AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Bir qadının uğuru, ya uğursuzluğu?
22/11/2016 Yazdır

Zaman- zaman bir sual məni çox düşündürür: “Görəsən bir qadın üçün ən böyük uğur nədir ?”

Təbii ki, bu obyektiv sual olsa da, cavablar fərdi yanaşmaya əsaslanacaq. Bəlkə də qadının uğuru deyilən bir anlayış yoxdur. Bəlkə uğurun özü belə yoxdur…

Deyəcəksəniz niyə?

Biz qadınların ən böyük uğuru onların ailəsinin olmasıdır. Amma bu ailə yalnız biz qadınlaramı məxsusdur?

Kişilər bu uğurun hansı hissəsinə aiddir ?

Mən də bir evli qadın olaraq çox düşünürəm, əslində ailəmin gözəl və mükəmməl olmasında daha çox öhdəlik kimdə olmalıdır deyə. Məsələn daha fədakar və toparlayıcı qüvvə… ?

Xoşbəxt ailə bir nəfərin əməyi və zəhməti ilə başa gəlmir. Bu xoşbəxtlik ailə fərdlərinin mübarizliyi, bir-birinə sevgi və hörmət içərisində yanaşmasından asılıdır. Və sizcə gözəl ailəyə sahib olmaq bir uğurdurmu?

Mən bunu deyə bilmərəm …Çünki bu sualın cavabını özümdə belə tapmamışam. Bu gün Azərbaycan cəmiyyətinin neçə faizinin xoşbəxt olduğunu görmək olar?

Bax ən önəmlisi budur. Maraqlıdır bizim ölkənin qadınları nə qədər xoşbəxtdir? Bu gün kənardan xoşbəxt görünən ailələrin iç dünyasına nəzər saldıqda orda xoşbəxtlik görmürük. Orda acı, kədər, üzüntü, zorakılıq, xəyanət və ən əsası qətil belə görürük. Sizcə buna səbəb nədir?

Görəsən niyə Azərbaycan ailəsi daha xoşbəxt deyil?!

Niyə Azərbaycan Qadını bu qədər həm ailədə həm də cəmiyyətdə əzilir?

Niyə öldürülür?

Niyə ona xəyanət edilir?

Niyə zorakılığın hər növünə məruz qalır?

Niyə sevinərək getdiyi ər evindən gözü yaşlı və bir daha xatırlamaq istəmədiyi halda tərk edir?

Niyə boşandıqdan sonra məhkəmə qapılarında aliment üçün sürünür?
Bu niyələrim çox ola bilər. Bəzən düşünürəm bəlkə bu edilənlərin günahı bizdədir. Bəlkə biz özümüzə yetəri qədər dəyər vermirik. Bəlkə biz qadınlar yalnız gözəllik mücəsimməsi olmağı seçirik nəyinki güclülük?

Düşünürəm görəsən niyə biz hər zaman günahlananıq…Niyə biz aldadılanıq…Niyə döyülürük…Niyə təhsilimiz ola-ola dört divara möhtac qalırıq.. Sizcə günah bizdə deyilmi? Deyəcəksiz o nə deməkdir?

Deyəcəksiz Ləman qadın düşmənidir… Axı sən qadın haqlarından hər zaman yazmısan və yazırsan… Doğrudur! Mən hər zaman insan haqqlarından özəlliklə qadın və uşaqların haqqlarından yazmışam. Amma hər şeydə kişini günahlandırmaq olmaz ki! Son günlər qadın ölümlərinin sayı artmaqdadır.

Baxırsan və araşdırırsan ki, 16-17 yaşında ərə zorla verilənlər bəlli bir yaşa çatanda onlara verilən işkəncələrə dözməyib etiraz edən ailə daxili münaqişələr olduqa çoxdur. Gəlin məsələnin digər üzünə baxaq. Bu qızları kim ərə verir ata və ana. Özəlliklə də ana. Yaxşıdır, imkanlıdır get daha nə istəyirsən. Ac və susuz qalmayacasan.

Sənə istədiyini alacaq istədiyini yedizdirəcək deyir. Və ya qonşunun qızı ərə getdi mənim qızım niyə ərə getmir deyərək qızına ər axtarmağa başlayır. Doğuluşuna sevinməyib, cehizini yığan biz analar deyilmiyik ?

Gəlinliklə çıxdın kəfənlə deyən, oğlumuzla qızımız arasında fərq qoyan , təhsilimiz ola-ola ərin istəmir işləmə və ya işlədiyin halda sənin işdən çıxmanı öz ayaqların üstündə durağı öyrətməyən ərin nə qazanar onla yaşayarsan deyən, 18 yaşımız olduqda toylara götürülən və bununla kifayətlənməyib hər toy üçün müxtəlif geyim alan, fərqli makiyajlar etdirən, ali təhsil ocağına min bir əzabla hazırlaşıb girdiyimiz halda elçi gəldikdən sonra atamızın daha nişanlısan otur evdə deməsinə susan, ər evində döyülməmizə rağmən ailədə olar elə şeylər deyən, kişi gəzər, kişi gec gələr sən səbr elə deyən , ərə getməyin nə qədər önəmindən danışaraq beynimizin ətini yeyib , xoşbəxt olmağımızı düşünməyən, sevir- sevmir maraqlanmadan, yaşımızın keçdiyini önə sürən yenə biz analarıq…

Bu siyahı o qədər uzundur ki… Və biz qızlarda analarımızdan qalma geri düşüncəsi ilə eyn şeyləri uşaqlarımıza yeridirik. Yeni bədbəxt nəsillərin körpüsünü qurmaq üçün…

Sonrada deyirik ki, bir qadının uğuru onun ailəsidir! Əslində bir qadının uğuru onu öz ayaqları üstündə dura bilməsi, əlini əməyə çatdırmaqdır. Cəmiyyətə faydalı insandan(qadın, kişi) fərq etməz və ziyan gəlməz! Əgər doğurdan da qızınızın xoşbəxt olmasını istəyirsinizsə , ona şəxsiyyət kimi yanaşın.

Yahudilər dünyanın ən kiçik dövlətlərindəndir. Amma ən xoşbəxt və uğurlu insanlar ordan çıxır. Heç sual verdinizmi niyə ? Çünki onların ailələrində yetişən qadınların əsas amalı – övladlarına şəxsiyyət kimi yanaşmaqdır !!!

Bu dünya var olduqca insan hər bir hadisə ilə üz –üzə gələ bilər. Əsas olan övladınızın , xüsusilə qızınızın evlənəndə və boşananda belə arxasında durmaqdır. Onu deyim bir qadın boşanırsa deməli daha tükənmişdir.

Acılara, iztirablara, işgəncələrə, aldatmalara tükənmişdir… Bir qadın Azərbaycan cəmiyyətində müəllim və həkim olmaqla yanaşı polis, vəkil, millət vəkli, baş nazir və prezident ola bilər. Və bu güclü şəxsiyyəti siz analar yetişdirməlisiniz.

Unutmayın qadının gücü bir güclü qadın yetişdirməsidir . Və əslində ən uğurlu qadın gələcəyinin sərmayesinin ayaqlarının üzərində duraraq qazanandır.

Deyəcəklərimi dahi lider Atatürkün kəlməsi ilə bitirmək istəyirəm:

Bir toplum, bir millet kişi və qadın deyilən iki cins insandan meydana gəlir. Mümkün müdür ki, bir toplumun yarısı toraqlara zıncirlərə bağlı qaldıkça, digər hissəsiı göylərə yüksəlsin!

Ləman Süleymanlı

/bastainfo.com/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft