AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Deputatlığa iddialı seçki namizədləri: Montyor, kassir, meşəbəyi, rəngsaz, baytar, "zavxoz"...
06/10/2015 Yazdır

1 noyabr parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlərin iş və xidmət yeri, vəzifəsi ilə bağlı məlumatlar maraqlı təəssürat yaradıb. 

Modern.az saytı Dairə Seçki komissiyalarının qeydə aldığı deputatlığa namizədlərin iş və xidmət yeri, vəzifəsi, fəaliyyət növü ilə maraqlanıb. Deputatlığa iddia edənlər arasında kimlər yoxdur... İşsizdən tutmuş fermeredək bir çoxları ölkənin 125 seçilənindən biri olmaq iddiasını ortaya qoyub.

Amma onların bir çoxunun gerçəkdən də öz təşəbbüsü ilə seçki marafonuna qatıldığı şübhə doğurur. Məsələ burasındadır ki, bir çox yerlərdə “oyuncaq namizədlər” adlandırılan şəxslər qeydiyyatdan keçirilib ki, onların da arxasında icra başçılarının dayandığı bildirilir. 

Gerçəkdən seçki mübarizəsinə qoşulan bəzi namizədlər deyrlər ki, icra başçılarının çaldığı havaya oynayan bir sıra əlaltı şəxslərin qeydiyyata alınmasında seçkilərdə çaşqınlıq yaratmaq, saxtakarlığa qol qoymaq kimi  məqsədlər güdülür.
Yerlərdə heç bir nüfuzu, söz sahibi olmayan, topladığı imzaların həqiqiliyi şübhə doğuran, seçki qanunvericiliyindən bixəbər, yerli məmurların diqtəsilə hərəkət edən bu “namizədlər”in qeydiyyata alınması əslində seçki marafonuna həm də kölgə salır desək, yanılmarıq. 

Qeyd etdiyimiz kimi, deputatlıq uğrunda meydana atılanlar arasında müxtəlif iş sahibləri var. Amma onların hansının “oyuncaq namizəd”, hansının həqiqi seçki mübarizi olduğunu yerlərdəki seçici bizdən dagha yaxşı bilir.

Modern.az saytı bəzi seçki dairələrində maraqlı mənzərə yaratmış namizədlər haqda məlumatlarla oxucuları da tanış edir.

Beləliklə, 119 saylı Ağdam kənd seçki dairəsində qeydə alınmış namizəd, uşaq bağçasında tərbiyəi işləyən Şəbnəm Mehdiyevanın niyə deputatlıq iddiasına düşdüyü maraq doğurur.

118 saylı Ağdam şəhər seçki dairəsindən deputatlığa namizəd kimi qeydə alınmış Mənzil İstismar Sahəsində rəngsaz işləyən Sevindik Məmmədovun qanunvericilik sahəsindən anlayışının olub-olmadığını yəqin ki onu tanıyanlar daha yaxşı bilər.

117 saylı Oğuz-Qəbələ seçki dairəsində də maraqlı mənzərə yaranıb. Namizədlərin əksəriyyəti xəstəxana həkimləri və orta məktəb müəllimləridir. 7 illik Uşaq Musiqi Məktəbinin fortopiano müəlliməsi Zöhrə Abdullayevanın isə deputatlığa iddia edən namizədlər sırasına qoşulmaqda gerçək məqsədi  seçkillərlə bağlı təbliğat-təşviqat zamanı agah olacaq.

Adil Mütəllibov Qəbələ rayon Mərkəzi Xəstəxanasında Qəbul şöbəsinin müdiridir. O, 1 noyabrda 116 saylı Qəbələ seçki dairəsində seçicilərdən səs istəyəcək deputatlığa namizədlərdəndir.

114 saylı Şəki kənd birinci seçki dairəsində deputatlığa namizədlərdən biri baytardır. Kamran Abdullayev adlı namizəd öz təşəbbüsü ilə iddiasını ortaya qoyub.

109 saylı Balakən seçki dairəsində isə mənzərə lap dramatikdir. Burada təssərüfat malları mağazasında satıcı işləyən Rövşən Xəlilov, diş həkimi Əliyar Şibliyev, 66 yaşlı təqaüdçü Məmməd Xanayev, oteldə inzibatçı işləyən Elvin Paçalov, orta məktəb müəlliməsi Sevinc Şirinova deputatlığa namizədlər kontingentini təşkil edənlərdəndir.

Rasim Qasımov Gədəbəy Mərkəzi rayon Xəstəxanasında el dili ilə desək “zavxoz” işləyir, o, həm də 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa iddia edən namizədlərdən biridir.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsinin YAP-dan olan namizədi İlham Məmmədov Çaykənd Qızıl Balıq Artırma zavodunda çalışsa da, deputatlıq üçün də meydana atılıb. 

99 saylı Şəmkir kənd seçki dairəsindən deputatlığa namizəd olan Elçin Kazımovun əsas işi Dəmiryol Stansiyasında bilet satmaqdır – rəsmi olaraq bilet xəzinadarı.

98 saylı Şəmkir şəhər seçki dairəsində də namizədlərdən biri “zavxoz”dur. Elxan Məmmədov saylı Körpələr evində təssərrüfat müdri işləyir.

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsi üzrə qeydə alınmış deputatlığa namizədlərdən biri Naftalan şəhərindəki "Çinar" sanatoriyasının xəzinədarı- kassiridir.İlham Mahmudov adlı bu şəxs seçkilərə öz təşəbbüsü ilə qoşulub.

95 saylı Tərtər seçki dairəsinin namizədi Malik Hüseynov Tərtər Rayon Telekommunikasiya İdarəsındə kabelçidir.

91 saylı Ucar seçki dairəsində mandat uğrunda mübarizə aparmaq üçün qeydə alınmış namizədlərdn biri  elektrik montyor Sənan Talıbovdur.

Meşə gözətçisi işləyən İmamverdi Əzizov 
adlı namizəd 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa iddia edir.

90 saylı Ağdaş seçki dairəsində isə iş o yerə çatıb ki, İmamverdi Əzizov adlı meşəbəyi ilə yanaşı, hətta Pərviz Mustafayev adlı meşəbəyi köməkçisini də deputatlığa namizəd kimi rəsmən qeydə alıblar.

Siyahını uzatmaq da olar. Demək olar ki, bütün dairələrdə qanunvericilikdən bixəbər, seçkilər haqda bilgisiz, Milli Məclisin hakimiyyətin hansı qoluna mənsub olduğunu anlamayan xeyli deputatlığa namizəd var.

Əlbəttə, Konstitusiyaya görə, hər bir vətəndaşın seçmək, seçilmək hüquq var. Amma gərək reallığı, potensialını, bilik və bacarığını da nəzərə alıb meydana atılasan...

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8131
 GBP :  2.1057
 TRY :  0.0523
 EUR/USD :  1.0665
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft