AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Dağlıq Qarabağ separatçılarının sponsorları: Xankəndində yeyilən milyonlar...
13/09/2014 Yazdır

Sentyabrın 2-də Azərbaycanın işğal olunmuş torpaqlarında ermənilərin yaratdığı qondarma “Dağlıq Qarabağ Respublikası”nın 23 illiyi qeyd olundu.

Bu separatçı rejimin 23 il ərzində nail olduqlarına nəzər salıdqda, əslində heç bir nailiyyətin olmadığını görə bilərik. Məsələn, Ermənistan hər il Dağlıq Qarabağa “dövlətlərarası kredit” adı ilə 150-190 milyon dollar arasında dəyişən illik maliyyə yardıımı ayırır. Bu isə Qarabağ separatçılarının “dövlət büdcəsi”nin 50 faizə qədərini təşkil edir. Yəni Ermənistan öz satellitinin ayaqda dura bilməsi üçün hər il öz büdcəsindən yardımlar ayırmalı olur.

Dünyanın heç bir dövlətinin tanımadığı, iqtisadi perspektivləri sıfırın altında olan, ictimai-siyasi və mədəni-sosial həyatı hərbi xuntanın nəzarətində olan “Dağlıq Qarabağ”ın maliyyə asılılığı altında çabalaması da qanunauyğundur. Yerli ermənilər Ermənistandan yardım almaqla bərabər, Azərbaycanın işğal altındakı bölgələrində mis-molibden və qızl yataqlarını istismar etməklə də mövcudluqlarını saxlaya bilirlər. Təsadüfi deyil ki, Ağdərənin Drambon kəndi yaxınlığındakı mis yatağı uzun illər separatçıların əsas büdcə gəlirlərini formalaşdırırdı. 

Amma Dağlıq Qarabağın maliyyələşdirilməsində 3-cü və ən önəmli kanallardan biri erməni diasporudur. Söhbət sadə diaspor ermənilərtindən deyil, yaşadığı ölkədə böyük kapital toplayan ermənilərdən gedir. Məhz onların illik çoxmilyonlu yardımları “Dağlıq Qarabağ Respublikası”nın mövcudluğuna yardımçı olur. Modern.az saytı “Dağlıq Qarabağ separatçılarının sponsorları” adlı 2 hissəli yazını təqdim edir.


Artur Varjapetyan və Armen Şahəzizyan Rusiyanın “Ludinq” şirkətinin həmtəsisçiləri. Qarabağın sosial-iqtisadi kollaps burulğanında batmaması üçün bölgəyə sponsorluq edən erməni biznesmenlərdir.  Onlar hər il Dağlıq Qarabağa müxtəlif təyinatlı yardımlar edirlər. Məsələn, separtçı qurumun 23 illiyi münasibətilə Artur Varjapetyan xüsusi hədiyyə ilə gəlib. O, Rusiyadan  aldığı 17 maşını – 5 “UAZ Hunter”, 5 “Chevrolet Niva” və 7 tibb “UAZ”ını yerli sakinlərə hədiyyə edib. Ümumiyyətlə, 2008-ci ildən bəri erməni biznesmen qarabağlı separatçılara 20 xarici maşın hədiyyə edib.


Artur Varjapetyanın həmkarı Armen Şahəzizyan da separatçıların aktiv sponsorlarından sayılır. O, 2011-ci ildə Şuşa şəhərinin su sisteminin qurulması üçün 300 min dollar vəsait ayırıb. Yenə onun ayırdığı ianələr hesabına 2012-ci il sentyabrın 24-də Xankəndidə qocalar üçün internat evi tikilib istifadəyə verilib.


Eduardo Ernekyan 2013-cü ilin məlumatına görə 1,8 milyard dollar sərvətlə Argentinanın 2-ci ən zəngin adamıdır. Eduardo Ernekyan da Dağlıq Qarabağa sponsorluq edən diaspor ermənilərdindən biri sayılır. Onun 2011-ci ildə Dağlıq Qarabağa 11 milyon dollar dəyərində mülki təyyarə ayırması, yaxud 1-4-cü sininf şagirdlərinin kompüterlərlə təmin olunmasını nümunə göstərmək olar.


Albert Boyacyan Dağlıq Qarabağa aktiv yarım edən digər diaspor nümayəndəsidir. Suriyada doğulan, ABŞ-da sahibkarlıqla məşğul olan Boyacyan 1996-cı ildə Gorus-Xankəndi avtomobil magistralının tikintisi üçün 1 milyon dollar vəsait ayırıb. Bundan başqa, o, hər il Ermənistan və Dağlıq Qarabağla bağlı fondlara 500 min – 1 milyon dollar arasında maliyyə vəsaiti köçürür.


Nikolay və Sergey Sarkisov qardaşları Rusiyanın sığorta bazarında ən böyük şirkətlərdən olan “Rosqosstrax”ın sahibləridir. “Forbes” jurnalının məlumatına görə, qardaşlar ayrı-ayrılıqda 1,35 milyard dollar sərvətə malikdirlər. Onlar Dağlıq Qarabağın Xocavənd istiqamətindəki Zardanaşen mis-molibden yatağına külli miqdarda vəsait yatırıblar. Bundan başqa, onlar Xankəndidəki 2 məktəbin tikintisinə ümumilikdə 5 milyon dollar vəsait ayırıblar. Hazırda separatçı bölgədə heyvandarlıq kompleksinin tikintisinə də Sarkisov qardaşlarının 1 milyon dollara yaxın vəsait ayırdıqları bildirilir.

Qeyd etmək lazmdır ki, sadalananlar Dağlıq Qarabağa ayrılan vəsaitlərin cüzi hissəsidir. Bu, bir daha sübut edir ki,  “Dağlıq Qarabağ Respublikası” əslində Ermənistan və diaspor ermənilərinin ayırdıqları pullar, ianələr hesabına ömrü uzadılan süni bir qurumdur.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8198
 GBP :  2.1173
 TRY :  0.0522
 EUR/USD :  1.0705
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft