AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Deputatdan varlı azərbaycanlılara: Həmin vəsaitləri gətirin Azərbaycana!
05/02/2016 Yazdır

“Əgər Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana!Azərbaycanda maliyyə amnistiyasına böyük ehtiyac var”.  

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bunu “Yeni Müsavat”a Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sahibkarlara ünvanladığı son müraciətini dəyərləndirərkən bildirdi.   

V.Əhmədov bildirdi ki, Nursultan Nazarbayev vaxtilə Qazaxıstandakı özəlləşdirmə  prosesində qanuni, qeyri-qanuni iştirak etmiş, əldə etdikləri vəsaitləri xaricdə yatıranlara müraciətini təqdir edir:

“Nazarbayev dedi ki, ”mən sizin heç birinizə toxunmayacağam, o pulları qazanmısınız, xoş halalınız, amma indi həmin vəsaitləri gətirib Qazaxıstana investisiya şəklində qoyub ölkənin iqtisadi inkişafına köməklik etmək lazımdır.

Azərbaycanda da özəlləşdirmə prosesindən istifadə edən, xaricdə vəsait saxlayan insanlar çoxdur. Azərbaycan vətəndaşı, bir deputat kimi mən də müraciət edirəm ki, pullarınızı xaricdə saxlamayın! Əgər siz Azərbaycanın müstəqilliyini istəyirsinizsə, həmin vəsaitləri gətirin Azərbaycana.

Məncə, dövlət başçımız da heç kimə toxunmaz, amnistiya verər, bu məsələlər öz həllini tapar və siz də ölkəmizin iqtisadi inkişafına böyük fayda verərsiniz. Qazandığınız halalınız olsun".    

V.Əhmədov xatırlatdı ki, Azərbaycanın dövlət başçısı da son iclaslarda ölkəmizə investisiya qoyuluşu ilə bağlı müraciətlər edib: “Bu gün Azərbaycanın investisiyalara ehtiyacı var. 4-5 il əvvəl bu ehtiyac böyük deyildi. Ona görə də bu prosesdə bizim xaricdə vəsaitləri olan insanlarımız iştirak etsə, çox yaxşı olar”.  

Deputat son vaxtlar bankların ardıcıl şəkildə bağlanmasını da düzgün saymadığını bildirdi: “Mənim bankların bir neçəsi ilə söhbətim də olub. Demişəm ki, vaxtilə insanlara yüksək faizlə kreditlər vermisiniz, indi o insanlara güzəştə gedin, borcları qaytarmaq imkanları yoxdur, vəziyyətləri ağırdır.

Onlar deyiblər ki, bizim də vəziyyətimiz ağırdır, çünki devalvasiyadan sonra bankların özü də müəyyən qədər zərərə düşüblər, onların özünün də köməyə ehtiyacı var. Amma Mərkəzi Bankın buna imkanı var, məsələni həll edə bilər. Əlbəttə ki, Maliyyə Nazirliyinin razılığı ilə bu məsələlər öz həllini tapmalıdır.

Ümumiyyətlə, bank sistemində islahatlar getməlidir. Mən bankların bağlanması prinsipi ilə razı deyiləm. Biz bank sistemində islahatlar getməlidir deyəndə demişik ki, bank sistemində təmərküzləşmə prosesi, bankların birləşməsi prosesi getməlidir. Yəni iri banklar yaradılsın, 43 bank olmasın, olsun 15-20 bank.

Amma onların nizamnamə kapitalı,  kredit portfeli, likvidliyi yüksək olsun, onlar aşağı faizlə kredit vermək imkanlarına malik olsun. Amma banklar bağlananda orda ciddi problemlər yaranır. Banklarda insanların depozitləri, əmanətləri var, onların qaytarılması ilə əlaqədar müəyyən problemlər yaranır”.   

V.Əhmədov borclu insanların intihara əl atmasından da narahatlığını ifadə etdi: “Elə buna görə də təklif etmişik ki, 10 min dollara qədər olan kreditlər köhnə faizlə ödənilsin.

Ümumiyyətlə, son illər bank sistemi ilə əlaqədar ölkədə çox ciddi problemlər yaranıb. 1,4 milyard manata yaxın vaxtı keçmiş kredit borcları var. Bu, Azərbaycanın maliyyə bazarı üçün çox böyük rəqəmdir, təxminən dövlət büdcəsinin 10 faizinə bərabərdir. Problemlər öz həllini tapmayıb, əksinə, borclar arta-arta gedir.

Ona görə də məsələlər öz həllini tapmalıdır. İntihar hadisələri, insanların öz həyatına qəsd etməsi çıxış yolu deyil. Amma insanları da başa düşmək lazımdır ki, borcu qaytarmağa imkanı yoxdur, çarəsizdir, ola bilsin iş yeri tapa bilmir.

Vaxtilə o kreditləri verəndə bank da, kredit götürən şəxs də fikirləşməli idi ki, həmin krediti vaxtında qaytara biləcəkmi? Mən məsləhət görərdim ki, bank sistemi bu məsələlərdə daha da çevik hərəkət eləsin”.     

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8082
 GBP :  2.1115
 TRY :  0.0522
 EUR/USD :  1.0636
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft