AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Deputatdan Fərhad Məmmədova tənqid: “Bunları bacarmalıdır..”
04/02/2016 Yazdır

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Strateji Araşdırmalar Mərkəzininin (SAM) fəaliyyətini şərh edib. 

Deputat Modern.az saytına açıqlamasında deyib ki, SAM mühüm bir dövrdə yaradılıb.

“Ölkə rəhbərliyi bu cür mühüm təsisatı formalaşdırarkən onun qarşısına mühüm vəzifələr qoydu. İlk növbədə region və beynəlxalq aləmdə Azərbaycanın maraqları ilə bağlı analizlər hazırlamaq, dövlətin siyasəti işlənərkən onun qərarlarının formalaşmasında mühüm rol oynamaq bu strateji qurumun əsas vəzifələrindəndir”.

Zahid Oruc bildirib ki, SAM obyektiv, səriştəli, dürüst təkliflər hazırlamalıdır və bunu beynəlxalq məkana çıxarmalıdır.

“Strateji analiz mərkəzinin istiqamətləri cəmiyyətin mövqelərinə təsir etmək, beynəlxalq “beyin mərkəzləri” ilə işləmək və Azərbaycanın mövqeyini xarici məkana çıxarmaqdır. Bununla bağlı məlumatlı biri kimi deyə bilərəm ki, Strateji Araşdırmalar Mərkəzi bir institut halında formalaşıb və orada kifayət qədər peşəkar, savadlı kadrlar var.

Onların da əksəriyyəti canı-dildən bu dövlət üçün çalışır. Bu, hamıya bəllidir. Bəzi sənədlərin məxfi qrif altında olması mümkündür ki, bunlar da dövlətin elitasına təqdim olunur”.

Komitə üzvü bununla yanaşı SAM-ın fəaliyyətindəki nöqsanları da dilə gətirib. O, bu “beyin mərkəzi”ni media ilə əlaqə qurmamaqda ittiham edib:

“Heç şübhəsiz düşünürəm ki, bu qurum daha fəal olmalı və mediaya açıq olmalıdır. İnformasiyalarını aşkarlamalı və bir sıra rəy institutları kimi hərəkət etməlidir. Bu gün Azərbaycanın informasiya məkanına bəzən çox məkrli informasiyalar yeridilir. Bunu isə həmin qurum dərhal görür.

Bu, elə də çətin məsələ deyil. Hansısa nazirliyin fəaliyyəti üçün direktiv hazırlayıb göndərməkdənsə, bu qurumun özünün imkanı var ki, mediaya açıqlamalar versin”.

Parlamentari arqumentini belə əsaslandırıb:

“Məsələn, Azərbaycanda dini təhlükə məsələlərində Mübariz Qurbanlının rəhbəri olduğu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi fəal formada fəaliyyət göstərdi. İndi Azərbaycan əleyhinə bəzi sanksiyalar tətbiq etmək istəyən qüvvələr var. Bunun üçün Avropa məkanında müxtəlif təbliğatlar aparılır.

Bu yöndə “Karnegi” Fondu, “Nauman” İnstitutu və s beynəlxalq təşkilatlar kimi fəaliyyət aparılmalıdır. Müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi etməyi bacarmalıdır. Strateji Araşdırmalar Mərkəzi Azərbaycanın ideyalarını xaricə ixrac etməyi bacarmalıdır. Biz bu yöndə fəaliyyəti təkcə, diaspor üzvlərindən gözləməli deyilik”.

Qeyd edək ki, SAM 2007-ci ildə Azərbaycanda  aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirmək məqsədi ilə yaradılıb.

SAM-ın direktoru Fərhad Məmmədovdur.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft