AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR Dr. Hatem CABBARLI
12
14
16
18
21/04/2014 14:34
Ermənistanda yeni hökumət: daxili siyasətin yeni məqamları

Son bir neçə ildə Ermənistanın daxili siyasətində ciddi dəyişikliklər olmasa da, 3 mart 2014-cü ildə baş nazir Tiqran Sarkisyanın istefa verməsi bu ənənəni pozdu. Qeyd edək ki, bu dəyişiklik müxalifət qüvvələri tərəfindən deyil, iqtidar partiyası daxilində yaşanan anlaşılmazlıqlara görə yaşandı. Tiqran Sarkisyan verdiyi bəyanatda istefa ərizəsini prezident Serj Sarkisyana fevral ayında təqdim etdiyini və Sarkisyanın "Pensiya təminatı haqqında'' qanunun Konstitusiya Məhkəməsində müzakirə edildiyini deyərək istefasını qəbul etmədiyini bildirdi. Pensiya təminatı haqqında yeni qanun Ermənistanın daxili siyasətində son zamanlarda ən çox müzakirə edilən və hökumətin tənqid edildiyi əsas mövzu olmuşdur. Prezident Sarkisyan ölkə əhalisinin 80 faizinin bu qanuna qarşı olduğunu bildirsə də, qanunun qəbul edilməsinin zəruri olduğunu qeyd etmişdi.

Bəzi erməni mənbələrinə görə baş nazirin istefa verməsinin səbəbləri aşağıdakılardır:

  • Prezident Tiqran Sarkisyanın son 6 ildə gördüyü işlərdən məmnun qalmayıb. Ölkənin sosial-iqtisadi problemləri həll edilməyib;
  • Baş nazirin istefası parlament müxalifətinin etirazları ilə bağlıdır; (Bunu daha çox müxalifət partiyaları iddia edir, amma ciddi fikir deyil).
  • Tiqran Sarkisyan son illərdə Ermənistanın Rusiya ilə münasibətlərinin daha da inkişaf etməsi, Gömrük İttifaqına üzv olması, Avrasiya İttifaqına üzv olacağı və Qərblə yollarını ayırmasına görə istefa vermişdir.

Bütün hallarda üçüncü variant daha məntiqlidir. Belə ki, Serj Sarkisyan özü də baş nazir postunda olmuş biridir. Yəni o ölkədə hansı sosial-iqtisadi problemlərin olduğunu anlayır, bu problemlərin həll edilməsinin nə qədər çətin və hətta imkansız olduğunu bilir.

Tiqran Sarkisyan baş nazir olduğu müddətdə (6 il) prezident Serj Sarkisyanla heç bir ciddi fikir ayrılığı yaşamayıb. Amma son zamanlarda, xüsusilə Ermənistanın Gömrük İttifaqına üzv olmasına qərar verməsindən sonra baş nazirin bu məsələ ilə bağlı bəzi narahatlığı hiss edilirdi.

1 aprel 2014-cü ildə baş nazirin köməkçisi Miqran Akopyan Ermənistanın Gömrük İttifaqına üzv olmayacağı barədə bəyanat verilmədiyini, əslində, bu fikrin ilk dəfə Ermənistan ilə ortaq sərhədləri olmadığı üçün bu ölkənin Gömrük İttifaqına üzv ola bilməyəcəyini Rusiyanın bildirdiyini xatırlatmışdır. Qeyd edək ki, bu fikir Tiqran Sarkisyanın Ermənistanın hər şeyə rəğmən Avropa İttifaqı ilə siyasi münasibətləri genişləndirməsi, assosiativ müqavilə imzalanması barədə fikirlərinin dilə gətirildiyi ərəfədə Akopyan tərəfindən ifadə edilmişdir ki, bu da diqqətdən kənarda qalmamalıdır.

Baş nazirin istefa verməsindən sonra məsələyə münasibət bildirən prezident Sarkisyan hökumətdə ciddi dəyişikliyin olmayacağını bildirdi. Əgər iddia edildiyi kimi, baş nazir sosial-iqtisadi problemləri həll edə bilmədiyi üçün istefa veribsə, eyni səbəblərə görə problemləri həll edə bilməyən hökumət üzvlərinin vəzifələrində qalma ehtimalı zəifdir.

Baş nazirin istefasından sonra prezident Sarkisyan və parlament sədri Ovik Abramyan ana müxalifət olan ''Çiçəklənən Ermənistan'' partiyasının sədri Qaqik Çarukyanı qəbul etdilər. Bu addım daxili siyasət baxımından müxtəlif aspektlərdən qiymətləndirildi. Belə ki, bu qəbuldan sonra ''Çiçəklənən Ermənistan'' partiyasından olan deputat Stepan Marqaryan yeni baş nazirin hakim partiyanın nümayəndəsi olmayacağını bildirmişdir. Marqaryan bununla ''Çiçəklənən Ermənistan'' partiyasının sədri Çarukyanın baş nazir ola biləcəyini vurğulamışdır.

Parlamentdə üstünlüyə sahib olan Ermənistan Respublika partiyası baş nazir postunu müxalifətə vermək niyyətində deyil.

Yeni baş nazirin kim olacağı Ermənistanda son günlərdə müzakirə edilən əsas məsələlərdən biri idi.

Bu zaman əsasən üç ad ön plana çıxmışdır:

  • Robert Köçəryan (sabiq prezident);
  • Karen Karapetyan (''Armrosqazprom''un sabiq direktoru);
  • Armen Sarkisyan (sabiq baş nazir);
  • Ralf Yirikyan (''Vivacell-MTS'' kompaniyasının direktoru);
  • Ovik Abramyan (Milli Məclisin sədri).

Bu informasiyaya münasibət bildirən Köçəryanın mətbuat katibi onun baş nazir olmayacağını bəyan etmişdir. Adları hallanan digər namizədlər isə məsələ ilə bağlı heç bir bəyanat verməmişdir. Sadalanan namizədlərdən baş nazir olma ehtimalı daha yüksək olan Ovik Abramyan idi. Hakimiyyətdə ikinci ən yüksək posta sahib olmuşdur.

Nəhayət, prezident Sarkisyan Ovik Abramyanı baş nazir postuna gətirdi və yeni hökuməti qurmağı ona tapşırdı. Verilən məlumatlara görə, Abramyan hökumətdə sadəcə hakim Respublika partiyasının nümayəndələrinin deyil, peşəkarlıqları diqqətə alınaraq digər partiyaların da nümayəndələrinin yer ala biləcəyini vurğulamışdır. Bəzi mənbələr koalisiya hökumətinin qurulacağını iddia etsələr də, hələlik bu informasiya o qədər də ciddi deyil. Əgər hər hansı bir formatda koalisiya qurulacaqsa, ''Çiçəklənən Ermənistan'', ''İrs'' və ''Daşnaksutyun'' partiyaları hökumətdə yer ala bilər. Ancaq bu zaman onlara hansı nazirlik və komitələr təklif ediləcəyi maraq doğurur. ''Çiçəklənən Ermənistan'' partiyası koalisiya hökumətində yer almayacağını bildirsə də, ''Daşnaksutyun'' partiyası hökumətin reaksiyasını gözlədiyini bildirmişdir.

Bir məsələ aydındır ki, Ovik Abramyanın baş nazir olması Ermənistan iqtisadiyyatında yaşanan problemlərin həll etməyəcəkdir. Yeni hökumət oliqarxların monopoliyasını zəiflədə və yaxud tamamən aradan qaldıra bilməyəcək. Çünki oliqarxların özləri hakimiyyətdədir və onlara üstünlük təmin edən bu mexanizmdən könüllü surətdə imtina edəcəkləri inandırıcı deyil. Bundan başqa, Ermənistan hər nə qədər Gömrük İttifaqına üzv olsa da, bəzi mənbələr bu ölkənin önümüzdəki illərdə təbii qaz problemi ilə qarşılaşa biləcəyini iddia edirlər. Rusiyanın Krımı ilhaq etməsindən sonra Qərbin iqtisadi sanksiyaları gözlənilən nəticələri verərsə, bu ehtimalın doğru olacağı istisna edilmir.

2018-ci ildə Serj Sarkisyanın prezidentlik səlahiyyəti bitir. Baş nazir təyin edilən  Abramyan böyük bir ehtimalla 2018-ci ildə keçiriləcək prezident seçkilərində ən real namizəd ola bilər. Sarkisyan 2018-ci ildə prezident seçdirməklə özünün prezidentlikdən  sonrakı həyatını siyasi təminat altına alır. Sarkisyanın baş nazir olacağı da istisna edilməməlidir.

Ermənistanın son illərdə iqtisadi və xarici siyasəti dəyərləndirildiyi zaman Rusiyanın bu ölkə üzərində mütləq təsirinin olduğu açıqca hiss edilir və bu ölkənin geniş manevr qabiliyyətinə sahib olduğu görünür. Sarkisyan yeni baş naziri təyin edərkən böyük bir ehtimalla Ovik Abramyanın Rusiya ilə münasibətlərinə də əhəmiyyət vermişdir.

Önceki Yazılar :
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft