AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Cəriməni ödəməyən piyadanı nə gözləyir?
02/07/2014 Yazdır

Üç aydan sonra əsas cərimə ilə yanaşı, 60 faiz miqdarında dəbbə pulu da ödənilməlidir

Yol hərəkəti qaydalarını pozmaya görə təkcə sürücülərə yox, piyadalara, sərnişinlərə, velosipedçilərə və mal-qara ötürən şəxslərə də cərimə tətbiq olunur. Həmin cərimələrin ödənilməsi qaydası və ödənişin gecikdirildiyi halda bunun nəticələri sürücülərin düşdüyü vəziyyətdən bir qədər fərqlidir.

İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsi ümumi şəkildə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq olunan cərimə tənbehinin icrası qaydasını fərqləndirir. Belə fərqlilik cərimə tənbehinin şəxsdən alınmasını təmin etməyə yönələn bir sıra özünəməxsus tədbirlərin tətbiqində ifadə olunub. Belə ki, həmin Məcəllə cərimənin ödənilməsinin gecikdirildiyi təqdirdə əvvəlcə cərimə məbləğinin üzərinə dəbbə pulu (faiz) əlavə olunmasını, daha sonra qaydanı pozarkən idarə olunan nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa qoyulmasını, bundan sonra sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasını, ən nəhayətdə isə məcburi icra tədbirləri görülməsini nəzərdə tutur.

Lakin bu tədbirlərin mahiyyətinə diqqət etdikdə bunların ikisinin, yəni nəqliyyat vasitəsinin saxlanılaraq mühafizə olunan duracağa qoyulmasının və nəqliyyat vasitəsini idarə etmə hüququnun məhdudlaşdırılmasının qaydanı pozmuş piyadaya, sərnişinə, velosipedçiyə və mal-qara ötürən şəxsə tətbiq edilməsinin mümkün olmadığını görürük. Deməli, piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs qismində qaydaları pozaraq cəriməyə məruz qalmış şəxs müvafiq cəriməni vaxtında ödəmədikdə onun barəsində yalnız yuxarıdakı tədbirlərdən biri tətbiq oluna bilər: cərimə məbləğinin üzərinə dəbbə pulu əlavə oluna bilər. Belə şəxslər barəsində digər iki tədbirin tətbiqi mümkün deyil. Həmin iki tədbir yalnız sürücü qismində yol hərəkəti qaydalarını pozmuş şəxsə tətbiq oluna bilər. 

Yol hərəkəti qaydalarını pozmuş piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs tətbiq olunan cəriməni həmin cərimənin tətbiqi barədə qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində könüllü ödəməzsə, İnzibati Xətalar Məcəlləsinin 451.7-ci maddəsinə əsasən, hər gün üçün 1% dəbbə pulu əlavə olunur. Dəbbə pulu 2 ay müddətində əlavə olunmaqda davam edir və ən pis halda qərarın qüvvəyə minməsindən sonra 3 ayın tamamında 60 faizə çata bilər. Deməli, cəriməni vaxtında ödəməyən piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxs qərarın qüvvəyə minməsindən 3 ay sonra artıq əsas cərimə ilə yanaşı, onun 60 faizi miqdarında dəbbə pulu da ödəyəcək. 

Bu şəxslər cəriməni ödəməməkdə davam edərlərsə, artıq cərimə barədə qərar məcburi icraya yönəldiləcək. Məcburi icranı «İcra haqqında» qanuna uyğun olaraq icra məmurları həyata keçirirlər. İcra məmurları həmin qanunun 43.1-ci maddəsində nəzərdə tutulan aşağıdakı məcburi icra tədbirlərindən birinin tətbiqi ilə cərimənin ödənilməsini təmin edə bilərlər: a) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; b) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; c) tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; ç) icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; d) bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər.

Bəzi piyada, sərnişin, velosipedçi və mal-qara ötürən şəxslər onlara tətbiq olunmuş cərimənin vaxtında ödənilməsinə biganə yanaşaraq elə düşünürlər ki, cərimə yaddan çıxacaq və müəyyən müddətdən sonra onu ödəməyəcəklər. Lakin belə deyildir. İXM-in 447.1-ci maddəsinə əsasən, cərimə tənbehinin icrası müddətlə məhdudlaşmır. Ona görə də bir neçə ildən sonra da həmin cərimə məcburi qaydada şəxsdən alınacaq. 

Məlumdur ki, bəzi inzibati xətalara görə cərimə ödənilmədikdə, həmin cərimənin ictimai işlər növündə tənbehlə əvəz edilməsi nəzərdə tutulur. Lakin nəzərə almaq lazımdır ki, yol hərəkəti qaydalarını pozmaya görə tətbiq olunan cərimələrin ictimai işlərlə əvəz olunmasına yol verilmir. 

 

Bəzən cəriməni ödəməyən şəxslərin xaricə getmək hüququnun məhdudlaşdırılması barədə də söz-söhbətlər eşidilir. Lakin nəzərə almaq lazımdır ki, «İcra haqqında» qanunun 84-1-ci maddəsinə əsasən, borclu şəxsin ölkədən getmək hüququ yalnız məhkəmə qərarı əsasında verilmiş icra sənədləri könüllü icra edilmədikdə, özü də yalnız məhkəmənin ayrıca qərarı ilə məhdudlaşdırıla bilər. Yəni sadəcə cərimənin ödənilməmiş olması hələ ki, şəxsin ölkədən getməsinə mane ola bilməz. Lakin dünyanın bəzi ölkələrində belə təcrübənin olduğunu nəzərə alsaq, yaxın gələcəkdə  ölkəmizdə də cəriməni vaxtında ödəməyən şəxslərin xaricə getməsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanunvericilik qəbul edilə bilər./avtosfer.az/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft