AZ TR RU EN
»Giriş Sayfam Yap »Favorilere Ekle »Sitene Ekle »Arşiv
ANASAYFA FOTO GALERİ VİDEO HABER İLETİŞİM
     
SON DAKİKA : Türk Devletleri Teşkilatı Üyeleri Anayasa Yargısı Konferansı kuruldu     Azerbaycan’ın siber güvenlik adımına yerli teknoloji üreticisinden destek     Güneş sistemini tartışan öğrenciler Azerbaycan yolcusu     Washington’da buluşan Türklerden şehit diplomatlara anma, Ermeni iddialarına tepki     Azerbaycan, Türkiye’nin ’Koruyucu Aile Sistemi’ tecrübesinden istifade edecek     Şuşa’daki Zafer Kurultayı’nda ’güç birliğine’ vurgu yapıldı     Azerbaycan, Ukrayna’ya insani yardım gönderdi     Azerbaycan’dan Pençe-Kilit Operasyonu’nda şehit olan asker için taziye mesajı     Rusya Devlet Başkanı Putin, Ermenistan Başbakanı Paşinyan ile görüştü     Aliyev: Ermenistan, Nahçıvan’a yapılacak yolların koordinatlarını vermedi     Dünya turuna çıkan Türk "mim" sanatçısı Kılıç, ilk durağı Bakü’de     Azerbaycan’a girişlerde Kovid-19 PCR testi sunma zorunluluğu kaldırıldı     BMC, Azerbaycan’a 170 otobüs daha ihraç etti     Bakan Çavuşoğlu, Azerbaycanlı ve Türkmenistanlı mevkidaşlarıyla telefonda görüştü     Aliyev, Ermenistan’ın ilişkilerin normalleşmesi için sundukları teklifi kabul ettiğini bildirdi     TÜRKSOY Genel Sekreterlik görevini Sultan Raev devraldı     AB: Ermenistan ve Azerbaycan’la barış için somut süreç başlatmaya karar verdik     Cumhurbaşkanı Erdoğan, Azerbaycan Cumhurbaşkanı Aliyev ile telefonda görüştü     Azerbaycan: Brüksel’de Ermenistan’la barış için önemli adım atıldı     Azerbaycan Kültür Bakanı Kerimov, Şuşa’nın ’Türk Dünyası Kültür Başkenti’ ilan edilmesini değerlendirdi    
Güncel Haberler Politika Ekonomi Kültürel Spor Karabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR Dr. Hatem CABBARLI
12
14
16
18
29/10/2014 12:24
Ermənistanın Daxili Siyasətinin Dinamikası

Cari ildə Ermənistanın daxili siyasətində yaşanan ən ciddi hadisə 3 martda baş nazir Tiqran Sarkisyanın istefa verməsi oldu. Bu istefanın səbəbi və nəticələri təxminən bir neçə ay Ermənistan siyasi mühitində və mətbuatında müxtəlif aspektlərdən müzakirə edildi. Son zamanlarda isə Ermənistan daxili siyasətində əsasən aşağıdakı problemlər müzakirə edilir:

– iqtisadiyyatda yaşanan tənəzzül;

– konstitusiya islahatı barədə referendumun təşkil edilməsi;

– Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması;

– enerji problemi.

Bunlardan, iqtisadiyyatda yaşanan tənəzzül, enerji problemi "sümükləşmiş'' problemlərdir və son iyirmi ildə heç bir hökumət tərəfindən həll edilə bilinməyib. Konstitusiya islahatı barədə referendumun təşkil edilməsi isə daha çox daxili məsələdir, iqtidar və müxalifət arasında müzakirə edilir. Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması məsələsi isə bu ölkənin gələcək perspektivi baxımından əhəmiyyətlidir, Ermənistanın iqtisadi və siyasi gələcəyini təyin edəcək strateji maraqları özündə əks edir.

İqtisadiyyatda yaşanan tənəzzül

Ermənistan müstəqilliyini əldə etdikdən bu günə qədər iqtisadi problemlərini həll edə bilməyib və yaxın gələcəkdə onların həll olunma imkanları olduqca məhduddur. Əhalinin sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, onsuz da az olan sərmayənin xaricə axını, istehsal edilən malların Avropa standartlarına uyğun olmadığı üçün ixracda yaşanan çətinliklər hələ də davam edir. Ermənistanın istehsalı əsasən dağ-mədən və kimya sənayesi çərçivəsində davam edir və bu sahələr əsasən Rusiya və İranın nəzarətindədir.

Ovik Abramyan baş nazir təyin edildikdən sonra iqtisadiyyatda yaşanan problemləri həll etmək üçün hökumət proqram hazırladı. Proqramın əsasını "kölgə iqtisadiyyatına'' qarşı mübarizə təşkil edir (1). Bu üsuldan 1999-cu ildə baş nazir Vazgen Sarkisyan da istifadə etmiş, ancaq gözlənilən nəticəni əldə edə bilməmişdi. Abramyanın da ciddi nəticə əldə edə bilməyəcəyi haqqında bəzi ekspertlər həmfikirdirlər.

Ekspertlər bunun səbəbini "kölgə iqtisadiyyatının'' oliqarxların nəzarətində olduğunu və onların da özlərini əlavə gəlir mənbəyindən məhrum etməyəcəkləri ilə izah edirlər. Ermənistanın maliyyə naziri Qaqik Xaçatryan da "kölgə iqtisadiyyatı'' probleminə toxunarkən, məhz bu səbəbə görə Ermənistanın xarici sərmayə üçün cazibədar ölkə olmadığını bildirib (2).

Ermənistan Milli Statistika Xidmətinin hesabatına görə, 2014-cü il istehlak indeksi 2013-cü illə müqayisədə 103,8 təşkil edir. İstehlak mallarının 1,9 faiz, ərzaq mallarının 1,1 faiz, alkoqollu içkilər və tütün məmulatlarının 7,9 faiz, qeyri ərzaq mallarının 8,6 faiz qiyməti yüksəlib (3). Ciddi iqtisadi problemlər yaşayan Ermənistan üçün bu yüksək rəqəmdir.

Ermənistan iqtisadiyyatı üçün bir problem də ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalardır. Ermənistanın iqtisadiyyat naziri Vahram Avanesyan 11 martda jurnalistlərlə görüşündə "Rusiya iqtisadiyyatının hər hansı şəkildə zəifləməsi Ermənistan iqtisadiyyatında da hiss ediləcəkdir'' (4), deyə məsələyə münasibətini bildirmişdir. Ermənistanın kimya sənayesi mallarının əsas alıcısı Rusiya olduğuna görə bu problem əsasən kimya sənayesi mallarında özünü hiss etdirəcəkdir.

Konstitusiya islahatı barədə referendumun təşkil edilməsi

Bir neçə ildir ki Ermənistanda parlament üsul-idarəsinə keçilməsi haqqında konstitusiya referendumunun keçiriləcəyi barədə müzakirələr gedir. Bu referendumla konstitusiyaya dəyişiklik ediləcək, prezidenti xalqın deyil, 7 il müddətinə ikinci dəfə seçilmək hüququ olmamaqla parlamentin seçəcəyi qanuniləşəcəkdir. Prezidentin əsas vəzifəsi konstitusiyaya nəzarət, hökumətdə səlahiyyətlərin və tarazlığın qorunması, hökumətdə yaşanan problemlərin həll edilməsində vasitəçi və arbitr olmaq olacaqdır (5).

Cari ilin 10 aprel tarixində konstitusiya islahatının mətni elan edilib və müzakirəyə çıxarılıb. Ancaq daha sonra prezident Serj Sarkisyan bu mətnin daha da təkmilləşdirilməsi və müzakirə dairəsinin genişləndirilməsinin vacibliyini vurğulayaraq, müzakirələrin nəticələrinin oktyabr ayında açıqlanacağını bildirib. Konstitusiya islahatı referendumunun 2016-cı ilin yaz aylarında baş tutacağı bildirilir.

Ana müxalifət olan Çiçəklənən Ermənistan Partiyası konstitusiya islahatları referendumunu əsasən dəstəkləməsə də, iqtidar digər partiyaların siyasi dəstəyini almağa çalışır. Referenduma qarşı çıxan siyasi partiyaların əsas arqumenti islahatlar nəticəsində Serj Sarkisyanın 3-cü dəfə 7 illiyə prezident seçilmə imkanıdır. İslahat mətnində referendumdan sonra onun hüquqi nəticələrini hazırkı prezidentə aid olub-olmayacağı haqqında dəqiq mənzərə yoxdur.

Müxalifət konstitusiya islahatı referendumunun keçirilməsindən sonra ölkədə yenidən parlament və prezident seçkilərinin keçirilməsini tələb edir. Bundan başqa, Çiçəklənən Ermənistan, Daşnaksutyun, Erməni Ümummilli Konqresi və İrs partiyaları 2 iyunda hökumətdən konstitusiya islahatı referendumu keçirməzdən əvvəl sosial-iqtisadi və siyasi problemlərin həll edilməsi üçün 12 tələblərinin qəbul edilməsini istəyiblər (6).

Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzv olması

Ermənistan prezidenti Serj Sarkisyan 2013-cü il 3 sentyabrda Rusiyaya rəsmi səfərdə oldu. Sarkisyan səfər zaman ölkəsinin son bir neçə ildir tərəddüd içində qaldığı məsələlərə aydınlıq gətirdi və Rusiyanın tələbi ilə 2013-cü il 24 oktyabrda Gömrük İttifaqına üzv olacağı haqqında bəyanat verdi.

Ermənistan Rusiyanın liderliyində qurulan Avrasiya İqtisadi Birliyi və Gömrük Birliyinə üzv olmağa məcbur edilirkən, 2013-cü il 24 iyulda Ermənistan Avropa İttifaqı ilə "Dərin və Geniş Əhatəli Ticarət Zonası Haqqında'' müqavilə mətni üzərində razılığa gəlmişdi. Ancaq Ermənistanın Gömrük Birliyinə üzv olması Vilnüs prosesindən kənarda qalması ilə nəticələndi. 2013-cü ilin noyabr ayında Vilnüsdə keçirilən Şərq Tərəfdaşlığı zirvə görüşündə Ermənistan bu müqaviləni imzalamaqdan imtina etdi (7).

Uzun sürən müzakirələrdən sonra Ermənistan Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində Avrasiya İqtisadi Birliyinə qoşulması haqqında müqavilə imzaladı. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkənin parlamentində təsdiqləndikdən sonra 2015-ci il yanvarın 1-dən qüvvəyə minəcəkdir.

Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olması, bu ölkənin xarici ticarətində Rusiyanın ağırlığını daha da artıracaq və mövqeyini gücləndirəcək, Ermənistanın iqtisadi və siyasi baxımdan Rusiyadan asılılığı daha artacaqdır.

Hesablamalara görə, 2015-ci ilə qədər Rusiya Gömrük İttifaqından 400 milyard, Belarus və Qazaxıstan isə 16 milyard dollar gəlir əldə edə bilər (8). Bu zaman Rusiyanın gəlirinin Birliyə üzv olan dövlətlərin gəlirlərindən müqayisə edilməyəcək qədər çox olacağı proqnozlaşdırılır. Zəif və böhran içərisində olan Ermənistan iqtisadiyyatının isə Birliyə üzv olmasından sonra nə qədər gəlir əldə edəcəyi məsələsinə aydınlıq gətirilməyib.

Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasından sonra Ermənistan mətbuatından ciddi reaksiyalar gəlmişdir. Erməni mətbuatı bunu Ermənistanın Rusiyaya "təslim olması'' kimi yox, "işğal edilməsi'' kimi dəyərləndirmişdir.

Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzv olmasından sonra onun üçün siyasi, iqtisadi və təhlükəsizlik baxımından yeni bir mərhələ başlayır. Amma bu yeni mərhələnin perspektivinin necə olacağı hökumətin özünə belə aydın deyil. Bu Ermənistan rəhbərliyinin son 20 ildə həyata keçirdiyi xarici siyasət və təhlükəsizlik strategiyasının labüd nəticəsidir.

Enerji problemi

Ermənistanın enerji sahəsində qarşılaşdığı əsas problemlərdən biri də Rusiyadan aldığı təbii qazın qiymətləri ilə bağlıdır. Rusiya keçmiş sovet respublikalarının bəzilərinə təbii qazı dünya bazarı qiymətinə deyil, daha ucuz satır. Amma yenə də bu dövlətlərə satdığı təbii qazın qiymətlərini yenidən nəzərdən keçirmək ehtiyacı hiss edir. Belə ki, Rusiyadan ən ucuz təbii qazı Ermənistan və Belarus alır.

"Qazprom” şirkəti Ermənistana 1000 kubmetr qazı 2013-cü il yanvarın 1-dən 320 dollara satır. Əlbəttə ki, təbii qazın qiymətinin belə kəskin artımı Ermənistan vətəndaşlarının sosial-iqtisadi həyatına mənfi təsir göstərəcəkdir. Rusiya Ermənistana satdığı təbii qazın qiymətini sonuncu dəfə 2010-cu ilin aprelin 1-də artırmışdı. Bu artımdan sonra Ermənistan vətəndaşları istifadə etdikləri hər kubmetr qaza 96 dram deyil, 132 dram ödəməli olmuşdur. Ayda 10 min kubmetrdən çox təbii qaz istehlak edən böyük müəssisələr isə müvafiq olaraq hər 1000 kubmetrə 215 dollar deyil, 243,13 dollar ödəyir.

Rusiyanın "Qazprom'' şirkəti Ermənistanın "ArmRosqazprom'' şirkətinin səhmlərinin 80 faizinə sahib idi. Ermənistan Rusiyaya olan borcunu ödəyə bilmədiyi üçün 16 yanvar 2014-cü ildə sahib olduğu 20 faizlik hissəni də "ArmRosqazprom'' şirkətinə satmışdır. Müqavilənin şərtlərinə görə, "ArmRosqazprom'' şirkəti ləğv edilərək "Qazprom Armeniya'' şirkəti qurulmuşdur.

Rusiya Ermənistana satdığı təbii qazın qiymətini yenidən artırarsa:

– Ermənistanda ciddi bahalaşma;

– dramın inflyasiyasında artım;

– sənaye istehsalında azalma və hətta bəzi müəssisələrin bağlanması;

– vətəndaşların sosial-iqtisadi problemlərinin artmasına paralel olaraq kütləvi narazılıq və etirazların artması;

– siyasi partiyaların hökumətə təzyiqlərinin artması;

– işsizlik, xarici dövlətlərə köçün yeni dalğasının başlaması kimi halların yaşanma ehtimalı olduqca böyükdür.

Dr. Hatəm Cabbarlı

1. Эксперт: Экономические инициативы нового правительства Армении – начало позитивной динамики, www.regnum.ru/news/fd-abroad/armenia/1802998.html, 18.05.2014

2. Признание Минфина: Армения не привлекательна для инвестиций, www.regnum.ru/news/fd-abroad/armenia/1804024.html, 20.05.2014.

3. Годовой рост цен в Армении составил 3,8%, www.regnum.ru/news/fd-abroad/armenia/1786129.html, 02.04.2014.

4. Любое ослабление экономики России отрицательно отразится на Армении – Минэкономики, www.regnum.ru/news/fd-abroad/armenia/1776732.html, 11.03.2014.

5. В Армении ожидается конституционный референдум, www.regnum.ru/news/polit/1839699.html, 24.08.2014.

6. Карабах, накопительные пенсии, Наирит: Непровластные политические силы Армении обнародовали требования к правительству, http://www.panarmenian.net/rus/news/179734/, 10.06.2014.

7. ''Серж Саргсян: Решение Армении вступить в ТС – не отказ от диалога с европейскими структурами'', www.regnum.ru/news/fd-abroad/arme­nia/1702369.html, 03.09.2013.

8. ''Армения-РФ: Все упирается в ОДКБ'', http://www.panarmenian.net/rus/details/­169530/, 04.09.2013.

Önceki Yazılar :
 
Hava Durumu
Kurlar
 USD :  1.7
 EUR :  1.8055
 GBP :  2.1122
 TRY :  0.0522
 EUR/USD :  1.0621
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ÇOK OKUNANLAR bu hafta | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft