AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Etirazlar nəticə verdi: Urmiyə Şəhər Şurasının təhrif olunmuş lövhəsi endirildi
23/12/2017 Yazdır

Ötən günlərdə Urmiyə Şəhər Şurası binasının qapısının üzərindəki lövhədə “Urmiyə” şəhərinin tarixi adı təhrif edilərək “Urumiyə” şəkilində yazılmışdır.

Bələdiyyə məmurlarının bu hərəkəti azərbaycanlılar arasında geniş etirazlara səbəb oldu. Məhz bu etirazlardan sonra təhrif edilmiş şəhər adına düzəliş ediləcəyi barədə bəzi xəbərlər yayıldı.

Artıq sözügedən lövhə dekabrın 22-i səhər saatlarında aşağı endirilib. Yayılan məlumatlara görə, Urmiyə adı ilə bağlı yol verilən təhrif aradan qaldırıldıqdan sonra lövhə yenidən Şəhər Şurasının binasından asılacaq.

Mövzu ilə bağlı dekabrın 14-də, Urmiyədə 5-ci Şəhər Şurası fəaliyyətə başladıqdan sonra coğrafi məkanların adları ilə bağlı ilk dəfə iclas keçirilib.

Bu barədə Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri rəsmi Teleqram kanalında məlumat yayaraq məsələnin Şura üzvləri tərəfindən geniş şəkildə müzakirə olunduğunu bildirmişdir, o iclasda alınan qərarlarla bağlı heç bir məlumat yaymamışdır.

M.Piri Şura üzvlərinin keçirdiyi iclasdan əvvəl də rəsmi Teleqram kanalında baş verin hadisəyə münasibət bildirmişdir. “Bu məsələyə görə Şəhər Şurasının rəisi, həmçinin Rəyasət Heyəti cavab verməlidir. Rəyasət Heyətinin cavabı məntiqli və əsaslandırılmış şəkildə olmalıdır”- deyə o qeyd etmişdir.

Urmiyənin tarixi adının təhrif edilməsində Şəhər Şurasını günahlandıran M.Piri lövhədə Urmiyənin tarixi kimliyinə uyğun olaraq düzəliş ediləcəyini açıqlamışdır.

Xatırladaq ki, dekabrın 20-də Urmiyə Şəhər Şurası binasının qapısının üzərindəki lövhədə “Urmiyə Şəhər Şurası”nın adı “Urumiyə Şəhər Şurası” kimi yazılaraq bu şəhərin tarixi adı təhrif edilib. Bələdiyyə məmurlarının bu işi kiçik dəyişiklik kimi görünsə də, onun rejimin Azərbaycanın coğrafi adlarını dəyişdirmə planının tərkib hissəsi olduğu kimsədə şübhə doğurmur. Ona görə də lövhədəki bu dəyişiklik kəskin etirazlara səbəb olmuşdur./gunaz.tv/

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8152
 GBP :  2.1198
 TRY :  0.0523
 EUR/USD :  1.0678
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft