AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» BMT İrandan qeyri-fars uşaqların üzləşdiyi ayrı-seçkiliyə dair məlumat istəyir
30/06/2015 Yazdır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Haqları Komitəsi (CRC) 2016-cı ilin yanvar ayında İranda uşaqların hüquqları ilə bağlı durumun dəyərləndirilməsi üçün keçirəcəyi iclasla bağlı ölkə rəsmilərindən tələb etdiyi əlavə məlumat siyahısında qeyri-fars uşaqların durumu, onların üzləşdiyi ayrı-seçkilik halları və ana dilində təhsil məsələsinə də xüsusi yer ayırıb.

İranda qanunlar və mövcud durumun Uşaq Hüquqları Konvensiyasına uyğunluğunu qiymətləndirmək məqsədi ilə ötən həftələrdə işçi qrupunun dörd günlük iclasını təşkil edən CRC İran dövlətinin rəsmi hesabatını 2016-cı ilin yanvar ayında keçirəcəyi əsas iclasda dəyərləndirəcək.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığının (OHCHR) veb səhifəsində yayılan sənədə istinadən, İran İslam Respublikasından tələb olunan əlavə məlumat 2015-ci il oktyabrın 15-ə qədər üç bölmədə hazırlanmalıdır; 1-verilən suallara cavab, 2-qısa hesabat, 3-məlumat və statistika.

Birinci bölmədə Komitə İranda qeyri-fars etnik qruplar, o cümlədən, ərəb, türk, bəluç və kürd uşaqlarına qarşı tətbiq edilən geniş ayrı-seçkilik hallarının qarşısının alınması məqsədi ilə dövlət tərəfindən götürülən ölçülərlə bağlı sual verib.

Sualda bu uşaqların gündəlik həyatında hüquq-mühafizə və məhkəmə orqanlarının tətbiq etdiyi məqsədli şəkildə tutulma, nəzarətdə saxlanma, həbs, ölüm, işgəncə və edam halları, habelə onların təhsil hüquqları kimi məsələlərə toxunulur. 

Həmin bölmədə əlavə olaraq qeyri-fars uşaqların öz dillərində təhsil imkanı əldə etmək üçün dövlət tərəfindən gərəkli addımların atılıb atılmadığı soruşulub: “Lütfən, etnik azlıqların doğma dillərində təhsil imkanı əldə etmək istiqamətində həyata keçirilən tədbirləri bizə bildirin.”

BMT-nin Uşaq Haqları Komitəsi zorakılıq, namus qətli, cinsi zəmində sui-istifadə, qeyri-formal sektorda çalışan uşaqlar, küçə uşaqları, həbsxanada saxlanılan uşaqlar, o cümlədən edam məhkumları, 18 yaşdan öncə nikah, övladlığa alınan uşaqların evləndirilməsi, əlil uşaqlar, şagird-müəllim əlaqələri ilə bağlı olaylar və məktəbə getməyən uşaqlarla bağlı tələb etdiyi statistikada uşağın yaş, cinsiyyət və yaşadığı bölgədən əlavə etnik mənsubiyyətinin də müəyyən edilməsini istəyib./amerikaninsesi/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft