Dövlət Gömrük Komitəsinə məxsus avtomobil Qaradağ rayonu ərazisində yanıb.
Hadisə Lökbatan-Xocahəsən yolunda Lökbatan qəsəbəsi ərazisində baş verib.
Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Sənan Bədəlovun idarə etdiyi Dövlət Gömrük Komitəsinə məxsus "Pejo" markalı 10 PR 382 nömrəli avtomobil qısa qapanmadan alışıb.
Avtomobil tamamilə yanaraq yararsız vəziyyətə düşüb. Hadisə zamanı xəsarət alan olmayıb./modern/
|