AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Güney Azərbaycanın öyrənci dərnək və qurumları milli-mədəni fəalların kütləvi saxlanması ilə bağlı birgə Bəyanat yayıb
10/07/2018 Yazdır

Xəbər verdiyimiz kimi, ötən həftə keçirilən ənənəvi Babək qalası yürüşü zamanı çox sayda azərbaycanlı fəal saxlanıldı, bir çoxları isə təhlükəsizlik qüvvələrinin təqib və təhdidləri ilə üzləşdi. Saxlanılan fəalların ağır işgəncə edildiyinə dair bir çox faktlar var.

Milli-mədəni fəalların təhlükəsizlik qüvvələri tərəfindən kütləvi şəkildə saxlanmasına etiraz bildirən Azərbaycanın öyrənci dərnək və qurumları bu barədə birgə Bəyanat yayıblar.

“İslam dəyərlərinə zidd olmamaq şərti ilə, əhalinin silah daşımadan sərbəst toplaşmaq və nümayiş keçirmək hüququ var”- deyə Bəyanatın əvvəlində ölkə konstitusiyasının 27-ci maddəsinə istinad edilərək qeyd olunub.

“Vətənimiz Azərbaycan hər zaman hərəkatlar və ictimai dəyişiklərin mərkəzi olub. Müasir tariximizdə Məşrutə inqilabı, Şeyx Məhəmməd Xiyabaninin Azadistan Hərəkatı, Azərbaycan Demokrat Firqəsi, habelə 1979-ci il inqilabından sonrakı hadisələri buna sübut kimi göstərmək olar.

Bu gün Azərbaycandakı ictimai-siyasi proseslər keçmişdə haqqı tələb etmək kimi mədəniyyətə söykənir. Lakin təəssüflər olsun ki, Azərbaycanın bu tələbkarlıq ruhunu ondan almaq istəyirlər.”- deyə Bəyanatın bir hissəsində qeyd olunub.

Öyrənci dərnəkləri qeyd edib ki, son günlərdə Babək qalası yürüşündə iştirak etmək istəyən çox sayda milli-mədəni fəal önləyici tədbirlərə məruz qalaraq saxlanılıb. Bu günədək təhlükəsizlik orqanları və hökumət rəsmiləri bu məsələyə münasibət bildirməyib və fəalların hansı qanuna görə saxlandığını izah etməyib.

Bəyanatda kütləvi informasiya vasitələri, ziyalılar, millət vəkilləri, yüksək rütbəli vəzifəli şəxslər, xüsusi ilə də ölkə prezidentinin bu məsələyə səssiz qalması pislənilib. Bildirilib ki, bu yanaşma etniklərin hüququ, insan haqları, konstitusiyaya əməletmə və s. kimi mövzularda dilə gətirilən iddiaların Azərbaycan əhalisinə şamil edilmədiyini göstərməkdədir.

“Azərbaycan Öyrənci Hərəkatı, milli-mədəni fəallara dəstək verərək onlara qarşı bu davranışı qınayır və saxlanılan fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edir. Təkidlə qeyd edirik ki, saxlanılan fəalların həyatı və sağlamlığı ilə bağlı ölkə məsulları məsuliyyət daşıyır, fəallara hər hansı xəsarət yetiriləcəyi təqdirdə, onlar Azərbaycan camiəsi qarşısında cavabdeh olacaqlar”- deyə Bəyanatın son hissəsində vurğulanıb.

Bəyanat aşağıda adları qeyd olunan dərnək, qurum və nəşriyyələr tərəfindən yayılıb:

-        Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyi

-        Azərbaycan Şəhid Mədəni Universitetinin Şeir və Ədəbiyyat dərnəyi

-        Marağa Universitetinin Azərbaycanşünaslıq Dərnəyi

-        Azərbaycan Mədəni Universitetinin  Düşüncə və Mədəniyyət Dərnəyi

-        Zəncan Universitetinin İşraq İncəsənət və Mədəniyyət Dərnəyi

-        Zəncan Universitetinin İslami Öyrənci Qurumu

-        Həmədan Tibbi Universitetinin Ustad Şəhriyat İslami-Öyrənci Qurumu

-        Urmiyə Universitetinin Şeir və Ədəbiyyat Dərnəyi

-        Binab Universitetinin Şeir və Ədəbiyyat Dərnəyi

-        Mühəqqiq Ərdəbili Universitetinin Xətayi Dərnəyi

-        Təbriz Azad Universitetinin “Açıq Söz” Öyrənci Nəşriyyəsi

-        Zəncan Universitetinin Kimlikçi Öyrənci Nəşriyyəsi

-        Təbriz “Pəyam Nur” Universitetinin Oxu Öyrənci Nəşriyyəsi

-        Urmiyə Universitetinin Vətən Öyrənci Nəşriyyəsi

-        Urmiyə Universitetinin Yol Öyrənci Nəşriyyəsi

 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8205
 GBP :  2.1193
 TRY :  0.0522
 EUR/USD :  1.0709
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft