AZ TR RU EN
»Giriş Sayfam Yap »Favorilere Ekle »Sitene Ekle »Arşiv
ANASAYFA FOTO GALERİ VİDEO HABER İLETİŞİM
     
SON DAKİKA : Türk Devletleri Teşkilatı Üyeleri Anayasa Yargısı Konferansı kuruldu     Azerbaycan’ın siber güvenlik adımına yerli teknoloji üreticisinden destek     Güneş sistemini tartışan öğrenciler Azerbaycan yolcusu     Washington’da buluşan Türklerden şehit diplomatlara anma, Ermeni iddialarına tepki     Azerbaycan, Türkiye’nin ’Koruyucu Aile Sistemi’ tecrübesinden istifade edecek     Şuşa’daki Zafer Kurultayı’nda ’güç birliğine’ vurgu yapıldı     Azerbaycan, Ukrayna’ya insani yardım gönderdi     Azerbaycan’dan Pençe-Kilit Operasyonu’nda şehit olan asker için taziye mesajı     Rusya Devlet Başkanı Putin, Ermenistan Başbakanı Paşinyan ile görüştü     Aliyev: Ermenistan, Nahçıvan’a yapılacak yolların koordinatlarını vermedi     Dünya turuna çıkan Türk "mim" sanatçısı Kılıç, ilk durağı Bakü’de     Azerbaycan’a girişlerde Kovid-19 PCR testi sunma zorunluluğu kaldırıldı     BMC, Azerbaycan’a 170 otobüs daha ihraç etti     Bakan Çavuşoğlu, Azerbaycanlı ve Türkmenistanlı mevkidaşlarıyla telefonda görüştü     Aliyev, Ermenistan’ın ilişkilerin normalleşmesi için sundukları teklifi kabul ettiğini bildirdi     TÜRKSOY Genel Sekreterlik görevini Sultan Raev devraldı     AB: Ermenistan ve Azerbaycan’la barış için somut süreç başlatmaya karar verdik     Cumhurbaşkanı Erdoğan, Azerbaycan Cumhurbaşkanı Aliyev ile telefonda görüştü     Azerbaycan: Brüksel’de Ermenistan’la barış için önemli adım atıldı     Azerbaycan Kültür Bakanı Kerimov, Şuşa’nın ’Türk Dünyası Kültür Başkenti’ ilan edilmesini değerlendirdi    
Güncel Haberler Politika Ekonomi Kültürel Spor Karabağ Diaspora Türk Dünyası Dünya
YAZARLAR Dr. Hatem CABBARLI
12
14
16
18
30/09/2014 10:45
İŞİD Terroru və Beynəlxalq Təhlükəsizlik Problemləri

Ümumi məlumat

Mütəxəssislər terrorun kökünün qədim zamanlara qədər gedib çıxdığı haqqında həmfikirdirlər. Zamanın şərtlərinə görə terrorun xarakteri, böyüklüyü, nəticəsi və qurban sayı fərqli olsa da, adətən məqsəd və hədəf eyni olur - qorxu və vahimə yaratmaq. Terror əsasən siyasi səbəblərə görə həyata keçirilən  aktdır. Bu aktı həyata keçirən təşkilat və hədəf kütlə vardır. Mütləq surətdə bu aktları daxildən və yaxud xaricdən dəstəkləyən güclər olur. Əks təqdirdə terror aktlarının davam etmə ehtimalı demək olar ki, yoxdur.

''Soyuq müharibə'' başa çatdıqdan sonra böyük dövlətlər hegemonluqlarını davam etdirmək üçün yeni bir iddia - beynəlxalq terrorizm təhlükəsini ortaya atdılar. Bu təhlükənin əsasını isə böyük dövlətlərə görə ''İslam terroru'' təşkil edirdi.

Son 30 ildə yaradılan terror təşkilatlarına diqqət etdikdə, əksəriyyətinin Yaxın Şərqdə məskunlaşdığını görmək mümkündür. Son zamanlarda Yaxın Şərqdə adı hallanan terror təşkilatlarından biri də özünü ''İraq və Şam İslam Dövləti'' (İŞİD) adlandıran terror təşkilatıdır.

Təxminən bir ildir bu təşkilatın törətdiyi vəhşiliklər beynəlxalq aləmdə geniş müzakirə edilir. İŞİD terror qruplaşmasının üzvləri əsasən vəhabilərdir. Dünyanın 40-dan artıq dövlətinin vətəndaşları bu təşkilatın üzvüdür. Təşkilatın tərkibində 800 fransızın, 500 ingilisin, 300 amerikalının, 200 türkün, 70 ispanın və 60 norveçlinin savaşdığı məlum olub.

İŞİD terror qruplaşması bu günə qədər formalaşan ənənəvi İslam anlayışına qarşı müharibə elan etmişdir. Təşkilat şiələri, sünniləri və yezidiləri vəhşicəsinə qətlə yetirir. Bu günə qədər İŞİD terror qruplaşmasının silahlıları tərəfindən 11 xristianın və 8 min müsəlmanın öldürüldüyü təxmin edilir. Maraqlısı budur ki, xilafət qurmağı hədəf seçən İŞİD terror qruplaşması əsasən müsəlmanlara qarşı terror aktları törədir. Yəhudilərə və xristianlara qarşı müharibə elan etməməsini isə hələlik bu barədə fətva verilməməsi ilə izah edir.

Yaxın Şərqdəki və digər regionlardakı terror təşkilatlarından fərqli siyasi və hərbi strategiya ilə hərəkət edən İŞİD terror qruplaşması torpaq işğal edir. Təşkilat bu günə qədər praktikada nümunəsi olmayan terror və hərbi strategiyanın sintezi ilə əməliyyatlar həyata keçirir. Bəzi iddialara görə, İŞİD terror qruplaşmasının bu qədər güclü olmasının səbəbi İraq ordusunun keçmiş generallarının da bu təşkilata qoşulmasıdır. "Ya bizimlə ol, ya da öl” prinsipi ilə hərəkət edən İŞİD terror qruplaşmasının xəlifəlik iddiası bəzi radikal dini qrupların da maraqlarına uyğun gəlir. Terrorizm məsələləri üzrə mütəxəssis Bryus Hoffman İŞİD qruplaşmasını xarakterizə edərkən, "Əl-Qaidənin strategiyasını inkişaf etdirdilər və daha geniş sahədə həyata keçirdilər” demişdir.

İŞİD terror qruplaşmasının liderlərinin əksəriyyəti uzun müddət ABŞ-ın nəzarəti altında saxlanılıblar. Pentaqonun rəsmi məlumatlarına görə, İŞİD terror qruplaşmasının başçısı Bağdadi 2004-cü ilin fevral-dekabr aylarında İraqın cənubunda Bukka həbsxanasında  nəzarətdə olub. Daha sonra İraq hökumətinə təhvil verilib. Hökumət isə 2009-cu ildə onu azadlığa buraxıb.

Daha sonra sərbəst qalan bu özək qrup radikal baxışlarla təbliğata başlayıb. Təşkilatın rəhbərliyinin 10-12 nəfərdən ibarət olduğu təxmin edilir. Onlar daxildə ciddi əmr-icra mexanizmi yaradıblar.

İŞİD terror qruplaşmasının lideri olan Əbubəkir Əl Bağdadi 2010-cu ildə Əl-Qaidə terror təşkilatının İraqdakı qolunun lideri oldu. Əvvəllər bu təşkilatı Əbu Musa Əl Zərkavi idarə edirdi. Təşkilatın digər liderləri Əbu Əli Əl Ənbari, Hişam Əl Haşimi, Fadıl Əhməd Abdullah Əl Hiyali və çeçen əsilli Əbu Ömər Əl Şişanidir.

ABŞ-ın mövqeyi

İŞİD terror qruplaşması terror aktlarına sünni, şiə və yezidiləri öldürməklə başladı. Bu terror təşkilatı Suriyada neft yataqları ilə zəngin olan Rakka və Deyr Əz- Zor, İraqda Mosul və Beyciyi və eyni zamanda Yaxın Şərqin ən böyük su mənbəyi olan Dəclə və Fərat çayları üzərində də nəzarəti ələ keçirdi. Bu zaman ABŞ səssiz qaldı. Yəni terror təşkilatının güclənməsinə imkan verdi. İŞİD terror qruplaşması bir ABŞ vətəndaşının başını kəsərək video görüntüləri internetə yüklədikdən sonra ABŞ-da bu təşkilata qarşı hərbi əməliyyatlar müzakirə edilməyə başlandı.

Tanınmış strateji risk məsləhətçisi William Engdal İŞİD terror qruplaşmasının CİA (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) və NATO layihəsi olduğunu vurğulayır. Belə ki, İŞİD terror qruplaşmasının üzvlərinin İordaniyanın Safavi şəhərində CİA düşərgələrində təlim keçdiyi məlumdur. İddialara görə bu düşərgəni ABŞ və İordaniya kəşfiyyatçıları idarə edir, maliyyə vəsaitini isə Səudiyyə Ərəbistanı və Qətər qarşılayır.

İmperializmə qarşı fikirləri ilə tanınan professor Michel Chossudovsky "Global Research” internet saytında yazdığı məqalədə İŞİD terror qruplaşmasının gündəmə gətirdiyi ''Sünni Xilafət'' layihəsinin əslində ABŞ-a aid olduğu bildirir. ABŞ Prezidenti Corc Buş zamanında hazırlanan, amma Barak Obamanın "qurulmasına icazə verməyəcəyik” dediyi layihənin məqsədi budur:

– Bəşər Əsədi devirmək üçün qurulan İŞİD terror qruplaşması gözlənilən nəticəni almadığı üçün bu dəfə İraqa doğru yönləndirildi;

– İraqın şiə baş naziri Malikidən narazı olan sünni siyasətçilər - Nuceyfi, Haşimi, Allavi və digərlərinin dəstəyi ilə İŞİD terror qruplaşması böyüdü;

– Kərkükün idarəsi Bərzaniyə keçdi;

– İran və Rusiya ilə münasibətlərin qaydaya salınması tərəfdarı olan Maliki devrildi;

– PKK terror təşkilatı İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatlar təşkil edərək imicini yaxşılaşdırdı;

– İranın İraq üzərindəki təsiri azaldıldı;

– Aralıq dənizinə doğru hədəflənən kürd koridoru açıq qaldı;

– Türkiyənin Mosul baş konsulluğuna hücum edildi, konsulluq əməkdaşları girov götürüldü və Türkiyənin Yaxın Şərq siyasəti məhdudlaşdırıldı;

– İŞİD terror qruplaşmasının əli ilə Telafer, Mosul, Kərkük və Sincarda yaşayan türkmənlər qovuldu.

ABŞ Milli Təhlükəsizlik üzrə müşavirinin müavini Ben Rods deyib: ''Əgər biz amerikalılara qarşı qəsd hazırlanmasını və ya Amerikaya qarşı haradansa təhlükə yarandığını görürüksə, həmin təhlükəyə qarşı hərəkət edirik. Biz bunu həmişə aydın şəkildə bildirmişik. Əgər siz amerikalılara zərər yetirmək istəyirsinizsə, bilin ki, harada olursunuz olun, sizi cəzalandırmaq üçün gəlirik. Qarşıdan gələn günlərdə planlarımızı qurarkən bizim üçün əsas qayə bu olacaq''.

''The Wall Street Journal'' qəzetinin yazdığına görə, ABŞ rəsmiləri bildiriblər ki, ''yüksək dəyəri'' olan hədəflərə, məsələn ayrı-ayrı liderlərə zərbə endirilməsinə vaxt lazım ola bilər.

İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatların təşkil edilməsi üçün Amerika koalisiya qurmağa çalışır və buna əhəmiyyətli dərəcədə nail olub. Böyük Britaniya, Fransa, Almaniya və Yaxın Şərqdə bəzi müsəlman dövlətləri bu koalisiyada yer alıb. Ümumən 40 dövlət buna razılıq verib. Türkiyə koalisiyaya hərbi əməliyyatlarda yox, arxa cəbhədə dəstək verəcəyini bildirib. Türkiyənin tam dəstəyini ala bilməyən ABŞ və Qərb bundan narahatdır. Belə ki, İngiltərənin ''The Guardian'' qəzeti Türkiyəni İŞİD terror qruplaşmasına qarşı koalisiyada ən zəif həlqə adlandırıb.

Türkiyənin mövqeyi

11 iyunda İŞİD terror qruplaşması Mosulda Türkiyə Baş konsulluğunun 49 əməkdaşını girov götürməsindən sonra Türkiyə girovların sərbəst buraxılması üçün uzun və məşəqqətli bir proseslə üz-üzə qaldı. İŞİD qruplaşması terror aktlarına yeni başladığı zaman bu təşkilata Türkiyənin müəyyən dəstək verdiyi haqqında müxtəlif fikirlər səslənsə də, Türkiyənin bu təşkilata hər hansı şəkildə dəstək verməsi onun strateji baxışlarına uyğun deyil. 40 ildir PKK terroruna qarşı mübarizə aparan Türkiyənin İŞİD terror qruplaşmasına dəstək verməsi haqqında informasiyalar iddia olaraq qalır. Xüsusilə 49 konsulluq əməkdaşının girov götürülməsi bu iddiaları əsassız edir.

Girovlar azad edildikdən sonra Türkiyə hökuməti girovların hərəkət istiqamətlərini mütəmadi olaraq izlədiklərini, hökumətlə əməkdaşlıq edən bəzi qruplarla və texniki imkanlarla İŞİD terror qruplaşmasının girovlarla bağlı siyasətini hər zaman nəzarətdə saxladıqlarını bildirdi. 101 gündən sonra Türkiyə hökuməti girovları azad etdi. Bütün hallarda Türkiyə hökumətinin qan tökülmədən girovları azad etməsi təqdirəlayiqdir.

İsrailin mövqeyi

İsrail bu günə qədər İŞİD terror qruplaşmasını təhdid edən heç bir bəyanat verməyib. Verməsinə də ehtiyac yoxdur. Çünki İŞİD terror qruplaşması İsraili təhdid etmir və əslində onun istədiyini Yaxın Şərqdə ''xilafət'' qurma planı ilə həyata keçirir. İŞİD terror qruplaşmasının İsrailin Fələstinə hərbi əməliyyatlarına paralel olaraq terror aktlarını gücləndirməsi İsrailin Fələstində törətdiyi hərbi cinayətləri arxa plana atdı. Bəzi mənbələr İŞİD terror qruplaşmasının arsenalında olan silahların əksəriyyətinin İsrail və ABŞ istehsalı olduğunu bildirir. Əlbəttə 30 min terroristin İsrail və ABŞ silahları ilə təmin olunması da təsadüfi deyil. İŞİD terror qruplaşmasının lideri Əbubəkir Əl Bağdadinin (əsl adı İbrahim əl Bədri) İsrailin kəşfiyyat orqanı olan Mossadın agenti olduğu haqqında müxtəlif iddialar var. Xüsusilə İran mətbuatı Əbubəkir Əl Bağdadinin 2006-cı ildə öldüyünü, onun yerinə İsrail casusunun keçdiyini bildirir. Bu iddialarında, sabiq Amerika kəşfiyyatçısı Edvard Snoudenin Wikileaks sənədlərində yayımlanan materiallarına istinad edirlər.

Maraqlıdır ki, bu iddialara paralel olaraq İŞİD terror qruplaşmasının lideri Əbubəkir Əl Bağdadinin ABŞ senatoru Con  Makkeynlə fotoları mətbuata sızdı.

İŞİD terror qruplaşması haqqında miflər yavaş-yavaş dağılarkən bu təşkilatın ABŞ və İsrail tərəfindən qurulması haqqında iddialar daha da artır.

Hesab edilir ki, ABŞ-ın İŞİD terror qruplaşmasına qarşı hərbi əməliyyatlara başlamaq üçün koalisiya qurması gözdən pərdə asmaqdan başqa bir şey deyil. İŞİD terror qruplaşması əsla tam olaraq məhv edilməyəcək. Müxtəlif bölgələrdə İŞİD silahlı qruplaşmalarına qarşı hərbi əməliyyatlar təşkil edilsə də, təşkilatın varlığını qorumasına imkan verilə bilər. Əbubəkir Əl Bağdadi də eynilə Usama Bin Laden kimi illərlə tapılmaya bilər. ABŞ və İsrail İŞİD terror qruplaşmasının potensialından istifadə edib, lazım gəldiyi zaman onu asanlıqla yox edə bilər.

Önceki Yazılar :
 
Hava Durumu
Kurlar
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ÇOK OKUNANLAR bu hafta | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft