AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Birlik sədri: Bakıda quyu suyunu qablaşdırıb satırlar
03/07/2015 Yazdır

Azərbaycanda satılan suların mənbəyi, qablaşdırılması, saxlanma şəraiti barədə müxtəlif fikirlər səslənir. Əhalinin əksəriyyətinin istifadə etməsinə baxmayaraq, suların keyfiyyəti ilə bağlı xeyli şübhələr var.

Mövsümlə əlaqədar müxtəlif növ sulara tələbatın artdığını nəzərə alaraq modern.az saytı Su İstehsalçıları Birliyinin sədri Dövlət Məmmədovun bu barədə fikirlərini öyrənib.

O qeyd edib ki, rəhbərlik etdiyi birlik il boyu monitorinqlər aparıb: “Biz monitorinqləri yeni yaranan kiçik sexlərdə, həmçinin Azərbaycanın beş əsas su istehsalçısı “Sirab”, “Badamlı, “Aquavita”, “Damla”, “Slavyanka” zavodlarında keçirmişik. Bu zavodlarda işlər yüksək səviyyədə qurulub, hər şey Avropa standartlarına cavab verir. Monitorinqini apardığımız beş zavodun özünün tibbi laboratoriyası var, su istehsala göndərilməmişdən əvvəl mütləq analiz götürülür”.

Onun sözlərinə görə, kiçik sexlərdə isə vəziyyət qənaətbəxş deyil:

“Çünki kustar üsulla işləyirlər. Dövlət qurumları tərəfindən nəzarət çox aşağı səviyyədədir. Bu gün Bakı şəhərində quyu sularının qablaşdırılaraq satılmasının şahidi oluruq.

Bunlar “Adışirin” və “Kəhriz” müəssisələridir. Quyu suyunu iki aydan çox saxlamaq olmaz.

Halbuki sular aylarla saxlanaraq əhaliyə satılır. Həmin sular hər iki aydan bir laborator müayinədən keçirilməlidir. Bakıda belə quyu sularını əhaliyə satmaq doğru idisə, milyarddan çox vəsait xərcləyərək Qəbələdən Bakıya su kəməri çəkməzdilər”.

Dövlət Məmmədov deyib ki, bir çox hallarda sexlər mağazalara su satmır: “Onlar suyu dağ, rayon, kənd adları ilə sifariş əsasında yaşayış evlərinə təqdim edirlər. 19 litrlik qablarda satılan həmin suyun mənbəyi isə insanları maraqlandırmır. Çünki mağazada bu həcmdə su daha bahadır.

Onlar isə 2 - 2 manat 50 qəpik ödəməklə 19 litr su ala bilirlər. İstifadə edildikdən sonra isə su qablarını evlərdən götürərək natəmiz şəraitdə sexə daşıyır, orada qabları əlləri ilə yuyub yenidən doldururlar.  Adlarını çəkdiyim zavodlarda isə su qablara əl dəymədən doldurulur”.

Onun dediyinə görə, Azərbaycanda il ərzində istifadə edilən suyun 40 faizi xarici ölkələrdən gətirilir: “İstər yerli, istərsə də xaricdən gətirilən suların üzərində 5-20 dərəcə temperaturda saxlanmasına dair məlumat yer alıb. Bu gün hər yerdə açıq havada, günəş altında su satılır.

Günəş şüaları ilə plastik qabdakı su reaksiyaya girəndə zəhərlənmə də baş verə bilər.Suyun saxlanma müddəti qazlı sularda bir il, qazsız sularda isə 4-6 ay arasıdır”.

O qeyd edib ki, Azərbaycanda su istehsalçıları mağazalara keyfiyyətli su göndərirlər, amma həmin mağazalar saxlanma şəraitinə riayət etmədikdə sular keyfiyyətini itirir: “Bu suların içilməsi təhlükəlidir. Azərbaycanda istehlakçı hüquqlarını qoruyan yoxdur.

İstər Azad İstehlakçılar Birliyi, istərsə də rəsmi qurumlar bu işlə məşğul olmurlar. Hamı bir ağızdan deyir ki, suyun keyfiyyəti aşağıdır. Amma suyu günəş altında saxlayanları cərimələyən yoxdur. Keyfiyyətli su günəş altında qalanda, əlbəttə, keyfiyyətini itirir”.

Azərbaycan bazarında uşaqlar üçün nəzərdə tutulan suların satılmasına gəlincə, Dövlət Məmmədov buna qəti etiraz edib: “Su uşağa, böyüyə bölünmür.

Təəssüflər olsun ki, ölkəyə “Aqusha” adında sular daxil olur. Bu, sadəcə, şirkətin öz məhsulunu satması üçün istifadə etdiyi reklamdır”.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8131
 GBP :  2.1057
 TRY :  0.0523
 EUR/USD :  1.0665
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft