Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Bakının Sabunçu rayonunda qeydə alınıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1979-cu il təvəllüdlü Quliyev Elşən Rəşid oğlu idarə etdiyi “Mitsubishi” markalı minik avtomobilində aldığı bədən xəsarətlərindən hadisə yerində keçinib.
Xilasedicilər sıxılmış vəziyyətdə qalmış cəsədi çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 22:41-də başa çatıb./apa/
|