AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Dəhşətli virus Azərbaycana yaxınlaşır
22/05/2016 Yazdır

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızdırma və xəstəliyə səbəb olan «Zika» virusunun yayılma təhlükəsi haqda xəbərdarlıq edib.

Bu virus Qara dəniz sahillərində, Rusiyada, Gürcüstanda, tanınmamış Abxaziya Respublikasında və bir sıra Avropa ölkələrində, ilk növbədə isə Balkan yarımadasında ağcaqanad vasitəsilə yayılır”.

Məlumata görə, «Zika» virusuna daha əvvəl 50-dən artıq ölkədə rastlanıb. Alimlərin dediklərinə görə, o, doğulmamış – ana bətnindəki uşaqlar üçün dəhşətli dərəcədə təhlükəlidir. Virus sayəsində mikrosefaliya baş verir, yəni dölün beyni və kəlləsində balacalaşma gedir, bu da əqli geriləməyə səbəb olur.

Ancaq o da var ki, «Zika» qızdırması ilə assosiasiya olunan inkişafdanqalma minlərlə uşaqda rastlansa da, hələlik bu əlaqə 100 faiz sübuta yetirilməyib. Hətta bəzi alimlər bu əlaqənin qətiyyən olmadığı qənaətindədirlər.

ÜST hökumətlərə müraciət edir: «Səfərbər olunmaq lazımdır»  

Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, «Zika» virusuna yoluxmuş yüksəkriskli bölgələr Qara dəniz sahilində yerləşən Rusiyanın Krasnodar diyarı, Abxaziya da daxil olmaqla, Gürcüstan və Portuqaliyanın Atlantik okeanda yerləşən Madeyra adasıdır. Nisbətən az yayıldığı ərazilər isə Balkan yarımadası və Türkiyədir. Virus adıçəkilən bölgələrdə yaşayan «Aedes» ağcaqanadları vasitəsilə yayılır. «Siyahıda 18 Avropa dövlətinin adı çəkilir», - ÜST-ün Avropa regional bürosunun direktoru Zsuzsanna Jakab belə deyir.  

 O daha sonra əlavə edir: «Bu gün biz ilk növbədə virusun yayılma riskinin yüksək sayıldığı ölkələrin hökumətlərinə müraciət edirik. Milli səhiyyənin resursları səfərbər edilməli və «Zika» virusunun epidemiyaya çevrilməsinin qarşısının alınması prioritet olmalıdır».

On minlərlə insanın xəstələnməsindən sonra ÜST bu ilin fevralında «Zika» virusunun Mərkəzi və Cənubi Amerikada yayılması ilə bağlı «beynəlxalq miqyasda fövqəladə vəziyyət» elan etmişdi.  

Xəstəlik cinsi yolla da keçirmiş

Virus uşaqlarda anadangəlmə qüsura səbəb olmaqla yanaşı, böyüklərdə nadir nevroloji problemlərə gətirib çıxarır, bu da insanı ya öldürür, ya da iflic edir. Zamanla bu xəstəliyin təkcə ağcaqanadlar yolu ilə deyil, həm də cinsi yolla ötürüldüyü bəlli olub.  ÜST hesabatının müəlliflərindən biri Joao Pires AzadlıqRadiosunun rus xidmətinə deyib ki, virusun yayıldığı yüksəkriskli bölgələrə səfər edən turistlərə, hələlik, bircə məsləhət verə bilər: təhlükəsizlik tədbirlərinə ciddi şəkildə əməl etmək. Çünki «Zika» virusu əleyhinə vaksin hələ də hazırlanmayıb.  

 Uzunqollu paltar geyinmək, vəssalam?  

Bəs bu hansı təhlükəsizlik tədbirləridir?  

«Uzunqollu paltar geyinin, repellentlərdən istifadə edin, ağcaqanadların sizi dişləməsinə imkan verməyin. Bu, hələlik, «Zika» virusu və onun potensial fəsadları ilə mübarizədə ən yaxşı üsuldur», - Joao Pires söyləyir.  

Onun sözlərinə görə, virusun yayıldığı bölgədə «Aedes aegypti» növündən olan ağcaqanadların və virusun sürətlə inkişafı üçün hər cür əlverişli mühit var. Bu səbəblərdən biri iqlimlə bağlıdır. İkincisi, bu yerlərdə həmin xəstəliyə yoluxan çoxlu qoyun-quzu saxlanması və insanların onlarla təmasıdır.  

Rəsmi məlumata görə, Rusiyada «Zika» virusuna ilk yoluxma faktı fevralın ortasında qeydə alınıb. Virusa yoluxan qadın Dominikan Respublikasında istirahətdən qayıtdıqdan bir neçə gün sonra özünü pis hiss etməyə başlayıb. Ancaq həmin dövrdə Rusiya bəyan etmişdi ki, Federasiya ərazisində «Zika» virusunun yayılma riski yoxdur.

«Zika» virusu ilk dəfə Şərqi Afrikada, Uqandada 1947-ci ildə meymunlarda aşkar edilib. Xəstəliyin insana yoluxması faktı da elə Şərqi Afrikada, Nigeriyada 1954-cü ildə qeydə alınıb.

Onilliklər ərzində virus Afrika və Asiya ölkələrində, daha sonra Sakit Okean adalarında dövr etsə də, təlaş yaratmayıb. Ancaq indi durum fərqlidir.  

«Zika» virusunun xüsusi simptomları yoxdur və ya maksimum bir həftə içində minimal fəsadları ortaya çıxır.   Hələlik, bu xəstəliklə bağlı ölüm halı qeydə alınmayıb. Ancaq yoluxma zamanı ana bətnindəki uşağa təsiri haqda bir sıra alimlərin dedikləri təlaşa səbəb olub./modern/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft