Ermənistan ordusu bu gün 2 hərbçisini itirib.
Hərbçi Never Babacanyan (1980-ci il) cəbhənin Xocavənd istiqamətində artilleriya zərbəsi zamanı ölüb.
Təmas xəttinin digər istiqamətlərində də intesiv atışmanın olduğu xəbər verilir
Digər ölüm hadisəsi isə Yerevandan klinikalarından birində qeydə alınıb. Yanvarın 16-da başından güllə yarası alan hərbçi Qurgen Sarkisyan bu gün müalicə aldığı klinikada ölüb.
Onun əsgər yoldaşı tərəfindən güllələndiyi bildirilir./modern/
|