AZ TR RU EN
»Baş səhifəm et »Seçilənlərə əlavə et »Sayta əlavə et »Arxiv
Baş Səhifə Foto Galeriya Video Xəbər Əlaqə
     
SON DƏQİQƏ : Türkiyəli professor: “Minaların yükü Azərbaycanın üzərində qalmamalıdır”     Azərbaycanla Ermənistan arasında sülh sazişi Cənubi Qafqazda inteqrasiyanın inkişafına xidmət edəcək      Ərdəbil vilayətində fəallar kəndlərin orijinal türk adlarının bərpasını tələb edir     Paşinyan Putinlə qapalı görüşün detallarını AÇIQLADI     Şərqi Azərbaycan məhkəməsi uşağına Türkay adı ilə şəxsiyyət vəsiqəsi ala bilməyən ailənin şikayətini təmin edib     Fransadan Bakı-İrəvan danışıqlarına REAKSİYA - Paris nə istəyir...     Türkiyədə yaşayan milli fəal Arəş Məkaridustun qardaşı Sulduz kəşfiyyat idarəsində dindirilib     Şuşa və Ağdamla yanaşı, digər ərazilərə də gedə biləcəyik     Azərbaycanda yeni virus TƏHLÜKƏSİ - "İnsanları təşvişə salırlar"     Urmiyə gölünün su səviyyəsi sürətlə azalır     Azərbaycanın analoji addım atmaq hüququ var     Şuşada keçirilən Qurultayın çox böyük tarixi mənası var     Gürcüstan Prezidenti azərbaycanlı gənclə görüşüb     Tanınmış azərbaycanlı alim ABŞ-da vəfat etdi     Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb     "Milli hərəkatımız İranda siyasi alternativ olma yönündə addım atmalıdır”     Türkiyənin 40 rektoru Azərbaycana gəlir     Ermənistan mina terrorunu dəstəkləyən və həyata keçirən ölkədir      Türk dövlətlərinin nazirləri Şamaxıda görüşəcəklər     Tehranda insan haqları vəkili Məhəmmədrza Fəqihinin məhkəməsi keçirilib    
Son Xəbərlər Hadisə Siyasət İqtisadiyyat Mədəniyyət İdman Qarabağ Diaspora Türk Dünyası Dünya
» Amerikalıların kabusu gerçək olur: Tramp reytinqdə Klintonu haqlayır
21/09/2016 Yazdır
Amerikada seçki günü yaxınlaşır; bir illik seçki marafonunun bitməsinə 2 aydan daha az zaman qalır. Vaxtın daralması namizədlərin seçki kompaniyasını da sürətləndirib. Onlar müxtəlif ittihamlarla bir-birinin mövqeyini zəiflətməyə, reytinqini aşağı salmağa çalışırlar. Trampın  müsəlmanlara, eləcə də mühacirlərə qarşı səsləndirdiyi sərt fikirlər özünün əleyhinə işlədiyi vaxtda, Klinton xəstəliyi səbəbindən seçicilərin güvənini itirir. Ancaq onu da qeyd edək ki, bir  çox ölkələrin konstitusiyalarından fərqli olaraq, ABŞ qanunvericiliyində prezidentliyə namizədin sağlamlıq durumu ilə bağlı hər hansı şərt yoxdur. 
 
Bununla belə, Klintonun son görüntüləri onun reytinqinə mənfi təsir edib. Son reytinq açıqlamalarında Hillari Klinton 1,5-2 faiz səs çoxluğu ilə Donald Trampı üstələyir. Lakin seçkilər yaxınlaşdıqca bu fərq getdikcə azalır. Rəy sorğularına görə, ABŞ-ın müsəlman  əhalisi daha çox Hillari Klintona simpatiya bəsləyir. eləcə də, Amerikanın bəzi keçmiş prezidentləri, o cümlədən hazırki prezident Barak Obamanın rəyi də Klintonun xeyrinədir. 
 
Təbliğat kompaniyasında isə qarşılıqlı ittihamlar səngimək bilmir. Son olaraq milyarder iş adamı Donald Tramp rəqibi Hillari Klinton haqqında sensassion açıqlama verib. 
 
Tramp “Daytona Beach” mitinqində çıxışı zamanı iddia edib ki, Hillari Klinton İŞİD-in yaradılmasına kömək edib: “ABŞ prezidenti Barak Obama İŞİD-in kökünün bilərəkdən kəsmək istəmir. Çünki İŞİD-i Barak Obama özü qurub. Hillari Klinton isə İŞİD-in qurulması üçün Obamaya yaxından kömək edib. Yəni, İŞİD bu iki adamın birgə layihəsidir”.
 
Prezident Barak Obama isə başqa bir açıqlamasında Respublikaçı namizəd Donald Tramp haqqında bu fikirləri səsləndirib: “O, insanların sivil haqlarına və bərabərliyinə qarşı savaşan, həyatı boyunca işçi zümrəsini önəmsəməmiş biridir”.
 
Politoloqlar isə, Amerika  xalqını çox sərt bir seçki yarışının gözlədiyini açıqlayırlar. Trampın reytinqlərdəki gözlənilməz qələbəsi, Hilari Klintonun idarəçilik təcrübəsini üstələyə biləcəkmi sualına cavablar isə fərqlidir. 
 
ABŞ seçkilərini izləyən politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu musavat.com-a açıqlamasında bildirdi ki, hələlik  reytinqlərə Hillari Klinton başçılıq edir. Amerikalıların bir çoxu isə hələ ki, mövqeyini müəyyənləşdirməyib. Klintonun şansları var, ona görə ki, amerikalıların tərəddüd edən hissəsi sonda onu, yəni sabitliyi seçə bilərlər. Çünki Klintonu tanıyırlar, bütün səhvlərinə rəğmən dövlət katibi işləyib, Nyu York ştatından senator olub. Trampın isə idarəçilik təcrübəsi yoxdur, heç Konqresdə də təmsil olunmayıb. Bu baxımdan Trampı dəstəkləyənlər olsa da, onu prezident seçməkdən çəkinərlər. O mənada Klintonun şansları daha çoxdur. Ancaq vəziyyət dəyişə də bilər, Tramp seçkiyə az müddət qalmış elə vədlər ortaya qoyar ki,  o vədlərlə daha çox seçicilərin diqqətini cəlb edər”. 
 
Politoloqun sözlərinə görə, hazırda Tramp üçün mübarizə aparmaq daha rahatdır, çünki onun nəinki səhvi, heç fəaliyyəti də yoxdur: “Tramp heç zaman hakimiyyətdə olmayıb. Hillari Klinton isə uzun müddət dövlət katibi işləyib və yetərincə səhvləri var. O səhvlərdən birini Obama etiraf etdi ki, Liviyaya müdaxilə yanlış addım idi. Üstəgəl İraqdan silahlı qüvvələrin çıxarılıb Əfqanıstanda cəmləmək istəyi baş tutmadı.  Əvəzində hər ikisini itirdi. Hər iki ölkə bu günə kimi terror qruplaşmalarının əlindədir. O zaman da dövlət katibi Hillari Klinton idi, onun da siyasətində böyük yanlışlıqları oldu. Hillari Rusiya ilə münasibətləri normallaşdırmağa çalışsa da, bu siyasəti baş tutmadı. Tramp Obama və Hillari Klintonu həm də İŞİD- i yaratmaqda suçlayır. Aydındır ki, onlar birbaşa İŞİD-i yaratmayıblar. Ancaq onun yaranması üçün zəmin hazırlayıblar. Amerika Səddam Hüseyni asanlıqla devirdi, ancaq  onun yerində heç nə qura bilmədi.  Səddam Hüseyni devirəndən sonra ordunu da buraxdı və həmin hərbçilər işsiz qaldılar. Onlar Amerikadan yanıqlı idilər və İŞİD-in əsas bazasını da məhz onlar formalaşdırdılar. Bu Amerikanın səhv siyasətinin nəticəsi idi. Bu mənada hazırki hakimiyyətin təmsilçisi olan Klintonu vurmaq daha asandır”. 
 
E.Şahinoğu onu da vurğuladı ki, Trampın da çıxışlarından müəyyən səhvlər var və bundan istifadə edib onun reytinqini salmağa çalışırlar: “Lakin Tramp səhvlərini dərhal etiraf edir  ki, bəzi məsələlərdə fikirlərində dəyişiklik olub.  Bu baxımdan Trampın reytinqi yüksəlir. Əvvəllər Klinton Trampı 6-7 faiz üstələyirdisə, indi bu fərq 1-2 faizə enib. Bu nisbət dəyişə də bilər. Hər şey iki namizədin debatlarından asılı olacaq. Bu debatlara Tramp daha çox hazırlıq görür. O bilir ki, hansı məsələlərə görə Hillari Klintonu vurmağı bacaracaq. Bu Yaxın Şərqdəki siyasətlə bağlıdır, Klintonun sağlamlıq durumu ilə bağlıdır. Mümkündür ki, bu debatlardan sonra Klintonun Tramp üzərindəki üstünlüyü sıfıra ensin. Ancaq bunun əksi də ola bilər. Tramp  yenə də debatlarda düşünülməmiş fikirlər söyləsə, hansısa dini qrupu və milləti aşağılamağa çalışsa bu onun reytinqinə mənfi təsir edəcək. Trampın çıxışları və açıqlamaları üzərində öz komandası da ciddi şəkildə işləyir ki, 5-6 ay əvvəl çıxışlarında buraxdığı səhvləri bir də təkrarlamasın. Trampın çıxışlarından sonra amerikanın müsəlman əhalisinin Klintona dəstəyi artıb. Bu da obyektiv nəticədir. Trampın islam aləminə qarşı səsləndirdiyi həqarətli fikirlər onu bu qədər seçicidən məhrum etdi. Latın Amerikası kökənli vətəndaşların da Trampa qarşı antipatiyası yarandı. Ancaq ola bilsin ki,Tramp bu fikirləri Amerikanın elə bir kəsiminə ünvanlayır ki, onlardan daha çox səs toplamağı bacarır. Çünki ABŞ vətəndaşlarının yüksək bir kəsimi miqrantların ölkəyə buraxılmasını arzulamır. Bu mənada seçkilərin nəticələri ilə bağlı indidən proqnoz vermək çətindir”.
 
 
Hava Vəziyyəti
Məzənnələr
 USD :  1.7
 EUR :  1.8399
 GBP :  2.1472
 TRY :  0.0526
 EUR/USD :  1.0823
YAZARLAR
İbrahim NƏBİOĞLU
100-cü GÜN
Dr. Nazim CEFERSOY
Azərbaycan-Türkiyə münasibətlərinə sabotaj cəhdləri var
Dr. Hatem CABBARLI
Nikol Paşinyanın siyasi-psixoloji portreti və Dağlıq Qarabağ münaqişəsi - TƏHLİL
Dr. Asif KURBAN
Bağımsızlığa Giden Yolda: 20 Ocak
Necdet SİVASLI
Azerbaycan Türkleri’nde "Ahır Çerşenbe" geleneği...
Araz ASLANLI
Şuşa Beyannamesi bölgesel barış ve iş birliğinin teminatı
Arif KESKİN
Sitem Ve Aklın Yolu
Dr. Afgan VELİYEV
Azərbaycan Cümhuriyyəti Parlamentinin ilk qadın əməkdaşı
Selçuk DÜZGÜN
AzerbayCAN’ımızdan Ne İstiyorlar?
Dr.Alesker ALESKERLİ
“Avrupa Parlamentosunun Kararı Ermenistan’ın Keyfini Kaçırdı”
Dr. Sinan OĞAN
Karabağ’da Olası Bir Savaşa Ne Kadar Hazırlıklıyız?
Dr. Cavid VELİYEV
Karabağ Zaferi’nin birinci yılında güney Kafkasya
Dr. Rövşen ŞAHBAZOV
29 Ekim Sabahı Uyanırken…
ən çox oxunanlar bu həftə | bu ay
İstatistik
 
Haberleri referans göstererek yayımlayabilirsiniz.  NewsAze.com Azerbaycanla ilgili dünya genelinde çıkmış haberleri 4 dilden okuyucularıyla paylaşmaktadır.

Partnerler
www.tureml.com      www.haberaze.com     www.turkiyedeneval.com     www.evaxtar.az    www.turaltrade.com

Asersoft