AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Dövlət Komitəsi Xəzərin sahillərini hasarlayanları şikayət etdi: Dənizə girişi bağlayanlar KİMLƏRDİR?
18/07/2018 Yazdır

Əmlak Məsələləri Dövlət Komitəsi ölkə üzrə Xəzər dənizinin 20-50 metrlik mühafizə zolağına düşən torpaq sahələrinin istifadəsi ilə bağlı monitorinq və reydlər keçirir.

Komitədən Modern.az-a verilən məlumata görə, reydlər nəticəsində Torpaq Məcəlləsinin 46-cı maddəsinin tələblərinin pozulması ilə bağlı paytaxtın Sabunçu, Xəzər, Suraxanı, Xətai və Qaradağ rayonlarının, eləcə də Sumqayıt şəhərinin ərazisində Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında mövcud olan torpaq istifadəçilərinin 190-da monitorinq keçirilib. 

Nəticədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı 50 hal üzrə inzibati xəta törədən şəxslər barədə protokol yazılıb, cərimələr tətbiq edilib. Belə ki, monitorinqlər nəticəsində Xəzər dənizinin dövlət mülkiyyətində saxlanılan sahilboyu mühafizə zolağı torpaqlarında ayrı-ayrı şəxslər tərəfindən qeyri-qanuni tikinti və hasarlama işlərinin aparılması, əsassız torpaq sahələrinin zəbt olunması aşkar edilib. Həyata keçirilən torpaq reydləri və monitorinqlər zamanı belə torpaq sahələrində qanunsuz tikinti işləri dayandırılır.

Monitorinqlər zamanı bəzi torpaq istifadəçiləri tərəfindən sənədlər təqdim olunmadığına görə Xəzəryanı rayon (şəhər) icra hakimiyyəti başçılarına sənədlərin əldə edilməsinə köməklik göstərilməsi barədə müraciətlər göndərilib.

Həmin şəxslərə qarşı cərimələr tətbiq olunub, zəbtolunma faktları üzrə sənədlər Daxili İşlər Nazirliyinə təqdim edilib.

Sumqayıt-Novxanı yolu boyunca Xəzər dənizinin sahilboyu 20-50 metrlik mühafizə zolağında özbaşına aparılan tikintilərin sökülməsi məqsədi ilə 30 bildiriş (xəbərdarlıq) verilib, 23 hal üzrə sənədlər aidiyyəti məhkəmələrə göndərilib. Məhkəmə tərəfindən 2 iddia təmin olunub, 12 iddia ilə bağlı ekspertiza təyin edilib.

Xəzər dənizi sahilinə Xətai rayonu Naximov küçəsində torpaqların tökülərək ərazinin qanunsuz olaraq genişləndirilməsi halları da aşkar edilib. Bununla bağlı 47 hal müəyyən olunub. Sənədlər daxili işlər orqanlarına göndərilib, həmin hallarla əlaqədar rayon prokurorluğunda cinayət işi açılaraq sənədlər Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim olunub.

Bu hallar torpaq qanunvericiliyinin ciddi şəkildə pozulmasına səbəb olmaqla yanaşı, vətəndaşların Xəzər sahilində istirahət məqsədi ilə istifadə hüququnu da məhdudlaşdırır, bəzən tamamilə mümkünsüz edir. Nəticədə vətəndaşların narazılıqlarının yaranmasına gətirib çıxarır. Eyni zamanda sahilboyu ərazilərin qanunsuz olaraq hasarlanması həmin yerin panoramik görünüşünü və ictimaiyyətin istirahət hüquqlarını pozur. Bu isə eyni zamanda turizmin inkişafı baxımından mənfi fəsadlara gətirib çıxarır.

Qeyd edilməlidir ki, Azərbaycan Prezidentinin Torpaq Məcəlləsinə dəyişikiliyi nəzərdə tutan 15 yanvar 2016-cı il tarixli Fərmanının tələblərinə əsasən Komitə tərəfindən Xəzər dənizinin 20-50 metrlik sahilboyu zolağının qrafik təsviri hazırlanıb.

Belə qanun pozuntusuna yol verən fiziki, vəzifəli və hüquqi şəxslər müvafiq olaraq 4 min manat, 8 min manat və 40 min manat cərimələnir. Həmçinin Cinayət Məcəlləsində Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara münasibətdə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Bu kimi halların qarşısının alınması üçün inzibati tədbirlərlə yanaşı, yerli icra hakimiyyətləri, bələdiyyələr, fiziki və hüquqi şəxslərlə, eləcə də əhalinin geniş təbəqəsi ilə maarifləndirmə və izahat işləri də aparılır.

Qarşıdakı dövrdə belə pozuntuların baş verməməsi məqsədilə Komitə tərəfindən qabaqlayıcı tədbirlər davam etdiriləcək.

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8409
 GBP :  2.1446
 TRY :  0.0528
 EUR/USD :  1.0829
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft