AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Cənubi Azərbaycanda pandemiyanın son durumu
19/04/2021 Yazdır

İranda koronavirus pandemiyasının dördüncü dalğasının başlaması ilə ölkənin xəstəxanalarının tutumu dolmaq üzrədir. Təbriz Tibb Elmləri Universitetinin Səhiyyə üzrə müavini Şərqi Azərbaycan vilayətində hər gün vilayətdə min yeni yoluxma halının qyedə alındığını deyib.

Xəstəxana yataqlarının dolması və ağır iş şəraiti tibb işçilərinin yorğun düşməsinə səbəb olub.

İranın İLNA və Tasnim xəbər agentlikləri bu barədə məlumat yayıb.

Tibb işçiləri sistemi Ali Şurasının katibi Həmidrza Əzizi keçən il ərzində İrandan hər ay 100-120 tibb bacısının mühacirət etdiyini söyləyib. Onun dediyinə görə, tibb bacılarının xaricə köç etməsi pandemiya dövründə dolanışıq problemləri və ölkənin iqtisadi problemləri ilə əlaqədardır.

İranın Şərqi Azərbaycan vilayətində virusun yayılma sürətinin çox yüksək olduğu bildirilir. Təbriz səhiyyə rəsmiləri vəziyyətin acınacaqlı olduğunu ifadə edərək xəstəxanaya yerləşdirmə sayının bucaq əmsalının dik bir şəkildə yüksəldiyini qeyd edib. Ölkə bütövündə pandemiyanın durumunun çox ağır olduğu bildirilir. Koronavirus pandemiyasına qarşı mübarizə Baş Qərargahı Elmi Komitəsinin üzvü Məsud Mərdani ölkənin vəziyyətini "fəlakətli" olaraq şərh edib, xəstəxanalardakı bütün çarpayıların dolduğunu və ölənlərin sayının kəskin artdığını, yeganə çıxış yolunun tam qapanma və insanların evdə qalması olduğunu söyləyib.

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Rəhimi Cahanabadi, pandemiya ilə mübarizənin təkcə yolunun ictimai vaksinasiya olduğunu desə də, o, ölkədə kifayət qədər peyvəndin olmadığı, daxili səhv qərarlar, sanksiyalar və problemlərin davam etdiyi barədə gileylənib. Lakin İranın ali ruhanisi Ayətullah Əli Xamenei daha öncə Amerikanın Pfizer-BioNTech və Britaniyanın AstraZeneca şirkətlərinin hazırladığı vaksinlərin idxalını qadağan edib.

Şərqi Azərbaycan vilayətinin səhiyyə xidmətinin rəhbəri Doktor Məhəmməd Hüseyn Somi hazırda vilayətin xəstəxanalarına 1450 xəstənin müalicə üçün yerləşdiyini bildirib. O, son 24 saat ərzində 305 nəfərin xəstəxanalara yatırıldığını qeyd edərək bu rəqəmin pandemiya dövründə rekord olduğunu söyləyib. O həmçinin son sutkada 18 nəfərin həyatını itirdiyini, bu rəqəmin də pandemiya dövründə ən yüksək vəfat sayı olduğunu bildirib.

Xəstəxanaların əksəriyyəti bu gedişatın davam etməsi ilə çarpayı çatışmazlığı yaşanacağı haqda xəbərdarlıq edirlər. Təbrizdəki İmam Rza xəstəxanasının rəhbəri baharın ilk günləri ilə müqayisədə xəstəxanaya qəbul edilən xəstələrin sayının 4 qat artdığını bildirərək, "Hal-hazırda 200 COVID-19 xəstəsi reanimasiya şöbəsində müalicə edilməkdədir", deyib.

Qərbi Azərbaycan vilayətinin səhiyyə xidmətinin rəhbəri doktor Cavad Ağazadənin verdiyi məlumata görə, vilayətin xəstəxanalarına 1271 xəstənin müalicə üçün yerləşdirildiyini və son sutkada 21 nəfərin həyatını itirdiyini bildirib. Ağazadənin verdiyi məlumata görə, Urmiyə və Xoy şəhərləri ən yüksək xəstə sayı ilə ən ağır durumda olan şəhərlərdir.

Ərdəbil vilayətinin səhiyyə xidmətinin rəhbəri doktor Şəhram Həbibzadə isə vilayətdə son 24 saat ərzində 113 virusa yoluxmuş xəstənin xəstəxanalara yatırıldığını və 6 nəfərin həyatını itirdiyini bildirib. O, Ərdəbil vilayətinin şəhərlərinin əksəriyyətinin qırmızı vəziyyətdə olduğunu söyləyib. Hazırda vilayətdə 571 nəfər xəstəxanalarda müalicə olunur. Ərdəbil şəhərinin meri şəhər xəstəxanalarının tutumunun dolmaq üzrə olduğu barədə xəbərdarlıq edib və tibb işçilərinin çox ağır vəziyyətdə işlədiklərini bildirib.

İran Azərbaycanının digər vilayəti Zəncanda hal-hazırda 778 koronavirus xəstəsi xəstəxanalarda müalicə olunur. Zəncan səhiyyə xidmətinin rəhbəri Pərviz Qızılbaş 800 xəstəxana çarpayısının dolduğunu bildirərək, gedişatın belə davam etdiyi təqdirdə xəstəxanalarda çarpayı çatışmazlığının yaşana biləcəyi barədə xəbərdarlıq edib.

İranda COVID-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırmızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür. Son günlərdə İranda pandemiyanın 4-cü dalğasının başlaması ilə bu kateqoriyalara qara rəng də əlavə edilib. Fevral ayında ekspertlər İranda pandemiyanın 4-cü dalğasının baş tutma ehtimalı barəsində məlumat vermişdilər.

Iranın COVID-19 pandemiyasının təhlükəsini göstərən son xəritədə İran Azərbaycanın bəzi şəhərləri daxil olmaqla, ölkənin 63 şəhərinin qara kateqoriyaya salındığını görmək mümkündür.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft