəsənət alimi, Azərbaycan Rəssamlar ittifaqının üzvüdür. “Сentral Saint Martins” və “Sotheby's” rəssamlıq və müasir incəsənət teoriyası üzrə kursları bitirib. YARAT master-klassları, müxtəlif layihələrin, “From Waste to Art 2, 3” beynəlxalq sərgisinin, ilk peşəkar “Violet” sərgisinin iştirakçısıdır.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft