Bakının Sabunçu rayonunda silahlı insident olub.
Ramana qəsəbəsindəki Şuşa şəhərciyi ərazisində yerləşən "Naxçıvan" restoranında avtomat silahdan açılan atəş nəticəsində, ilkin məlumata görə, 1 nəfər ölüb, 1-i yaralanıb.
Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə yerinə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları və Daxili Qoşunların xüsusi təyinatlıları cəlb olunub.
Ərazidə polis postu qurulub, giriş-çıxış zamanı axtarış aparılır./modern/
|