AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» BQXK-dan itkinlərlə bağlı yeni addım
02/09/2014 Yazdır

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4500-dən çox şəxsi qeydiyyata alıb.

Bu barədə ans-ə Komitənin Azərbaycan nümayəndəliyindən məlumat verilib.

BQXK 30 avqust - Beynəlxalq İtkinlər Gününü qeyd etməklə, beynəlxalq ictimaiyyəti itkin düşmüş şəxslərin faciəsi və onların ailələrinin ağır vəziyyəti barədə daha çox məlumatlı olmağa çağırır. Dünyanın hər bir hissəsində yüz minlərlə insan silahlı münaqişə, təbii fəlakət və ya miqrasiya nəticəsində itkin düşüb. İtkin düşən hər bir şəxs özündən sonra qeyri-müəyyənlik hissindən əziyyət çəkən çox sayda insanı - xüsusilə də ailəsini qoyub gedir.

Bərdədə keçirilən anım mərasiminin açılışında Bərdə Sub-nümayəndəliyinin başçısı Nikola Lambert deyib: "BQXK hökumət orqanlarını itkin düşmüş şəxslərin talelərini aydınlaşdırmaq cəhdlərində dəstəkləməyə və hələ də itkinləri barədə bir xəbər gözləyən ailələrə kömək etməyə davam edir. BQXK üçün itkin ailələrinə dəstək göstərmək prioritet məsələdir və BQXK həmin ailələrin ehtiyaclarının qarşılanmasına kömək etməyə çalışır.

BQXK itkin ailələrinin üzvlərindən könüllülər seçib, sosial işçi kimi işləmələri üçün onlara təlimlər keçib. Beləliklə, könüllülərin və yerli tərəfdaş QHT-lərin müvafiq qabiliyyət və bacarıqlarını artırmaqla, ailələrin yaşadıqları qeyri-müəyyənliyin öhdəsindən gəlməyə və onların müvafiq müəssisələrə yönləndirməklə çoxtərəfli ehtiyaclarını qarşılamağa kömək etmələrini təmin edib".

2014-cü ildə itkin düşmüş şəxslər barədə məlumat toplanılmasında yeni bir addım atılıb, yəni Azərbaycan hökuməti ilə birgə yeni layihənin pilot mərhələsinə başlanılıb. Azərbaycan hökumət nümayəndələrinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və digər tərəfdaşların iştirak etdiyi Bakıdakı anım mərasimində BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran deyib: "İtkin şəxslərin yaxın qohumlarından toplanılacaq bioloji nümunələr itkinlər barədə artıq toplanılmış ətraflı məlumatları tamamlayacaq".

Tədbir zamanı itkin düşmüş şəxslərin ailə üzvləri tədbir iştirakçıları ilə öz hekayələrini bölüşüb və ən böyük ehtiyaclarının əzizlərinin talelərinin aydınlaşdırılması olduğunu vurğulayıblar.

BQXK Azərbaycanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən fəaliyyət göstərir və humanitar, neytral və bitərəf təşkilat olaraq münaqişə qurbanlarının əzab-əziyyətini yüngülləşdirməyə çalışır.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft